• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV


     Azərbaycanın ictimai fikir tarixinə görkəmli hüquqşünas, jurnalist, güclü diplomat, siyasətçi,maarif və dövlət xadimi,məşhur  vəkil kimi daxil olan şəxsiyyətlərdən biri də Əlimərdan bəy Topçubaşovdur. Əlimərdanbəy Ələkbər oğlu Topçubaşov 1862-ci il mayın 4-də Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olmuşdur. O, orta təhsilini birinci Tiflis gimnaziyasında almışdır.

 
    Gimnaziyanı başa vurduqdan sonra ali təhsil almaq arzusu ilə Peterburq Universitetinin Hüquq fakültəsinə daxil olmuş və oranı 1888-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Bakıya gəlmiş və burada Azərbaycan mətbuatının banisi, görkəmli ictimai xadim Həsən bəy Zərdabinin qızı Pəri xanımla  ailə həyatı qurmuşdur.
 
    Təxminən on ilə yaxın Bakıda vəkil işləyən Ə.Topçubaşov 1898-ci ildən öz dövrünün görkəmli jurnalisti, alimi və ictimai xadimi Əhməd bəy Ağayevlə birlikdə “Kaspi” qəzetində çalışmışdır. 
 
    Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetində müxtəlif mövzularda  xeyli məqalələri çap olunmuşdur.Bunların içində onun Azərbaycan ədəbiyyatına və dramaturgiyasına  aid məqalələri xüsusi yer tutur. Bunlardan 1903-cü il oktyabrın 26-da çap olunmuş “İlk Azərbaycan dramaturqu” adlı məqaləsi Mirzə Fətəli Axundova həsr olunmuşdur. Bu məqalə böyük dramaturqun rus dilində təbliğində xüsusi rol oynamışdır.Əlimərdan bəy Topçubaşov bir müddət “Bakinskiy torqovo-promışlennıy listok” qəzetindədə çalışmışdır. Həmin illərdə Bakı şəhər dumasının üzvü olmuş və bir müddət ona sədrlik etmişdir.
 
    Ə.Topçubaşov, həmçinin də qadın gimnaziyası, kommersiya məktəbinin, rus-müsəlman qadın məktəbinin və şəhər məktəblərinin Hamilər Şurasının üzvü idi. Onun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi altında 1905-ci il avqustun 15-də Nijni Novqorodda gizli şəkildə Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirilmişdir. Qurultayda Qafqaz, Krım, Kazan, Ural, Türküstan və Sibirdən 150 nəfərə qədər nümayəndə iştirak etmişdir.Əlimərdan bəy Topçubaşovun yazdığı və qurultayın cüzi dəyişikliklə bəyəndiyi qətnamədə göstərilirdi ki, “Rusiya müsəlmanlarının bütün məsələlərdə: siyasi, mədəni, həmçinin Rusiyanın hazırkı vəziyyətindən irəli gələ biləcək məsələlərdə həmrəy olması zəruridir”. Birinci qurultayın göstərişinə əsasən Ümumrusiya müsəlman ittifaqını - “İttifaqül-müslimin” partiyasını təşkil etməyi qərara almışdır. “İttifaq” Rusiya müsəlmanlarını birləşdirmək və beynəlxalq imperializmə qarşı vahid bir cəbhədə “Bir millət kimi” çıxış etməyi məqsədəuyğun hesab etmişdir. “İttifaq”ın mərkəzi Bakı şəhərində yerləşmişdir.
 
    1906-cı il yanvarın 13-dən 23-nə qədər Peterburqde gizli olaraq çağrılmış İkinci Ümumrusiya müsəlman qurultayı Əlimərdan bəy Topçubaşov tərəfindən hazırlanmış “İttifaq”ın 23 maddədən ibarət yeni nizamnaməsini qəbul edir. Həmin ildə Ə.Topçubaşov aprelin 27-də Peterburqda açılan birinci Dövlət Dumasını Bakı quberniyasından üzv seçilmişdir. O, Dumada müsəlman parlament fraksiyasının lideri və bürosunun sədri idi. Xalq Azadlığı Partiyasının sol cinahına mənsub idi. Bu partiya Dövlət Dumasında Rusiyanın müstəmləkə xalqlarına  məhəlli  muxtariyyət verilməsini çar hökumətindən tələb edirdi.
 
    Üçüncü Ümumrusiya müsəlman qurultayı çar hökumətinin rəsmi icazəsilə Əlimərdanbəy Topçubaşovun sədrliyi altında 1906-cı ilin 16-21 avqustunda Nijni Novqorodda keçirilmişdir. Qurultayda o, yenidən Mərkəzi Komitənin sədri seçilmişdir.
 
    Çar hökuməti Ə.Topçubaşovu həmişə təqib etmişdir. “Qara kitab” kimi tarixə daxil olmuş və 1920-ci ilin əvvəlində Bakıda rusdilində çapdan çıxmış “Zaqafqaziyada  rus siyasətinə aid sənədlər” adlı kitabın 60-62-ci səhifələrində bu barədə məlumat vardır.
 
    Əlimərdan bəy Topçubaşov bir vəkil kimi təkcə Azərbaycanda yox, bütün Rusiyada  məşhur idi. O, hansı məhkəmədə bir vəkilkimi çıxış edirdisə, mütləq o məhkəmə prosesionun qələbəsi ilə qurtarırdı. Ə.Topçubaşov Peterburq məhkəmələrində vəkil kimi çıxış edib öz həmvətənlərinin dəfələrlə ąządlığa buraxdırılmasına nail olmuşdur.
 
    1917-ci ildə baş vermiş fevral burjua-demokratik inqilabından sonra Azərbaycanda və onun qəzetlərındə müsəlman milli şuraları yaranmağa  başladı. Bu zaman Ə.Topçubaşov yeni yaranmış Azərbaycan Milli Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir.
 
    1918-ci ilin 28 mayında  Aərbaycan Demokratik Respublikası elan olundu. Çoxpartiyalı burjua-demokratik üsuli-idarəsinin hakimiyyət başına gəlməsinə baxmayaraq sinfi ziddiyyətlər hələ də qalmaqda idi. Əlimərdan bəy Topçubaşov həmin ilin avqust ayında heç bir partiyaya məxsus olmayan, bitərəf Fətəlixan İskəndər oğlu Xoyskinin (1875-1920) Baş nazir olduğu kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunmuş və elə həmin ay Gəncədən Türkiyəyə göndərilmişdir.
 
    1918-ci ilin noyabr ayında İstanbulda Ə.Topçubaşovun “Azərbaycanın təşəkkülü”adlı kitabı çapdan çıxmışdır. Bu Azərbaycan torpağı haqqında  XX əsrdə azərbaycanlı müəllif tərəfindən yazılmış ilk əsərdir.
 
    Türkiyədə olan zaman 1918-ci ilin dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə sədr seçilmişdir.Bakıda olmadığı üçün bu vəzifəni onun müavini təyin olunmuş Doktor Həsən bəy Ağayev (1875-1920) icra etmişdir. O, dekebr ayında İstanbulda olarkən 1919-cu ildə açılacaq Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola düşən Azərbaycan Respublikası nümayəndəliyinin rəhbəri təyin olunduğu haqda Bakıdan əmr almışdır. ancaq üç aydan sonra çox çətinliklə 1919-cu ilin mart ayında Azərbaycan nümayəndəliyi Parisə gəlib çata bilmişdir.
 
    Ə.Topçubaşov konfransa qədər Amerika, İngiltərə, Türkiyə, İran və başqa dövlətlərin nümayəndələri ilə səmərəli danışıqlar  aparmışdır. Birbaşa  Amerika prezidenti V.Vilsonla görüşərək Azərbaycan Demokratik Respublikasının müstəqilliyinin tanınmasına yardım göstərməyi xahiş etmişdir. Ancaq Türkiyə və azərbaycandan torpaq iddiasında  olan Ermənistan nümayəndələri və rus şovinistləri bu təşəbbüsləri pozmağa çalışmışlar. Əlimərdan bəy Topçubaşov bunları yada salaraq yazmışdır: “Biz qonşularımızla (əsasən ermənistan) birgə işə can atırıq, lakin qorxuruq ki, sonsuz iştəhaya  malik, öz muradına başqaları, yəni bizim hesabımıza çatmaq istəyən ermənilərlə dil tapa bilməyək. Onlar bəlkə də bütün ölkələrin paytaxtlarında  əleyhimizə bizə qarşı iş aparır, bizi dövlət həyatına, başqa  xalqlarla  yanaşı yaşamağa  qadir olmayan millət kimi qələmə verirdilər”.
 
     Ə.Topçubaşovun diplomatik bacarığı sayəsində bir çox dünya ölkələrinin rəhbər işçilərilə apardığı ağıllı və savadlı danışıqlar öz bəhrəsini vermişdir. 1920-ci ildə yanvarın 11-də keçirilən Paris Konfransının Ali Şurası Gürcüstan və Azərbaycan istiqlaliyyətini tanımışdır. Azərbaycan və Gürcüstanın rəsmi nümayəndələri görüşmüş, səmimi qonşuluq, sərhəd məsələsi, ticarət və mədəni əlaqələr haqqında danışıqlar apararaq barışıq imzalamışlar.
 
    Azərbaycan nümayəndəliyinin 1919-cu ildə açılmış Paris Sülh Konfransı ərəfəsində Fransanın paytaxtında  çap etdirdiyi kitablar o dövrdə böyük əhəmiyyət kəsb etmişdir. Fransız dilində çap olunmuş “Qafqaz Azərbaycanı Respublikası” kitabı qərbi Avropa dillərində Azərbaycan xalqı və torpağı haqqında ilk məlumat olmuşdur. Bundan başqa, ingilis və fransız dillərində çap olunmuş “Qafqaz Azərbaycan Respublikasının Paris sülh konfransına memorandomu” adlı kitabçalar çox qiymətlidir.
 
    Öz dövrünün görkəmli ictimai xadimi, vəkili və alimi olan Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin San-Kloyd rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.
 

 

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved