• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


ƏZİZ ŞƏRİF


    Azərbaycan ədəbiyyatşünaslığında şərəfli iz qoyan, öz çoxşaxəli yaradıcılığı ilə ədəbiyyatımızın inkşafına böyük təkan verən görkəmli ədəbiyyatşünas alim, tənqidçi pedaqoq və müəllim, yorulmaz tərcüməçi, filologiya elmləri doktoru, professor Əziz Qurbanəli oğlu Şərifov (Şərif) 1895-ci ildə Naxçıvanda anadan olmuşdur.

    İbtidai təhsilini məşhur pedaqoq Sidqi Səfərovun məktəbində alan Əziz Şərif əvvəlcə Tiflis gimnaziyasında, sonra isə kommersiya məktəbində oxumuşdur. 1911-1915-ci illərdə Moskva kommersiya institutunda təhsilini davam etdirmişdir. 1917-ci ilin fevral inqilabından sonra Ə.Şərif Vətənə qayıtmışdır.Əvvəlcə Naxçıvanda, sonra isə Tiflisdə siyasi hadisələrdə fəal iştirak etməyə başlamışdır.Bu fəallığın da nəticəsində o, 1919-cu ildə Gürcüstan parlamentinə deputat seçilmişdir.

    Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra da Əziz Şərif ictimai və ədəbi fəaliyyətiilə diqqəti cəlb etmişdir. O, latın qrafikalı Yeni Türk Əlifbası Tiflis komitəsininən fəal üzvlərindən olmuşdur. Bu əlifba ilə 1924-cü ildə Tiflisdə nəşrə başlayan “İşıqlı yol” qəzetinin redaktor müavini işləmişdir.Sonralar Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1936-cı ildən Bakıya köçərək “Azərnəşr”də baş redaktor vəzifəsində çalışmış,eyni zamanda, “Bakinskiy raboçiy” qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir.

    1938-ci ildə yenidən Tiflis şəhərinə qayıdan Əziz Şərif ciddi şəkildə ədəbi yaradıcılıqla məşğul olmağa başlamışdır.

    Böyük Vətən müharibəsi illərində M.Qorki adına Ədəbiyyat İnstitutunun qiyabi şöbəsini bitirmişdir. Bir neçə il Tiflisdəki Puşkin adına Pedaqoji İnstitutunda “Rus ədəbiyyatı tarixindən” mühazirələr oxumuşdur.

    1947-ci ilin fevralında Əziz Şərif namizədlik disertasiyası müdafiə etmiş, 1950-ci ildən isə o, Qorki adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi fəaliyyətə başlamışdır. Az sonra SSRİ EA Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur. 1957-ci ildə Əziz Şərif doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-cı ilin yanvar ayından Lomonosov adına Moskva Dövlət Universitetinin SSRİ xalqları ədəbiyyatı kafedrasına müdir təyin edilmişdir. Ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır. 1962-ciildə Ə.Şərifə professor elmi adı verilmişdir.

    1910-cu ildən dövrü mətbuatda Azərbaycan və rus dillərində ressenziya və məqalələr çap etdirən Əziz Şərif sonralar iri həcmli kitablar yazmış, rus dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən rus dilinə tərcümələr etmişdir. Ə.Şərifin tərcüməsində Qoqol, Ostrovski, Qorki, Fadayev, Simonov,Şekspir, Mopassan və başqa məşhur ədiblərin əsərləri Azərbaycan oxucularına çatdırılmışdır.M.F.Axundovun, C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin, N.Vəzirovun,C.Cabbarlının, S. Rəhimovun, Mircəlalın,M.Hüseynin və başqalarının roman və hekayələrini rus dilinə tərcümə etmişdir.

    Ə.Şərif 1988-ci ildə, 93 yaşında Moskvada vəfat etmişdir. O, doğma vətəni Naxçıvanda dəfn olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved