• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


HACI ZEYNALABDİN ŞİRVANİ


 

     Ömrünün 37 ilini səfərlərdə keçirmiş, din və təriqətlərin mahiyyəti haqqında, tarix, coğrafiya, poeziya və sairə sahələr barədə çox qiymətli elmi əsərlərvə risalələr çap etdirmiş böyük Azərbaycan səyahətçisi Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxıda din xadimi axund İsgəndərin ailəsində doğulmuşdur.5 yaşında atası axund İsgəndər Kərbəlaya köçdüyündən H.Z.Şirvani ilk təhsilini burada almışdır. O, elm dalınca dünyanın müxtəlif ölkələrinə səfər etmişdir. 17 yaşına kimi Kərbəlada təhsil aldıqdan sonra Bağdadda Məsuməlişah Hindinin, daha sonra Mirəlişah İsfahaninin yanına gedərək məşhur alimlər və şeyxlərlə görüşmüş, oradan Xorasan, Qohustana, Zabilistana və Kabilə getmiş, 1801-ci ilə qədər Pişəvarda Həsənəlişahın yanında qalmış, daha sonra Pəncab, Dehli, Benqalə, Dəkən vilayətlərinə, oradan Sudana, Sində, Kəşmirə, Müzəbbərabda, Türküstana, Xorasan, Qars əyalətlərinə, Məkkəyə, Mədinəyə, Misirə, Şama,Yunanıstana, İstanbula səyahət etmişdir.
     Hacı Zeynalabdin otuz yeddi illik səyahətində yetmiş min kilometrəcən yol qət edəndən, islamiyyətin, atəşpərəstliyin, yəhudiliyin, bütpərəstliyin, xristianlığın və daha bir çox başqa din və təriqətlərin mahiyyətini, xalqların adət və ənənələrini, dünyamızın bir çox yerlərinin coğrafiyasını, tarixini öyrənəndən sonra, bəşəriyyətdə qiyməti olmayan dörd samballı elmi əsər, şair divanı, risalə nəşr etdirmişdir.
     Hacı Zeynalabdin 1821-ci ildə “Riyazussəyahə”ni 20 illik səyahətindən sonra Qum şəhərində, 28 illik səyahətindən sonra Şiraz şəhərində “Kəşfül-Maarifin”, 30 illik səyahətindən sonra “Hədaiqüs-Səyahəni” Şiraz şəhərində, 37 illik səyahətdən sonra “Busta-nus-Səyahəni” yazmışdır. 
     Hacı Zeynalalbdinin kitablarındakı məlumat elə idi ki, ona qədər nəinki islam aləmi, hətta dünyanın ən qabaqcıl ölkələri də bu genişlikdə,bu dürüstlükdə məlumata malik başqa kitab tanımırdılar. Bu əsərlər Yaxın və Uzaq Şərqi, Asiyanın mərkəzini və cənubunu elə dərin, elə diqqətli, məzmunlu təsvir etmişdir ki, bir çox ölkələrin, birinci növbədə İngiltərənin, Rusiyanın, Almaniya və başqa ölkələrin diplomatları həmin əsərlərin əlyazmasının özünü, mümkün deyildisə, heç olmazsa surətini əldə etmək üçün külli miqdarda vəsait xərcləyir, alimin ailəsinin, qardaşı “Şərafətül-İnsan”ın müəllifi Məhəmmədəli Şirvaninin oğulları Cəlaləddin Məhəmməd və Husaməddin Əlinin yerini öyrənməyə çalışmışlar.Onun əsərləri diplomatlar əlində dərsliyə çevrilmişdi. H.Z.Şirvani haqqında dünyanın ən məşhur alimləri cild-cild tədqiqat əsərləri yazmış, kitablarını hərə öz dilinə tərcümə etmişdir.
    Hacı Zeynalabdin Şirvani 1838-ci ildə Məkkəyə gedərkən Ciddədə vəfat etmişdir.
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved