• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


FƏRƏC BƏY AĞAYEV


 

    Fərəc bəy Ağayev Şuşa şəhərində 1811-ciildə adlı sanlı bəy ailəsində dünyaya gəlmişdir. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlamışdır. Xidmətinin yeddinci ilində ən yaxşı  qvardiyarotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilmişdir. Peterburqda o, I Nikolayın xüsusi qvardiya kazak polkunda qvardiya komandiri vəzifəsinə təyin olunmuşdur. Elə burada da o, imperatorun və onun arvadı Mariya Aleksandrovnanın sevimlisi olmuşdur. Bu yaraşıqlı, igid qafqazlı zabiti 1844-cü ildə imperator I Nikolay və onun arvadı Mariya Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmişlər.
    Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlmişdir.1850-ciilə qədər Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin il Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilmişdir.1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev Qarabağın Azərbaycanlı igidlərindən ibarət süvari alayı təşkil etmiş, özü də onun komandiri olmuşdur. Müxtəlif arxiv sənədləri, komandanlığı göndərilən report və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı inanılmaz bir rəşadətlə vuruşmuşdur.1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına təhkim edilmişdir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan soydaşımız hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üstündə “Cəsurluğa görə”yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə)ordenləri ilə təltif olunmuşdur.
    1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor kimi fəxri rütbəyə layiq görülmüşdür. Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə Cəmiyyətində çalışan general-leytenant Fərəcbəy Ağayev 26 noyabr 1891-ci ildə 80 yaşında Tiflisdə vəfat etmişdir.
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved