• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


FƏRMAN SALMANOV


     Məşhur alim-geoloq Fərman Qurban oğlu Salmanov 28 iyul 1928-ciildə Şəmkir rayonunun Morlu kəndində anadan olmuşdur. Doğma kəndlərində orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil olmuşdur.Oranı 1954-cü ildə uğurla bitirmiş, elə həmin il Novosibirsk geologiya idarəsində geoloq kimi əmək fəaliyyətinə başlamışdır.1959-cu ilə kimi burada böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi kimi işləyən F.Salmanov 1959-1962-ci illərdə Tümen ərazi geologiya idarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi olmuşdur. İşgüzarlığı,istedadı ilə seçilən həmvətənimizin kəşf etdiyi yeni neft quyuları onun gələcək uğurlarını təmin etmişdir. Ona görə də həm vətənimizə daha məsul vəzifələr etibar olunmuşdur.O, 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ciillərdə Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi işləmiş, 1970-ci ildən Tümen Baş Geologiya İdarəsinin neft və qaz üzrə baş direktoru olmuşdur. 1978-ci ildən ömrünün sonuna kimi Tümen Baş Geologiya İdarəsinin rəisi işləmişdir.

     F.Salmanov Tümen vilayətinin Orta Obyanı ərazisində 20-dən çox neft yatağı kəşf etmişdir. Qərbi Sibir ovalığında ilk dəfə Salmanovun rəhbərliyi ilə Mezazey çöküntülərində neft tapılmış və çoxaldılmışdır.F.Salmanovun bilavasitə iştirakı və rəhbərliyiilə Qərbi Sibirdə Ust Balık, Surqut, Salimsk,Pravdinsk, Verxne-Salimsk, Mamontovsk,Samotlor, Urenqoy, Bovanenkovsk və digər neft və qaz yataqları kəşf olunmuşdur.

    1971-ci ildən geologiya-mineralogiya elmləri doktoru olan F.Salmanov 100-ə yaxın elmi əsərin müəllifidir. Onun neft və qaz kəşfiyyatı məsələlərindən bəhs edən“Qərbi Sibirin neft və qaz kəşfiyyatı”, “Kəşfiyyatın tezləşdirilməsi” və sairə kimi əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

    F.Salmanov Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist əməyi qəhrəmanı,Lenin və Qubkin adına mükafatın laureatı olmuşdur. 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini işləmişdir.Ölümünə qədərki dövrdə isə Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışmışdır.

    Geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanov Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri vəTexas ştatının fəxri vətəndaşı seçilmişdir.

    F.Salmanov 31 mart 2007-ci il tarixdə Moskvada vəfat etmişdir.

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved