• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


XƏLİLBƏY XASMƏMMƏDOV


 

     Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov 1875-ci ildə Gəncədə anadan olmuşdur. Orta təhsilini Gəncə klassik gimnaziyasında aldıqdan sonra Moskva Universitetinin Huqüq fakültəsinə daxil olmuş və 1902-ci ildə həmin ali məktəbi bitirmişdir.O, 1902-1907-ci illərdə Yekaterinodar dairə məhkəməsində müstəntiq işləmişdir.1907-ci il fevralın 20-də Peterburqda açılan II Dövlət Dumasına Yelizavetpol quberniyasından deputat seçilmişdir. Xəlilbəy həmin illərdə III Dövlət Dumasında Azərbaycanı təmsil edən yeganə deputat idi.
    1917-ci ilin martında isə Nəsibbəy Yusifbəylinin rəhbərliyi altında yaradılmış “Türkədəbi mərkəziyyət partiyası”nı yaradanlardan biri də Xəlilbəy Xasməmmədov olmuşdur. Bu partiya Rusiyanı federativ şəkildə qurmaq və onun tərkibində Azərbaycana muxtariyyət vermək uğrunda mübarizə aparmışdır. X.Xasməmmədov 1917-ci ildə keçirilmiş Qafqaz və Rusiya müsəlmanlarının qurultayının iştirakçısı olmuşdur. İyunda M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” partiyası ilə, N.Yusifbəylinin başçılıq etdiyi “Türk ədəbi-mərkəziyyət” partiyası birləşmişdir.
     X.Xasməmmədov birləşmiş partiyanın I qurultayında (26-31 oktyabr 1917-ci il) Mərkəzi Komitənin üzvü seçilmiş, 1917-ci il noyabrın15-də yaranmış Zaqafqaziya Komissarlığında Dövlət nəzarəti işləri üzrə komissar və Seymin üzvü olmuşdur.
    1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan olunandan sonra Xoyskinin təşkil etdiyi kabinetdə ədliyyə naziri vəzifəsini tutmuşdur. 1920-ci ildə isə kabinetin tərkibində tam heyətlə istefaya çıxmışdır.
    Xəlilbəy Xasməmmədov 1920-ci ilin aprelində Türkiyənin paytaxtı İstanbula getmiş və Azərbaycan Demokratik Respublikasının səfiri təyin olunmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycanda baş verən hadisələrdən sonra vətənə qayıtmayan X. Xasməmmədov İstanbulda yaşamış və burada nəşr olunan “Yeni Qafqasiya” (1923-1927),“Azəri türkü” (1928-1931), “Odlu yurd”(1920-1930)jurnallarında Azərbaycanın siyasi məsələləri ətrafında çıxış etmişdir.
    X.Xasməmmədov 1936-cı ilin avqustunda Polşanın paytaxtı Varşavada keçirilən “Milli Azərbaycan Müsavat partiyası”nın III qurultayının iştirakçısı olmuşdur.
    Öz dövrünün görkəmli siyasi və ictimai xadimi olan Xəlilbəy Xasməmmədov 1947-ci ildə İstanbulda vəfat etmişdir.
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved