• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


XƏTİB TƏBRİZİ


    Dahi Azərbaycan alimi, ədəbiyyatşünas, dilçi, şair, ərəb alimlərinin ədəbiyyat, qrammatika və leksikoqrafiya elmlərinin başçısı “müdrik şeyx, ərəb elmlərinin rəhbəri, ədəbiyyatşünaslığın bayraqdarı, hikmət qaynağı”, “bütün ədəbiyyatşünasların rəhbəri” adlandırdıqları, habelə akademik Həmid Araslı tərəfindən “XI əsrdə Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyət” –deyə yüksək qiymətləndirilən Yəhya ibn Əli Xətib Təbrizi 1030-cu ildə Təbriz şəhərində doğulmuşdur.

    Əbül-əla-əl Məərri ərəb ədəbiyyatının ən məşhur simalarından biri, ərəb dilçiliyi və filologiyasının nəhəng bilicisi idi. Salnaməçilər Əbül-əlanın yanında təhsilini bitirdikdən sonra Xətibin müxtəlif Şərq ölkələrində dövrünən məşhur alimlərinin yanında da biliyini artırdığını yazırlar. Professor M.Mahmudov göstərir ki, səyahətə çıxmazdan qabaq Xətib bir müddət öz vətəni Təbrizdə yaşamışdır.“Bu, müəlliminin ölümündən sonra (1057-ciildə), yaxud bir qədər əvvəl olmalı idi. Bir şey aydındır ki, Xətib Təbrizdə çox qalmır”.

    Oxumaq həvəsi onu yenə də Suriyaya çəkib aparmışdır. O, burada tanınmış ərəb alimlərindən ilahiyyat, leksikoqrafiya və poetika dərsləri almışdır.1064-cü ildə Xətib Dəməşqə getmiş və burada onun tanınmış tarixçi Xətib Bağdadi (1002-1071) ilə dostluğu başlamışdır. Bağdadi onun üçün yalnız yaxşı müəllim və səmimi dost deyil, həm də zəngin bir hami olmuşdur. O, Xətib Təbriziyə maddi cəhətdən yardım göstərir. Xətib yazı ləvazimatı və kağız alır. Bundan sonra Misirə yola düşən Təbrizi orada saray alimi Tahir ibn Babaşazdan ərəb qrammatikasını öyrənmişdir. 

    1067-ci il sentyabrın 22-də Şərqin mədəni həyatında əlamətdar bir hadisə baş vermişdir. Bağdadda türk-səlcuq hakimlərinin vəsaiti hesabına məşhur vəzir, iranlı Nizamülmülkün şərəfinə “Nizamiyyə” adlandırılan və sonralar bütün Şərqdə şöhrət tapan mədrəsə açılmışdir. Bu mədrəsə özündən əvvəlkilərdən yalnız həcmi və genişliyi, təchizatı, bütün Şərq ölkələrindən dəvət olunmuş alim və müəllimləri əhatə edən çoxsaylı kollektiviilə deyil, həm də başlıca olaraq öz inzibati quruluşu etibarilə fərqlənərək, bizə məlum olan ilk dövlət universitetini xatırladır. Burada tarix, ədəbiyyatşünaslıq, dilçilik, astronomiya, riyaziyyat və bir çox başqa dünyəvi elmlər də tədris olunmuşdur. Buna görə də həmin universitet ən müxtəlif elmlərinin kişafında mühüm rol oynamışdır. Buraya dəvət olunan kadrları səlcuq hakimləri özləri seçirmişlər. Xətib Təbrizi “Nizamiyyə” mədrəsəsinin açılış günündən ömrünün sonuna qədər, təxminən 40 il burada filologiyanı tədris etmiş, mədrəsədəki məşhur kitabxananın təşkilatçısı və rəhbəri olmuşdur.

    Xətib yaradıcılığında əsas fəaliyyət sahəsi ədəbiyyatşünaslıq idi. Bu mövzuya o,iyirmiyə yaxın risalə həsr etmişdir. Bundan başqa Xətib Təbrizi “Qurana dörd-cildlik şərhlər”in, ədəbi əsərlərin və leksikoqrafiyaya, qrammatikaya, habelə ərəb poetika nəzəriyyəsinə dair bir sıra risalələrin müəllifidir. Məhəmmədəli Tərbiyət onun ərəb ədəbiyyatına həsr olunan əsərlərinin əhəmiyyətini qiymətləndirərək Xətib Təbrizini ərəb dilinin “anası” adlandırır.

    1109-cu il yanvarın 3-də, bazar günü böyük alim ürək tutmasından dünyasını dəyişmişdir. Dəfn mərasiminə bütün Bağdad sakinləri yığışmış, Xətib Təbrizi “Bab Abraz” qəbiristanlığında dəfn edilmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved