• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


İREN MƏLİKOFF


   1917-ci il oktyabrın 25-də  anadan olmuşdur. Neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. İren ilk təhsilini Paris şəhərində almışdır. Elmə, təhsilə böyük maraq göstərən İren Paris universitetini bitirmişdir. Təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Sonra o, təhsilini Sarbonna universitetində davam etdirmişdir. Bu universiteti də uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlamışdır.

   İrenin əsas tədqiqat obyekti Azərbaycan,onun qədim tarixi və ədəbiyyatı olmuşdur. Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ciildə doktorluq dissertasiyası müdafiə etmiş, az sonra onun “Danışmənd dastanı”, “Əbumüslüm Xorasani”, “Umur Paşa dastanı”adlı kitabları işıq üzü görmüşdür.

   1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışmışdır. Sonra o,Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlamış, bu məşhur təhsil və elm ocağının professoru olmuşdur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərmiş, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olmuşdur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilmişdir.

   İren xanım bununla kifayətlənməyib Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaratmış və onun prezidenti seçilmişdir.Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz qoyulmuşdur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikof prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilmişlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoymuşdur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olmuşdur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatmışdir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar.

   Azərbaycan ruhu ilə yazıb-yaradan İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs demişdir. 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində onun “Türk Qafqaz qeydləri” silsiləsindən “Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilmişdir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professorudur.

   Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan “Türkika” nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olmuş, Təbrizi gəzmiş, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplamışdır.

   Bu görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət vermiş, M.F.Axundovun yaradıcılığına heyran olduğunu gizlətməmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved