• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


MƏMMƏD ƏLİ RƏSULZADƏ


 

 
      M.Ə.Rəsulzadə 1882-ci il aprelin 7-də Bakının Novxanı kəndində anadan olmuşdur.O, ilk təhsilini din xadimi olanan atasının yanında almış, sonralar isə məşhur maarifpərvər S.M.Qənizadənin rəhbərliyi altında açılmış ikinci rus-müsəlman məktəbində davam etdirmişdir. Məmməd Əli Rəsulzadə Məmməd Əmin Rəsulzadənin əmisi oğludur.O, inqilabi fəaliyyətə M.Ə.Rəsulzadənin rəhbərliyi altında yaranmış (1902) və azərbaycanda rus müstəmləkəçiliyinə qarşı mübarizə aparan “Müsəlman gənclik təşkilatı”nda başlamışdır.
     1907-ci ildə Balaxanı neft rayonunda “Neft sənayesi fəhlələrinin ittifaqı”nın təşkil olunmasında yaxından iştirak etmişdir.1911-ci ilin oktyabr ayında Bakıda gizli şəkildə təşkil olunmuş müsəlman demokratik “Müsavat” partiyasının ilk yaradıcılarından biri də Məmməd Əli Rəsulzadə idi. Məmməd Əli “Musavat”Partiyasının əsas orqanı “Açıq söz” qəzetinin naşiri olmuşdur.
      O, 1918-ci il mayın 28-dən sonra Azərbaycan parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş və yeni təşkil olunmuş hökumət mətbəəsinə müdir təyin olunmuşdur.1920-ci ildən sonra Məmməd Əli iki ilə yaxın Moskvada Millətlər Komissarlığına tabe olan kooperativdə işləmişdir. 1922-ci ilin yayında Bakıdan İrana, oradan da İstanbula mühacirət etmişdir. Onun Türkiyədə Azərbaycan ədəbiyyatını təbliğ etmək sahəsində fəaliyyəti diqqətə layiqdir.
     O, 1952-ciildən Ankarada nəşr olunan “Azərbaycan” jurnalında məqalələrlə çıxış etmişdir.
     Öz dövrünün tanınmış siyasi və ictimai xadimi olan Məmməd Əli Rəsulzadə 1982 ci ildə fevralın 3-də 100 yaşına 2 ay qalmış İstanbulda vəfat etmişdir.
  

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved