• Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edibƏskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib
  •  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib


MEHRALI MƏMLİ OĞLU


    Mərd sərkərdə, cəsur ordu başçısı kimi şöhrət qazanan, Türkiyənin milli qəhrəmanı Mehralı Məmli oğlu 1844-cü ildə Borçalı mahalının Darvaz kəndində anadan olmuşdur.

Türk mənbələrinin məlumatına görə, Mehralı 17-18 yaşlarında ikən atası kazaklarla atışma zamanı həlak olmuşdur. Hökumət onun atasının cənazəsinin müsəlman qəbiristanlığında dəfninə icazə verilməmiş və onu zorla, qarapapaqların adət və ənənələrinə zidd olan qayda ilə başqa məzarlıqda dəfn etmişlər. Elə bu hadisə də Mehralını hökumətə qarşı üsyan qaldırmasına səbəb olmuşdur. Dəfn olunan günün gecəsi Mehralı bu yad qəbiristanlığın iki keşikçisini öldürərək atasının cənazəsini öz kəndlərinin məzarlığında dəfn edib meşəyə qaçmışdır. Bir müddət dağlarda, çobanların yanında qaldıqdan sonra İrana keçən Mehralı bəyi canişinliyin məmurları təqib etmişlər. O, yenidən Gürcüstana qayıtmış və dağlara çəkilərək mübarizəsini davam etdirmişdir.

    Az sonra Mehralının dəstəsi xeyli böyümüşvə onun şöhrəti Axılkələk, Borçalı, İrəvan,Trialetlə yanaşı, Qars, Ərdəhan, Çıldır,Şürəgəl (Arpaçay), Ağbaba və başqa bölgələridə çatmışdır.

    Mehralının ələ keçirilməsi və ya öldürülməsi üçün çar hökuməti tərəfindən elan olunan böyük məbləğdə pul və rütbə vədindən sonra ələ keçəcəyindən ehtiyat edən qiyamçı Türkiyə torpağına, Şurəgəl qəzasında yaşayan qarapapaqlara pənah aparmışdır. Rusiya hökuməti Osmanlı padşahı Sultan Əbdüləzizə müraciət edərək Mehralının Rusiyaya qaytarılmasını tələb etmişdir. Burada da Mehralını tutmaq istəyən iki dövlət məmurunu öldürüb yenidən doğma yerlərə qayıtmışdır.

    Bir neçə döyüşlərdən qalib çıxsa da sonuncu döyüşdə ağır yaralanmış, Türkiyə tərəfə keçərkən elə həmin gün də həbs edilmişdir. Yaraları sağaldıqdan sonra Mehralıbəy Qars həbsxanasından qaçmağa müvəffəq olmuşdur.

    1877-1878-ci illər rus-türk müharibəsi başlamışdır. Mehralı bəy qohumlarını və özünə yaxın bildiyi digər qarapapaqları başına toplayıb onlara rusların zülm və işgəncələrindən xilas olmaları naminə Osmanlıya getmələrini məsləhət bilmiş, onunla razılaşanlarla birlikdə Osmanlıya keçmişlər. Ona minbaşı, sonra isə albay, miralay rütbəsi verilmişdir.

    Mehralı bəy özünün mahir bir sərkərdə,cəsur bir döyüşçü olmasını Qars və onun ətrafındakı məşhur meydan vuruşmalarında bir daha sübut etmiş və orduda ilk olaraq Osmanlı dövlət mükafatına da burada layiq görülmüşdür.Bu döyüşlərdə onun fədakarlığını Ordu Komandanı Qazi Əhməd Muxtar Paşada yüksək qiymətləndirmiş, azərbaycanlı döyüşçünün qəhrəmanlıqlarını paytaxta - müvafiq instansiyalara çatdırmışdır. Nəticədə Sultan Əbdülhəmid Anadolu cəbhəsində ilk dəfə olaraq Mehralını Məcidiyyə Nişanı ilə mükafatlandırmışdır.

    Müharibədən sonra Sivasda yaşayan Mehralı bəyi bir çox təhlükəli üsyan və qiyamların yatırılmasına da cəlb etmişlər.Mehralı bəy İraqda qiyamın yatırılmasında böyük fədakarlıq göstərmişdir. Az sonra Osmanlı dövlətinin tabeliyində olan Yəməndə türklərə qarşı üsyan qaldırılanda da üsyanın yatırılmasına da Mehralı bəy göndərilmişdir.Üsyan yatırılsa da Mehralı bəyin özü də yaralanmışdır.Yəmənin istisinə tab gətirə bilməyən Mehralı bəy yaralı halda xəstələnir və 1906-cı ildə orada da vəfat edir.

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved