• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


MİRZƏBALA MƏMMƏDZADƏ


     Mirzəbala Məmmədzadə 1898-ci ildə Bakı kəndlərinin birində kasıb balıqçı ailəsində anadan olmuşdur. Hələ uşaq ikən onun atası vəfat etmiş, onu və iki qardaşını anası böyütmüşdür. Atasının vəfatından bir neçə il sonra onlar Bakı şəhərinə köçmüşlər. İbtidai və orta məktəbi bitirdikdən sonra Bakıda sənaye məktəbinə qəbul olunmuşdur. Mirzəbala Məmmədzadə sənaye məktəbində  oxuduğu zaman qeyri-leqal “Məhəmədiyyə” komitəsinə daxil olmuşdur.

    Rus çarizminə nifrət və düşmən münasibət bəsləyən və bu ruhda böyüyən Mirzəbala Məmmədzadə gənclərin toplanışlarına başçılıq etmiş, alovlu nitqlər söyləmiş, özünü gələcək inqilabi hadisələrə hazırlamışdır.1915-ci ildə M.Ə.Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetinə ara-sıra məqalələr yazan Mirzəbala Məmmədzadə, sonradan həmin qəzetin işində fəal iştirak etmişdir. Eyni zamanda, həftəlik “Bəsirət” jurnalının baş redaktoru olmuşdur.1917-ci il fevral inqilabından sonra Mirzəbala Məmmədzadə Bakıda, Azərbaycan gəncliyinin liderləri sırasında olmuşdur.

    O, “İttifaqı Mütəllim”in və “Gənclər sədası” jurnalının fəal yazarlarından biri olmuşdur. Demokratik Azərbaycan Respublikası qurulduqdan sonra M.B.Məmmədazdə hökumətin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin müxbiri və uzun müddət baş redaktoru olmuşdur. Bakıda yaradılmış mədəni-siyasi cəmiyyətlərdə çalışmaqla yanaşı, Müsavat Partiyasına daxil olmuş və bu partiyanın nüfuzlu, tanınmış üzvlərindən birinə çevirilmişdir. Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra Mirzəbala Məmmədzadə məsləkdaşları ilə birlikdə həbs edilmiş, sonradan təsadüf nəticəsində həbsdən azad olunmuş və yoldaşlarının köməkliyi ilə qeyri-leqal fəaliyyət göstərən Müsavat partiyasına başçılıq etmişdir.

    Qeyri-leqal Müsavat Partiyasının Azərbaycanın bütün vilayət və rayonlarında gizli fəaliyyət göstərməsini başa düşən kommunistlər şübhələnməyə başlamışlar. Uzun təqiblərdən sonra 1923-cü ilin axırlarında qeyri-leqal Müsavat Partiyasının “İstiqlal” qəzeti nəşr olunduğu mətbəənin bütün işçiləri həbs olunmuşdur. Bu hadisədən sonra Azərbaycan ziyalıları arasında geniş miqyasda həbs  başlamışdır. M.Məmmədzadə İrana sığınmaq məcburiyyətində qalmışdır. Bir müddət İran şəhəri olan Ənzəlidə yaşamış, lakin burada da təqib olunduğunu hiss edən Mirzəbala Məmmədzadə Tehrana, oradan da Təbrizə köçmüşdür. Həmin illərdə M.Ə.Rəsulzadənin İstanbulda nəşr etdirdiyi “Yeni Qafqaz” jurnalına məqalələr yazmış və evlərdə müəllimlik etmişdir. Texnikum məzunu olduğu üçün Cənubi Azərbaycanın Sulduz mahalında şosse yolunun inşasında elmi-texniki nəzarət məsləhətçisi vəzifəsində çalışmışdır.

    1927-ci ildə İstanbula gələn M.Məmmədzadə bütün ömrünü Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmişdir. “Yeni Qafqaz”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”,“İstiqlal”, “Qurt” mətbu orqanlarında, “Müsavat” adlı bülletenində, “Azərbaycan” jurnalında bir sıra məqalələr çap etdirmişdir. M.B.Məmmədzadənin siyasi məqalə və kitablarından başqa “İslam ensiklopediyası”nda çap olunmuş elmi yazıları, “Azərbaycan misakimillisi” (1927), “Milli Azərbaycan hərəkatı– Müsavat Partiyasının tarixi” (Berlin,1938) adlı elmi-siyasi əsərləri də vardır. Müsavat Partiyasının üzvü olduğu üçün o öz yazılarında partiyanın fikirlərini təbliğ etmişdir.

    O, 1932-ci ildə Polşanın paytaxtı Varşavaya gəldikdən sonra da mübarizəsindən əl çəkməmişdir. 1939-cu ildə Polşa Almaniya ilə Sovet İttifaqı arasında gizli bölündüyü zaman Mirzəbala Məmmədzadə yenidən İstanbula dönərək “Milliyət” və “Cümhuriyyət” qəzetlərində Rusiyada əsir olan türklər haqqında məqalələr yazmağa başlamışdır. 1955-ci ildə M.Məmmədzadə Münhendə yaradılan Sovet İttifaqını öyrənən institutu dəvət edilərək institutun Elmi Şurasının rəhbəri seçilmiş və institutda nəşr olunan jurnalın baş redaktoru olmuşdur.             Mirzəbala Məmmədzadə 1959-cu ildə İstanbulda ürək xəstəliyindən vəfat etmişdir.

 

 

 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved