• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


MİRZƏ CƏFƏR TOPÇUBAŞOV


    Görkəmli şərqşünas alim, tərcüməçi, kamil poliqlot, ağıllı diplomat, ilhamlı şair, islam dininə sadiq mömin bir insan olan Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-ci ildə ( bəzi məlumata görə 1784-cü il) Gəncə şəhərində anadan olmuşdur.Uşaq yaşlarından Tiflisdə yaşamış  M.C.Topçubaşov ilk təhsilini mədrəsədə almış, burada ərəb, fars və türk dillərini və ədəbiyyatını, eləcə də rus, gürcü və erməni dillərini də mükəmməl öyrənmişdir. O, 1817-ci ildə İran səfirlərinin heyəti ilə Peterburqa getmiş Rusiya Xarici İşlər Nazirliyinin Asiya Departamentində tərcüməçi işləmişdir. 1819-cu ildən Peterburqdakı Baş Pedaqoji İnstitutunda ərəb, fars və türk dillərindən dərs demişdir. İşgüzar müəllimin əməyi yüksək qiymətləndirilərək 1823-cü ildə Peterburq univerisitetində fars filologiyası üzrə professor seçilmişdir. 1835-ci ildə universitetin farsdili və fars filologiyası kafedrasına müdir təyin edilmişdir. 1849-cu ilədək M.C.Topçubaşov bu kafedraya rəhbərlik etmişdir.

    1849-1867-ci illərdə Rusiya Xarici İşlər Nazirliyi Asiya departamentinin Şərq Dilləri İnstitutunun professoru olan Mirzə Cəfər bu işdə də işgüzarlığı və fəallığı ilə seçilmişdir. M.C.Topçubaşov 1852-1857-ci illlərdə Rusiya Arxeologiya və Numizmatika Cəmiyyətinin müəssisələrində işləmiş və onun Şərq şöbəsinin ilk rəhbəri olmuşdur. Onun təşəbbüsü ilə həmin şöbənin “Xəbərləri” nəşr edilmişdir. Burada Şərq, o cümlədən Azərbaycan arxeologiyasına dair məqalələr, “Kitabi Dədə-Qorqud” və başqa dastanlardan tərcümələr dərc olunmuşdur.

    Rusiya şərqşünaslıq elminin və təhsilinin təşəkkülündə də M.C.Topşubaşovun xidmətləri böyükdür. Bu sahədə onun bir sıra qiymətli kitabları və məqalələri mövcuddur. O, 50 ilə yaxın fars dilindən külli miqdarda rəsmi sənəd və ədəbiyyatı rus dilinə tərcümə etmişdir.Onun ən böyük xidmətlərindən biri də Şərq ölkələrində işləmək üçün çoxlu sayda diplomatik kadrlar hazırlaması olmuşdur.

    İmperator kitabxanasında saxlanılan Şərq əlyazmalarının müxtəsər izahlı biblioqrafiyasının hazırlanması da M.C.Topçubaşova həvalə edilmişdir. V.V.Qriqoryev, O.Y.Senkovski, N.Y.Veselovski, Y.U.Kraçkovski və başqa bu kimi bir sıra rus şərqşünasları Topçubaşovun elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirmişlər. Onun Şərq dillərinin öyrənilməsindəki xidmətlərini Qərbi Avropa alimləri də etiraf etmişlər. Əldə etdiyi naliyyətlərə görə o, Londan Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdir. A.S.Qriboyedov fars, Q.Y.Senkovski isə türk dilini Topçubaşovun köməyi ilə öyrənmişlər. Onun 1812-ciil Vətən müharibəsinə həsr olunmuş “Qalibiyyəttəranəsi” şeirini və 1835-ci ildə çap olunmuş “İki şeir” kitabçasını böyük rus tənqidçisi V.Q.Belinski müsbət qiymətləndirmişdi. M.S.Topçubaşov rus şairi A.Mitskeviçlə yaxın tanış olmuş, onun "Krım sonetləri" ndən birini fars dilinə tərcümə etmişdir.

    1869-cu ildə Topçubaşovun şəxsi təşəbbüsü və vəsaiti hesabına hüquqşünaslıq sahəsində dəyərli əsərlər yazan tələbələr üçün Senatın qərarı və imperatorun imzası ilə 100 manat məbləğində “Topçubaşov mükafatı” təsis edilmişdir. O, I dərəcəli Müqəddəs Stanislav, II və III dərəcəli Müqəddəs Vladimir, II dərəcəli Müqəddəs Anna ordenləri, İranın “Şiri-xurşid” ordeni ilə təltif olunmuşdur.

    Azərbaycan xalqının böyük oğlu Mirzə Cəfər Topçubaşov 4 fevral 1869-cu ildə Peterburq şəhərində vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved