• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


MSTİSLAV LEOPOLDOVİÇ ROSTROPOVİÇ


    Mstislav Rostropoviç 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində dünyaya gəlmişdir. Atası Leopold Rostropoviç qismən belorus-polyak zadəganlar nəslinə məxsus Orenburqdan Bakıya mühacirət etmiş rus əsilli musiqiçi idi. Rostropoviç uşaqlıq və gənclik illərini Bakıda keçirmişdir. İkinci dünya müharibəsi illərində ailəsi yenidən Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçmüşdür. Rostropoviç artıq dörd yaşında ikən anasından pianino ifaçılığının sirrlərini öyrənir. On yaşında isə atası, tanınmış violenç ifaçısı və vaxtilə Pavlo Kasalasın tələbəsi olmuş Leopold Rostropoviçdən ilk dəfə violençin incəliklərini öyrənir.

    1943-1948-ci illərdə Rostropoviç Moskva konservatoriyasında təhsil almış və sonralar isə 1956-cı ildə bu konservatoriyanın violenç ifaçılığı şöbəsinə professor təyin edilmişdir.1945-ci ildə Sovetlər Birliyində ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülməklə istedadlı violenç kimi diqqətləri cəlb etmişdir.

    Rostropoviç ilk violenç konsertini 1942-ci ildə vermiş, 1947, 1949 və 1950-ci illərdə Praqa və Budapeştdə keçirilən beynəlxalq musiqi müsabiqələrinin qalibi olmuşdur.1950-ci ildə isə cəmi 23 yaşında o zaman Sovetlər Birliyində ən ali mükafat hesab olunan Stalin mükafatına layiq görülmüşdür. Artıq bütün SSRİ-də şöhrət qazanmış gənc və son dərəcə istedadlı Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. 1955-ci ildə isə Bolshoy Teatrın sopranosu Galina Vişnevskaya ilə ailə həyatı qurmuşdur.

    Rostropoviç Sovet ideologiyasının ən təhlükəli illərində belə sərhədsiz, siyasi təsir və təzyiqlərdən azad sənət, sərbəst fikir azadlığı və bu kimi kommunist ideologiyasına zidd demoktarik ideyaları çəkinmədən səsləndirmişdir. Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir.1948-ci il 10 fevral tarixində "formalist" bəstəkarlar haqqında qəbul edilmiş fərman nəticəsində müəllimi Şostakoviçin Leninqrad və Moskva konservatoriyalarında professorluq dərəcələrindən məhrum edilməsinə etiraz əlaməti olaraq 21 yaşlı Rostropoviç konservatoriyanı tərk etmişdir.

    1964-cü ildə Qərbi Almaniyadakı çıxışı ilə dünya klsassik musiqi sevərlərinin də rəğbətini qazanmışdır. 1967-ci ildə Böyük Teatrda Çaykovskinin “Yevgeni Onegin” operasını ifa etməklə özünün operaya olan sonsuz sevgisi və yüksək dirijorluq istedadını da nümayiş etdirmişdir.

    1970-ci ildə isə Rostropoviç Sovet ideologiyasının təqiblərinə məruz qalmış yazıçı Aleksandr Soljenitsına öz evində sığınacaq vermişdir. Buna görə də Rostropoviç hakimiyyətin qəzəbinə tuş gəlmiş, nəticədə musiqiçinin və onun həyat yoldaşının xarici səfərlərə yollanmasına məhdudiyyət qoyulmuş və Rostropoviç solo konsertlər vermək üçün Sibirə göndərilmişdir.

    1974-cü ildə Sovetlər İttifaqını tərk edərək ABŞ-a yollanmışdır. 1978-ci ildə Sovetlərin mədəni azadlığa qoyduğu məhdudiyyətlərə qarşı kəskin çıxışlarına görə Sovet vətəndaşlığından məhrum edilmişdir.

1977-1994-cü illər aralığında isə Rostropoviç Vaşinqtondakı ABŞ Milli Simfonik Orkestrinin musiqi direktoru və dirijoru kimi fəaliyyət göstərmişdir.

Berlin Divarlarının dağıdılması zamanı gözlənilməz, tamamilə improvizasiyaya əsaslanmış ifası onun dünya nüfuzunu daha da artırır və onun bu qeyri-adi ifası televiziya vasitəsilə bütün dünyaya nümayiş etdirilir.1990-cı ildə isə artıq Amerika vətəndaşı olmasına baxmayaraq ruslar onun Rusiya vətəndaşlığını bərpa etmişlər.

Rostrpoviç saysız-hesabsız mükafatlarla təltif olunmuşdur. Fransanın Şərəf Legionu Ordeni və saysız-hesabsız universitetlərin fəxri doktor mükafatlarını misal göstərmək olar. O, mədəniyyət və siyasətdə sərbəst fikir və ideya azadlığının yorulmaz müdafiəçisi idi. YUNESKO-nun səfiri olmaqla bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləmişdir.O İspaniya şahzadəsi Şahzadə Sofiyanın yaxın dostu kimi də tanınmışdır.

2006-cı ildən etibarən dahi musiqiçinin səhhəti kəskin pişləşməyə başlamış, 2007-ciilin aprel ayının 27-si vəfat etmişdir.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved