• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


MÜSLÜM MAQOMAYEV


    Müasir ifaçılıq sənəti və ecazkar səsi ilə zirvələr fəth edən böyük bəstəkar və opera müğənnisi Müslüm Maqomayevin adı bütün dünyada məşhurdur. Xalqımızı xarici ölkələrdə uğurla təmsil edən böyük Azərbaycan müğənnisi (bariton) və bəstəkarı     Müslüm Məhəmməd oğlu Maqomayev 17avqust 1942-ci ildə Bakıda anadan olmuşdur.1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olan M.Maqomayev Azərbaycan Dövlət Konservatoriyasını1968-ci ildə bitirmişdir. O, 1964-1965-ci illərdə İtaliyanın Milan şəhərindəki məşhur “La Skala” Teatrında təcrübə keçmişdir.

    M.Maqomayev opera səhnəsində ifa etdiyi “Fiqaro” (”Seviliya bərbəri”) partiyası ilə böyük şöhrət qazanmışdır. Sonralar isə o,“Koroğlu”, “Şah İsmayıl”, “Yevgeni Oneqin”,“Fiqaronun toyu”, “Riqoletto”, “Otello”, “Faust” və s. operalarda əsas ariyalarıni façısı olmuşdur. Gözəl və yumşaq tembrli gur səsə malik olan Maqomayevin ifası özünün təsirliliyi, incəliyi və ruh yüksəkliyiilə seçilmişdir.

    Respublikamızı xarici ölkələrdə müvəffəqiyyətlə təmsil edən M.Maqomayev Fransada, Almaniyada, Bolqarıstanda, Kanadada, İranda, Rusiyada, Finlandiyada, Polşada, Türkiyədə və başqa ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Onun repertuarında Azərbaycan mahnıları ilə yanaşı, xarici ölkə bəstəkarlarının, xüsusilə də italyan mahnıları geniş yer tutmuşdur.

    Bir sıra nüfuzlu beynəlxalq festivalların iştirakçısı olan M.Maqomayev həmin müsabiqələrin qalibi olmuşdur. O, 1969-cu ildə Polşada keçirilən “Sopot” beynəlxalq mahnı festivalında birinci yer tutmuşdur. Həmin festivalın münsiflər heyətinin üzvlərindən biri M.Maqomayev haqqında demişdir:“Müslümdə bir şeydən başqa bütün amillər mövcuddur. Bu da onun səviyyəsində rəqibin olmamasıdır”. Elə həmin il həmvətənimiz Kannda (Fransa) keçirilən beynəlxalq mahnı festivalında “Qızıl val” mükafatına layiq görülmüşdür. Bir sıra mahnıların müəllifi olan M.Maqomayev Polşada keçirilən mahnı festivalında “Mavi əbədiyyət” mahnısı ilə birinci yeri tutmuşdur.

    M.Maqomayev 1975-ci ildə təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin uzun müddət bədii rəhbəri və solisti olmuşdur.Onun “Mənim Azərbaycanım”, “Mavi əbədiyyət”, “Təntənəli mahnı” və sairə kimi estrada mahnıları olduqca məşhurdur.

    Böyük müğənni haqqında 1971-ci ildə “Oxuyur Müslüm Maqomayev” adlı film konsert çəkilmişdir. “Nizami” bədii filmində də baş rolun ifaçısı da M.Maqomayevdir.

    Müslüm Maqomayev bir sıra orden və medallara (Azərbaycan SSR Əməkdar artisti– 1964, "Qırmızı Əmək Bayrağı" ordeni –1971, Azərbaycan SSR Xalq artisti – 1971, SSRİ Xalq artisti – 1973, "Xalqlar Dostluğu"ordeni – 1980, "Şöhrət" ordeni – 1997, "İstiqlal" ordeni – 2002) layiq görülmüşdür.

    Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat etmiş, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved