• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


ORUC BƏY BAYAT


    Türk Qızılbaş tayfasının Bayat soyundan olan Azərbaycan tarixçisi Oruc bəyin 1560-cı ildə doğulduğu ehtimal edilir. Onun atası Sultanəli bəy Səfəvi şahı Məhəmməd Xudabəndənin və onun oğlu Həmzə Mirzənin yaxın adamlarından olmuşdur. Təbriz şəhərinin Osmanlı Türkiyəsindən azad olunmasında gənc Oruc bəy atası ilə birlikdə vuruşmuşdur. Bu döyüşlərin birində onun atası qəhrəmancasına həlak olmuş, bundan sonra atasının dəstəsinə Oruc bəy rəhbərlik etmişdir. Səfəvilərin taxtına görkəmli sərkərdə və dövlət xadimi I Şah Abbas əyləşdirildikdən sonra Oruc bəy onun da bir sıra hərbi yürüşlərində fəal iştirak etmiş və Şah Abbasın böyük hörmətini qazanmışdır. Hərbi sərkərdə və siyasi xadim Oruc bəyin nüfuzu ölkədə gündən-günə artmışdır. Odur ki, I Şah Abbas Avropada osmanlılara qarşı işləyəcək səfarətin tərkibini müəyyənləşdirəndə Oruc bəyin namizədliyi birinci yada düşmüşdür.

    O, 1599-cu ildə Avropaya göndərilən nümayəndə heyətinin baş katibi olmuşdur. Ondan başqa bu diplomatik missiyaya dörd katib və on beş qulluqçu daxil idi. Şah Abbasın tapşırığı ilə bu diplomatik nümayəndə heyəti Rusiyadan başqa 8 Avropa ölkəsinə –Almaniya, Roma, İspaniya, Fransa, Polşa,Venesiya, İngiltərə və Şotlandiyaya gedib, həmin ölkələrdə təbliğat işi aparmalı idilər. Nəzərdə tutulan ölkələrdə olduqdan sonra nümayəndə heyəti İspaniyaya gəlmişdir. Burada tapşırıqlar yerinə yetirildikdən sonra nümayəndə heyətinin 4 katibindən üçü həmişəlik İspaniyada qalmağa qərar verirlər. Onlar 1601-ci ildə xristianlığı qəbul etmişlər. İspaniya kralı Oruc bəyə “Don Juan” adını vermiş, kraliça Marqarita isə onun xaç anası olmuşdur.

    Oruc bəy 1604-cü ildə üç hissədən ibarət olan “Don Juanın hekayəti” əsərini İspaniyada çap etdirmişdir. Onun əsərində Səfəvi dövlətinin siyasi tarixi, Qızılbaş tayfası, şahidi olduğu tarixi hadisələr, yol qeydləri və sairə haqqında qiymətli məlumatlar vermişdir. Oruc bəyin kitabı azərbaycanlı müəllifin Avropada çap olunmuş ilk kitabıdır. Oruc bəyin bu kitabı 1926-cı ildə ingiliscəyə çevrilərək Londonda nəşr olunmuşdur. Əsər 1959-cu ildə fars dilində buraxılmışdır. Həmin əsər Bakıda rus dilində çap edilmişdir.

    Oruc bəyin ömrünün son illəri haqqında verilən məlumatlardan bəlli olur ki, o, 1605-ci ilin may ayında fars səfiri ilə mübahisə etmiş və qılınc döyüşündə onu öldürmüşdür. Lakin az sonra onun özü də vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved