• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


RÜSTƏMXAN XOYSKİ


 

      Azərbaycan Xalq Cümhuriyyətinın elan olunduğu ilk gündən dövlət qanunlarının yazılmasında yaxından iştirak edən, bir sıra məsul vəzifələr (nazir, nazir müavini və s.) daşıyan Rüstəmxan İskəndər oğlu Xoyski 1888-ci ildə Şəkidə anadan olmuşdur. Onun atası rus ordusunun genaral leytanantı idi.

       O, öz dövrünün görkəmli siyasi və ictimai xadimi Fətəlixan Xoyskinin kiçik qardaşıdır. Onların əsli-nəsli Cənubi Azərbaycandan, Xoy şəhərindəndir. Rüstəmxanın böyük qardaşı Hüseynqulu Ağanın oğlu Zahidxan Xoylunun 1989-cu il avqustun 18-də Nyu-Yorkdan yazdığı məktubdan məlum olur ki, Xoyskilərin nəslinin adı Dünbüllü Batman Qılıncdır.

       1803-1806-cı illərdə Azərbaycanı işğal edən rus ordusunun başçısı general Sisianov Peterburqa  göndərdiyi reportda Rüstəmxanın ulu babaXoy xanı Cəfərqulunu – Xan Xoyski kimi təqdim etmişdir. Həmin illərdən bu nəsil Xoyski soyadı ilə məşhurdur. Rüstəmxan Xoyski orta təhsilini Gəncə klassik gimnaziyasında  almış, sonra  Peterburq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Rüstəmxan 1913-cü ildə ali hüquqşünas diplomu alaraq, Gəncəyə qayıtmış, dairə məhkəməsində müvəkkil işləmişdir.1917-ci ildə Rusiyada burjua inqilabı baş verərkən R.Xoyski siyasi hadisələrə qoşulmuşdur. Azərbaycan Demokratik Respublikasının dövründə Rüstəmxan Xoyski hökumətinin dəftərxana müdiri təyin olunmuşdur.1918-ci ildə dekabrın 22-də F.Xoyskinin üçüncü hökumət Kabinetində R.Xoyski sosial-təminat naziri təyin edilmişdir.

       Həmin illərdə ermənistandan qovulmuş azərbaycanlıların yerləşdirilməsi və onlara kömək göstərilməsi R.Xoyskiyə tapşırılmışdır.1919-cu ilin martında F.Xoyskinin kabinetindən istefaya  çıxdığı üçün R. Xoyski tutduğu vəzifəni tərk etmişdir. R.Xoyskinin, daha sonra Nəsibbəy Yusifbəylinin təşkil etdiyi birinci kabinetdə sosial-təminat, ikinci(1919) kabinetdə isə səhiyyə nazirinin müavini olmuşdur. Sovet işğalından sonra R.Xoyski AzərbAycAn SSR plan komitəsində hüquq məsləhətçisi vəzifəsində işləmişdir.1920-ci ilin axırında Moskvaya köçən R.Xoyski burada  ailə həyatı qurmuş, müxtəlif dövlət idarələrində çalışmışdır.

     Rüstəmxan Xoyski 1948-ci ildə Moskvada vəfat etmiş və sonralar dövlət tərəfindən Fəxri Xiyabana çevrilən Novodeviçye qəbristanlığında  dəfn edilmışdir.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved