• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


SABİT ORUCOV


   Görkəmli dövlət xadimi, neft və qaz sənayesi üzrə mütəxəssis Sabit Atababa oğlu Orucov 31 may 1912-ci ildə Bakı şəhərində anadan olmuşdur.1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) bitirdikdən sonra neft mədənlərində bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Ali məktəbi bitirdikdən sonra S.Orucov neft və qaz yataqlarının işlənilməsi sahəsində tədqiqat işləri aparmış, hava vurmaqla (aerasiya) dərin neft quyularının mənimsənilməsi üsulunu işləyib hazırlamışdır.

    1949-1957-ci illərdə qısa fasilə ilə SSRİ neft sənayesi nazirinin müavini, 1957-1959-cu illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini işləmişdir. 1959-1962-ci illərdə Sabit Orucov SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi olmuş, 1962-1965-ci illərdə isə SSRİ Kimya, Neft və Yanacaq Sənayesi Dövlət Komitəsinin sədr müavini, SSRİ Dövlət Plan Komitəsi nəzdində Dövlət Neftçıxarma Sənayesi Komitəsi sədrinin birinci müavini, sonralar isə SSRİ Neftçıxarma və neft sənayesi nazirinin birinci müavini kimi məsul vəzifələrdə çalışmışdır.

    1972-ci ildən ömrünün sonuna kimi (1981-ci il) SSRİ Qaz sənayesi naziri olmuşdur. Neft Daşlarındakı yataqların kəşfi və mənimsənilməsində bilavasitə iştirak etmiş və bir sıra iri bloklu dəniz buruq əsaslarının konstruksiyasını təklif etmişdir. Onun fəal iştirakıilə Qərbi Sibir, Orenburq vilayəti, Türkmənistanda və Özbəkistanda bir sıra neft və qaz yataqları istifadəyə verilmişdir. SSRİ-də qaz sənayesinin yeni texnika ilə təchiz olunmasında S.Orucovun böyük xidmətləri vardır.

    Sabit Orucov bir sıra qiymətli elmi işin və ixtiranın müəllifidir. Bu gərgin elmi axtarışlarının nəticəsi kimi o, 1962-ci ildə texnika elmləri doktoru elmi dərəcəsi almış,1966-cı ildən isə professor elmi adına layiq görülmüşdür. O, Yaponiya, İngiltərə, Kanada, ABŞ, Almaniya və başqa ölkələrdə Ümumdünya və Beynəlxalq Neft və Qaz Konqreslərində məruzələr etmiş, 8-ci Moskva Neft Konqresində Dünya Neft Konqreslərinin vitse-prezidenti seçilmişdir. Sabit Orucov iki dəfə SSRİ Dövlət Mükafatı, Lenin mükafatı laureatı olmuş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüllmüşdir. Üç dəfə “Leninordeni, 4 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni vəbir sıra medallarla təltif olunmuşdur.

     S.Orucov 20 aprel 1981-ci ildə Moskvada vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved