• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


NAĞI BƏY ŞEYXZAMANLI


    Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Gənc yaşlarından Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş,əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhmədbəy Ağayev tərəfindən qoyulan “Difai”,1917-ci ildən isə Nəsibbəy Yusifbəyli  tərəfindən təsis edilən “Türk Ədəmi-Mərkəziyyət” Partiyasının üzvü olmuşdur.

    1917-ci ilin may ayında “Müsəlman Demokratik Müsavat” Partiyası ilə birləşərək “Müsavat” adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında “Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilmiş (qardaşı Məmmədbağır Şeyxzamanlı öz ərizəsi ilə bu vəzifədən istefa verdikdən sonra) və 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərmişdir.

    1920-ci il aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı keçirməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşamışdır. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilmişdir. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə “Böyük xeyriyyəçi  Hacı Zeynalabdin Tağıyev”, 1963-cü ildə “Dərdləşmə” və 1964-cü ildə “Azərbaycan istiqlal mücadiləsi xatirələri” adlı kitabları çapdan çıxmışdır. N.Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilmişdir.

    Nağı bəy Şeyxzamanlı 1967-ci ildə ABŞ davəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved