• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


SADIQBƏY AĞABƏYZADƏ


    Tariximizə məşhur Azərbaycan generalı və şərqşünas alim kimi düşən Sadıqbəy İsmayıloğlu Ağabəyzadə 1865-ci ildə Göyçayda anadan olmuşdur. O, orta təhsilini Bakıda realnı məktəbdə almış,1886-cı ildə isə Konstantinovski hərbi məktəbini bitirmişdir. Sonra isə o, Mixaylovski artilleriya məktəbində oxumuş, oranı bitirdikdən sonra ilk hərbi rütbəsini almışdır.Hərbi xidmətdən sonra Sadıqbəy 1899-cuildə Sankt-Peterburqda Şərq dilləri üzrə hərbi institutu bitirmişdir.

    1899-1913-cü illərdə Aşqabad qarnizonunda xidmət etmişdir. Hərbi işlə yanaşı, elmi yaradıcılıqla məşğul olmuşdur. Onun ədəbiyyatşünaslıqla bağlı yazdığı bir sıra məqalələr dövrünün nüfuzlu jurnallarında işıq üzü görmüşdür. Sadıqbəy Ağabəyzadə rus dilində hazırladığı “Türkmən danışıq kitabçası”nı çap etdirmişdir.

    1913-cü ildə general-mayor rütbəsində hərbi xidmətdən ehtiyata çıxan S.Ağabəyzadə Göyçaya qayıtmışdır. Lakin rus-alman müharibəsi başladığı üçün 1914-cü ildə oyenidən orduya çağırılmışdır.

    1918-ci ilə kimi hərbi xidmətdə olan Sadıqbəy yenidən Göyçaya gəlmişdir. 1918-ciilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinın daxili işlər nazirinin müavini vəzifəsində işə başlamışdır.

    1920-ci ildə ADR süquta uğradıqdan sonra S.Ağabəyzadə mühacirət etmək məcburiyyətində qalmışdır. O, əvvəlcə Türkiyəyə, bir neçə ay sonra isə Fransaya köçmüş və burada müəllimliklə məşğul olmağa başlamışdır. 1927-ci ildə S.Ağabəyzadə Polşaya Lvov univesitetində işləməyə dəvət olunmuşdur. Şərq dilləri fakültəsinin professoru kimi fəaliyyət göstərən Səməd bəy burada ərəb və fars dillərindən mühazirələr oxumuşdur. Xatırladaq ki, S.Ağabəyzadə ərəb, fars, polyak, fransız, rus və türk dillərini mükəmməl bilmişdir. O, 17 il Lvov universitetində müəllimlik etmişdir

    S.Ağabəyzadə 1944-cü ildə 79 yaşında Lvov şəhərində vəfat etmiş və burada da dəfn olunmuşdur

    Hal-hazırda Ukraynanın Lvov şəhərinin mərkəzi küçələrindən biri Sadıqbəy Ağabəyzadənin adını daşıyır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved