• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


SƏFİƏDDİN URMƏVİ


     Şərq dünyasının ən məşhur musiqiçi və musiqişünaslarından sayılan Səfiəddin Urməvi Azərbaycanın qədim mədəniyyət mərkəzi sayılan Urmiyə şəhərində 1216-cı ildə anadan olmuşdur.

     İbtidai təhsilini öz vətənində almış, musiqi savadının əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan ərəb xilafətinin paytaxtına, bütün Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi olan əfsanəvi Bağdad şəhərinə gələrək, dövrünün ən yaxşı universitetlərindən sayılanMüstənsəriyyədə" təhsilini davam etdirmişdir. O, burada fəlsəfəninməntiqin, tibbin, riyaziyyatın, astronomiyanın və dillərin əsasları ilə tanış olmuşdur.

    Musiqi sənətini öyrənməkdə davam edən Səfiəddin xəttatlıqda da böyük uğur qazanmışdır. Əvvəlcə o, musiqi sahəsində deyilxəttat kimi şöhrət tapmış və Abbasilər sülaləsinin son nümayəndəsi xəlifə əl Müstəsimin sarayına dəvət olunmuşdur. Az vaxtda xəlifənin yaxın əhatəsinə daxil olan sənətkar bir müddətdən sonra saray kitabxanasının rəhbəri və baş xəttatı təyin olunmuşdur

    Səfiəddin hələ sarayda ikən 1252-ci ildə “Kitabl Ədvaradı ilə məşhur olan musiqi risaləsini tamamlamışdır. Kitab ərəb dilində yazılmış və 15 fəsildən ibarət idi. Maraqlıdırki, bu əsərdə qaldırılan musiqi nəzəriyyəsi məsələləri bu gun də aktuallığını itirməmişdirMuğamlardan bəhs edən doqquzuncu fəsil çağdaş oxucunu daha çox maraqlandıra bilərBurada ümumiyyətlə 12 muğam dəstgahının adı çəkilir. Musiqinin not yazısına həsr edilə15-ci fəsil musiqiçi və musiqişünasların sonrakı nəsilləri üçün xüsusilə maraqlıdır

    Səfiəddinin təklif etdiyi sistem üzrə, musiqi hərfidədi üsulla yazılırdı. Ərəblərə məxsusbcəd" sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu bildirirdi. Misal üçün, yarım tonlardan az intervalların işarəsi kimi, T, C, B, vəsairə hərflərdən istifadə olunurdu. Ladların adı, melodiyanın quruluşu və ritmi özəl olaraq rəqəmlərlə qeydə alınırdı. Maraqlıdır kimüasir Qərb not sistemi yarımtonlarda nkiçik intervalların yazıya alınması üçün imkan vermir. Və elə buna görə də muğamlarıneləcə də Şərq musiqisinin bütün səs incəliklərini çatdırmaqda çətinlik törədirBəlkə də elə buna görə Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sistemindən geniş istifadə olunmuşdur.

    Avropanın ilk məşhur musiqişünası R.Erlanju və C.Fermer bir-birindən xəbərsiz olaraq Urməvinin bir rübai üzərindəki not yazısını müasir not yazısına köçürə bilmişlər. 700 ildən bəri susan melodiya yenidən səslənmişdir

    Məşhur Azərbaycan musiqişünası Əbdülqadir Marağayi özünün "Məqasidüllhan" əsərində yazmışdır ki, Əbdül mömin Səfiəddin Urməvi bir çox görkəmli şəxsiyyətlərin müəllimi olmuşdur. Bunların sırasında Şəmsəd-Din Söhrəvərdi, Əli Sitan, Həsən Zəfərvə Hüsam əd-Din Tutluq Buğa kimi tanınmış musiqişünasların adları çəkilir.

     Səfiəddin 2 yeni musiqi aləti yaratmışdır– “Hüzhə” və “Müğni”. Hüzhə müasir arfayə kanona bənzəyirdi.

     Səfiəddin ömrünün son illərini yoxsulluq içərisində keçirmiş və 1294-cü ildə Bağdaddakı borclular həbsxanasında vəfat etmişdir

Səfiəddin Urməvinin əsərlərinin əlyazmaları London, İstanbul, Sankt-PeterburqNyu-York və dünyanın başqa böyük muzeylərində saxlanılır. Onun kitabları sonrakı əsrlərin bir çox məşhur musiqiçilərinin diqqətini çəkmişdir.

İngilis alimi Henri Corc Fermer Səfiəddin Urməvi haqqında demişdir ki, o, sistemli bir məktəbin əsasını qoymuşdur və özündən sonra gələn bütün ərəb-fars və türkdilli müəllimlər onun davamçıları sayıla bilər.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved