• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


SƏMƏD BƏY RƏFİBƏYLİ


         Səməd bəy Məşədibəy oğlu Rəfibəyli 1892-ci ildə Gəncə şəhərinin Balabağban qəsəbəsində anadan olmuşdur. Tiflis kadet korpusunu 1916-cı ildə bitirən S.Rəfibəyli hərbi xidmətə 7-ci Qafqaz sərhəd alayında başlamışdır. O, 1918-ci ilin yanvarında yeni yaranan Müsəlman korpusunun 1-ci Bakı Atıcı Alayında bölük komandiri kimi bolşevik-daşnak dəstələrinə qarşı vuruşmuşdur. Azərbaycan xalq Cümhuriyyəti dövründə Milli Ordumuzun tərkibində özünü çox istedadlı və peşəkar hərbiçi kimi göstərmişdir.

        1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan rütbəsinə layiq görülmüşdür. Gəncədə olan Nuru Paşanın təqdimatı ilə Azərbaycan dəmir yolunun müvəqqəti komissarı təyin olunan Səməd bəy respublikanın müdafiə nazirinin əmrilə 1919-cu ilin fevralında 1-ci Cavanşir alayının və Lənkəran Ehtiyat alayının əsas təşkilatçısı olmuşdur. Azərbaycan Respublikasının hərbi naziri general Səməd bəy Mehmandarovun və onun müavini Əliağa Şıxlinskinin əmr və reportlarında Səməd bəy Rəfibəyli savadlı, yorulmaq bilməyən qoçaq komandir kimi xarakterizə olunur. Polkovnik rütbəsinə yüksələn Səməd bəy Rəfibəyli Azərbaycan Milli Ordusunun Qarabağdakı 1-ci Cavanşir piyada alayının komandiri kimi 1920-ci ilin mart və aprel aylarında Xankəndində və Əskəranda milli hökumətimizə qarşı qiyam qaldırmış erməni daşnakları ilə savaşlarda şəxsi qəhrəmanlıq göstərənlərdən biri olmuşdur. Azərbaycan hökuməti onun hünərini qiymətli hədiyyə ilə mükafatlandırmışdır.

         Polkovnik Səməd bəy Rəfibəyli Azərbaycanda sovet hakimiyyəti qurulduqda onunla barışmamış, 1920-ci il mayın sonu –iyunun əvvəlində rus bolşeviklərilə erməni daşnaklarının birləşmiş qüvvələrinə qarşı Gəncə üsyanında qeyri-bərabər döyüşlərdə peşəkar zabit kimi ön sırada axıradək vuruşmuşdur. Lakin mübarizəni davam etdirməyin lüzumsuz olduğunu gördükdə, bir qrup silahdaşı ilə birlikdə Türkiyəyə getmişdir. Səməd bəy Rəfibəyli Türkiyədə siyasi mühacir sayılsa da, öz hərbi istedadı və komandirlik qabiliyyəti ilə seçilmiş və göstərdiyi xidmətlərə görə ona paşa (general) rütbəsi verilmişdir.

         O, Türkiyənin düşmənləri ilə məşhur Qars və Sarıqamış savaşlarında xüsusilə fərqlənmişdir. İstanbul süvari dəstəsinin 2-ci şöbəsinin rəisi olan Səmədbəyi böyük Kamal Atatürk çox sevir və qiymətləndirmişdir. Atatürk döyüşlər zamanı göstərdiyi cəsurluğa görə Səməd bəylə maraqlanır və onunla tanış olduqdan sonra bir qədər heyrətlənərək demişdir:  “Bu cür gənc yaşda polkovnik olmaq hər kəsə nəsib olmur. Türk gəncliyi nümunəni Səməd bəydən götürməlidir”. Səməd bəy Rəfibəyli Türkiyənin birinci dərəcəli “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

        1948-ci ildə isə Türkiyə Respublikasının Ali Hərbi Şurası Səməd bəyi hərbi xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif etmişdir. Çox sayıldığı və hörmətli olduğu üçün Sayqın, daha doğrusu, Səməd paşa Əbdülsəmədbəy Sayqın adlandırılırdı. Xalqımızın bu istedadlı sərkərdə oğlu Türkiyədə paşa hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlıdır.

        Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə yüksələn Səməd bəy  Rəfibəyli 1980-ci il yanvarın 19-da ömrünün 88-ciilində İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur. Səməd bəyin övladları və qohumları indi də İstanbulda yaşayırlar.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved