• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


SÜRƏYYA AĞAOĞLU


   Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Hüquq  Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuş, 60 il ədliyyə sistemində işləmişdir.

    Siyasətə az qarışmasına baxmayaraq, demokratiyaya bağlılıq varlığının ən işıqlı tərəfidirBir müddət Yeni Türkiyə Partiyasınıüzvü və onun İstanbul təşkilatının başçısı olmuşdur.

    İngilis dilini mükəmməl bildiyinə görə dünya ədəbiyyatını türkcə ilə bərabər bu dildə oxumuşdur.

    Şərq və Qərbin ədliyyə aləmindəki onlarca böyük tədbirin ən fəal iştirakçısı, Beynəlxalq Qadın Vəkillər Şurası prezidentinin müavini, bir sıra hüquq komissiyalarınıüzvü olmuşdur.

    İstanbuldaCocuq dostları” dərnəyi təşkil etmişdir.

    Təbiətcə nikbin olan ən ağır anlarında ruhdan düşməyən Sürəyya xanım irticaçıların təqiblərinə məruz qalmış, faciəsiz, itkisiz keçməmişdir. Pakistan Qadınlar Birliyinin konfransından (1952) sonra bəzi türk qəzetlərinin hücumuna məruz qaldıqları zaman belə bir cavab yazmışdır: “Baş örtüldükdə görünməmiş inqilab əleyhdarları olaraq anlaşıldığını təəssüflə oxuyub təsirləndim. İnqilab qurşağa qədər açıq gəzmək və ya başını örtmək deyil, bir zehniyyat məsələsidirBir məmləkətin adət və vərdişlərinə uyğunlaşıb baş örtmək inqilaba qarşı çıxmaq demək deyildir. İnqilabı öyrənməyə ehtiyacım yoxdur, zira mən inqilabın rəmziyəm”. 

    O, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təsisçisi olmuşdur. Bir sıra hüquqi məqalələrin, "Londonda gördüklərim" və "Bir ömürdə belə keçdi" kitablarının müəllifidir.29 dekabr 1989-cu ildə vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved