• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


TEYMUR MUSTAFAYEV


   Azərbaycan təyyarəçisi Teymur Mustafayev 1896-cı ildə Bakıda dülgər ailəsində anadan olmuşdur.14 yaşlı Teymur peşə məktəbini bitirdikdən sonra 1920-ci il mayın 24-də açılan Bakı Hərbi Dəniz Təyyarəçilik məktəbinə daxil olmuşdur. 1922-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirən T.Mustafayev hərbi dəniz təyyarəçisi rütbəsi almışdır. O, birinci Azərbaycan diviziyasının aviodiviziyasında Xəzər dənizində neft yataqlarının kəşfi sahəsində təyyarəçi instruktor kimi xidmət etmişdir. Əlaçı pilot Teymur 1922-ci ilin noyabrın 14-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 180N-li əmri ilə Respublikanın “Qırmızı Bayraq” Ordeni ilə təltif olunmuşdur.

   Təyyarəçi Teymur Mustafayev 1924-cüildə Xəzərin üstü ilə 500-600 metr hündürlükdən uçarkən dəniz səthinin bir hissəsində yağlı neft ləkələri müşahidə etmiş və bu barədə Neft Təsərrüfatı Nazirliyinə məlumat ötürülmüşdür. Həmin illərdə respublikamızda hərbi xidmətdə olan, sonralar Sovet İttifaqı Marşalı, Sovet İttifaqı qəhrəmanı Stepan Akimoviç Krasovski yazır ki, Xəzərdə ilk dəfə neftin olmasını azərbaycanlı təyyarəçi Teymur Mustafayev kəşf etmışdir desək, yanılmarıq.

   İkinci azərbaycanlı təyyarəçisi Teymur Mustafayev sovet repressiya maşının qurbanı olmuşdur. O, qeyri-leqal “Prom-partiya” ilə əlaqələrə görə günahlandırılmış, 1926-cı ildə həbs olunmuş, Qazaxıstanın Qaraqanda şəhərinə sürgün edilmişdir.

   “Şəxsiyyətə pərəstiş” dövrünün ilk qurbanlarından olan həmyerlimiz burda da fəaliyyətini dayandırmamışdır. O, Qaraqandada yenicə açılan daş kömür mədənlərinin inkişafında yaxından iştirak etmişdir. Böyük Vətən müharibəsi illərində o, yük avtomobillərini təmir edib cəbhəyə göndərən sex rəisi işləmişdir. Onun təşəbbüsü ilə yük avtomobillərinin mühərrikləri qaz generatorları ilə işləməyə uyğunlaşdırılmışdır. Bu təşəbbüs cəbhənin ehtiyaclarını ödəmək üçün 100 tonlarla benzin yanacağına qənaət etməyə imkan vermişdir.

   Qaraqanda "kömür mədənləri" ndə müxtəlif məsul vəzifələrdə çalışan T.Mustafayev qaz generatorları qurğusunun hazırlanmasında böyük əmək sərf etmişdir. Dövlət onun müharibə illərindəki və müharibədən sonrakı xidmətlərini nəzərə alaraq “Böyük Vətən müharibəsində fədakar əməyinə görə”, “Əməkdə fərqlənməyə görə” və “Xam torpaqların istifadəyə verilməsinə görə” medalları ilə təltif etmişdir. Həmyerlimiz həm də üçüncü dərəcəli dağ mühəndisi fəxri adına layiq görülmüşdür.

   T.Mustafayev 1981-ci ildə vəfat etmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved