• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


SƏİD ƏLİZADƏ


   Səid Rizo Əlizadə 15 fevral 1887-ci ildə Azərbaycanda toxucu ailəsində anadan olmuşdurOnun anası Xədicə bəyim çox ağıllı və ziyalı qadın kimi tanınmışdır. O, uşaqlarına təhsil vermək arzusu ilə yaşamış, lakin Səidin iki yaşı olanda Xədicə xanım gözlənilmədən vəfat etmişdir. Bundan sonra Səidin atası uşaqlarını da götürüb Səmərqəndə köçmüş və tezliklə mahir xalça ustası kimi ad-san qazanmışdır.

   Atası Səidin istedadını görüb onu mədrəsəyə göndərmişdir. Səid Rizonun oxuduğu məktəbdə dini fənlərlə yanaşı, dünyəvi elmlərdə tədris edilirdi. Qısa müddət ərzində o, ərəb və fars dillərini mükəmməl öyrənə bilmişdirSlizadə Səmərqənddə açılan yeni tipli məktəbdə oxumuşdur. Onun bu məktəbə cəlb olunmasında Səmərqənddə hörmət sahibi olan Şeyx Əbülqasımın xidmətləri böyükdürXatırladaq ki, ərəb dilinin tərcüməsində Səid Rizo öz müəlliminə kömək etmiş, o, aşağı sinif şagirdlərinə ərəb dilindən dərs keçmişdir.

   Bir neçə ildən sonra Səid RizoSəmərqənd” qəzetinin mətbəəsində yığıcı şagirdi işləmişdir. Bu qəzetin redaksiyasında Ayna” (Misir), “Tərcüman” (Krım), “Molla Nəsrəddin” (Azərbaycan) kimi o dövrün nüfuzlu qəzet və jurnalları ilə yaxından tanış olur və onlardan müntəzəm bəhrələnirSəid Əlizadənin dünyagörüşünün formalaşmasına 1905-1907-ci illərdə “Səmərqənd” qəzetinin redaktoru M.V.Morozovun böyük təsiri olmuşdur. Birinci rus inqilabı 18yaşlı gəncin şüurunda dərin iz buraxmışdırO, artıq Səmərqənddə yeni tipli məktəblərin sayının çoxaldılmasının təşəbbüsçüsü kimi çıxış etməyə başlamışdır. Elə bu vaxtlardada (1904-1906-cı illər) bir neçə dərslik və dərs vəsaiti çap etdirməyə müvəffəq olmuşdur.

   Türkmənistan vilayətində xalq təhsilinin reformator təbliğatçısı kimi çıxış edən Səid Rizo Azərbaycan, Krım, Buxara, DaşkəndSəmərqənddə nəşr olunan qəzet və jurnallarda maarifçiliklə bağlı çoxlu məqalələr dərc etdirmişdir. Səid Rizonun publisistikyazıçılıq və təşkilatçılıq bacarığı “İnqilabışəfəqlərijurnalına redaktorluq etdiyi vaxtda özünü daha bariz şəkildə büruzə vermişdirO, siyasi və satirik yazılarında 15 təxəllüs və gizli imzadan istifadə etmişdir.

   On iki dil bilən Səid Rizo özbək və tacik dillərində yazılmış ilk əlifbanın müəllifidirO, bu dillərdə ilk qrammatika və oxu kitablarının müəllifı kimi də tarixə düşmüşdür.Tacik və özbək dillərində “Əlifba”, “Tacikdilinin morfologiyası və sintaksisivə sairəkimi qiymətli dərsliklər çap etdirən SəidRizo rus və xarici dillərdən də bir sıra dərsliklər və dərs vəsaitləri tərcümə etmişdir.

   Səid Rizo 1924-cü ildə “Zarafşannəşriyyatının rəhbəri təyin edilmiş, eyni zamanda o, Özbəkistan KP MK-da nəşriyyat məsələləri üzrə səlahiyyətli nümayəndəsi olmuşdurSəid Rizonun həyatının ən parlaq səhifələrindən birini də Səmərqənd şəhərində Özbəkistan Dövlət Universitetində müəllimlik fəaliyyəti təşkil edir. Yazdığı məqalə və monoqrafiyalarıəksəriyyətində ingilis imperialistlərinin işğalçılıq siyasətini kəskin şəkildə tənqid atəşinə tutan Səid Rizo 1937-ci ildə ingilislərə satqınlıqda günahlandırılaraq həbs olunmuşdur. Bir neçə il həbsxanada qalan Səid Rizo 24 dekabr 1945-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat etmişdir. Vəfatından sonra onun günahsız olduğu təsdiqlənərək bəraət verilmişdir.

   Böyük maarifçi və pedaqoq, yazıçı və publisist Səid Rizo Əlizadənin Azərbaycan, özbək, rus və dünya pedaqoqlarının qarşılıqlı əlaqələri, müəllimlik metodları, təhsilin məzmunu, tərbiyənin məqsədi və mahiyyətiprinsip və metodları haqqında əsərləri indi də aktuallığını itirməmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved