• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


ŞƏFİ BƏY RÜSTƏMBƏYLİ


   Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1893-cü ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Gəncə gimnaziyasında alan Şəfı bəy ali təhsil almaq üçün Rusiyaya getsə də, 1910-cu ildə o, Kiyev universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

   Şəfi bəy Rüstəmbəyli həmin ilin sonunda Kiyevdə təhsil alan tələbələrlə bir yerə yığışaraq özlərinin “Həmyerlilər Cəmiyyəti” ni “Zemlyaçestvo”) yaratmışdır. Cəmiyyətin sədri Kiyev Universitetinin tibb fakültəsinin tələbəsi Mir Əbülfət xan Talışlı, katibi Xəlilulla Yenikeyev, xəzinədarı Şəfı bəy Rüstəmbəyli seçilmişdir.

   Tələbələr Rusiya imperiyasında təhsil alan müsəlman tələbələrin arasında əlaqə yaratmaq və onların qurultayını çağırmaq üçün xüsusi komissiya təşkil etmişlər. Kiyevdə təhsil aldığı illərdə “Həmyerlilər Cəmiyyəti” nin yaranmasında və fəaliyyətində yaxından iştirak edən Şəfi bəy, eyni zamanda, Ümumrusiya müsəlman tələbələrinin qurultayının nizamnaməsini hazırlayanlardan biri idi.

   Kiyevdə təhsilini başa vuran Şəfi bəy 1915-ci ildə Gəncəyə qayıtmışdır. Burada şəhər məhkəməsində vəkil kimi çalışmışdır. 1917-ci ilin mart ayında N.Yusifbəylinin rəhbərliyi altında Gəncədə “Türk-ədəmimərkəziyyət” Partiyası yaradılmış, onun ən fəal üzvlərindən biri Şəfi bəy olmuşdur. 1917-ci ilin iyununda M.Ə.Rəsulzadənin rəhbərliyi altında Bakıda fəaliyyət göstərən “Müsəlman Demokrat  Müsavat” Partiyası ilə Gəncədəki “Türk-ədəmi-Mərkəziyyət” Partiyası birləşərək “Türk- ədəmi-Mərkəziyyət Müsavat” Partiyası adlanır. Həmin partiyanın Mərkəzi Komitəsi səkkiz nəfərdən ibarət idi. Bunun da dörd nəfəri Gəncə bürosunda fəaliyyət göstərirdi: Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Şəfı bəy Rüstəmbəyli və Məhəmməd Axundzadə.

   İctimai-siyasi baxışlarına görə Şəfi bəy müsəlman fraksiyasına daxil idi. 1917-ci ilin aprelində Bakıda, həmin ilin may ayında Moskvada keçirilən Rusiya Müsəlmanlarının qurultayında Şəfı bəy fəal iştirak etmişdir.

   1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Şəfi bəy İstiqlal Bəyannaməsini – Azərbaycanın müstəqilliyi barədə sənədi imzalayan Milli Şuranın 27 nəfər üzvündən biri olmuşdur. Şəfi bəy Rüstəmbəyli rus dilində nəşr olunan “Azərbaycan” qəzetinin ilk redaktoru olmuşdur.

   Azərbaycanın milli istiqlalı uğrunda gedən mübarizənin fəal iştirakçısı Şəfı bəy 1918-ci ilin dekabrında fəaliyyətə başlayan Azərbaycan parlamentinin deputatı olmuşdur. 1919-cu ildə Azərbaycan hökumətində mətbuat qanununun hazırlanmasında və parlamentdə müzakirə edilməsində Şəfi bəyin xidmətləri böyükdür.

   O, bir müddət  Azərbaycan hökuməti daxili işlər nazirinin müavini kimi məsul vəzifədə çalışmışdır.

Milli hökumətin süqutundan sonra Şəfibəy Rüstəmbəyli xaricə mühacirət etmək məcburiyyətində qalmışdır. O, uzun müddət Türkiyədə yaşamış, bir sıra məsul vəzifələrdə çalışmışdır.

Görkəmli dövlət və ictimai xadim tanınmış jurnalist və hüquqşünas, tərcüməçi Şəfibəy Mustafa bəy oğlu Rüstəmbəyli 1960-cıildə 61 yaşında Türkiyədə vəfat etmiş və orada da dəfn olunmuşdur.

 
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved