• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


TOĞRUL NƏRİMANBƏYOV


   1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1955-ci ildə Litva Dövlət İncəsənət İnstitutunu bitirmiş, SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.

   1964-cü ildə Azərbaycanın Əməkdar rəssamı adını almışdır. 1967-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülmüşdür. Rəssam dünyada, eləcə də Azərbaycanda bir çox orden, medal, diplom və fəxri adların sahibidir.

   1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında poema” baletinin tərtibatına görə Azərbaycan SSR-nin Dövlət mükafatına layiq görülmüşdür. 1980-ci ildə yenidən Fikrət Əmirovun “Min bir gecə” baletinin tərtibatına görə SSRİ Dövlət mükafatı ilə təltif olunmuşdur.

   Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Mədəniyyət Nazirliyində, Moskva Rəssamlar Birliyində və Moskvanın bir çox incəsənət muzey, birlik, fondlarında Nərimanbəyovun əsərləri qorunub saxlanılır.

   T.Nərimanbəyovun romantik aspektdə işlənmiş tabloları gərgin ritm və ekspressiv əlvanlığı ilə zəngindir. T.Nərimanbəyovun “Xəzər üzərində şəfəq”, “Baltika balıqçıları” tablolarında gənc entuziastların romantik obrazları əks olunmuşdur. “Emalatxanada”, “S.Bəhlulzadə”, “Mahnı”, “Məhsuldarlıq”, “Polyaçka”, “Sevinc” kimi lirik lövhələrində işıqlı həyati anlar əks olunmuşdur.

   Rəssamın ürəkdolusu axtarış formaları və ekspressiyaları Azərbaycan və dünya incəsənətinin ən yaxşı ənənələrinə əsaslanmışdır. T.Nərimanbəyovun “Göyçay bağlarında”, “Bahar yarmarkası”, “Narlar və armudlar”, “Çiçəklər”, “Köhnə çinar”, “Qız Qalası” kimi heyranedici natürmort və peyzajlardan təbii dekorativlik duyumlarıyla təbiət ətri duyulur.

   T.Nərimanbəyov bir çox teatr səhnələrinin və bayram təntənələrinin, dekorativ səhnə əsərlərinin müəllifidir. 1952-ci ildən bədii sərgilərin iştirakçısıdır. Kubada, Hindistanda, Polşada, Çexiyada, Slovakiyada, Almaniyada, Fransada, İtaliyada və Moskvada, ABŞ-da dəfələrlə fərdi sərgiləri keçirilmişdir.

   SSRİ və Azərbaycan Xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatıdır.

   T.Nərimanbəyov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycanın təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved