• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


ÜMMÜLBANU


    Azərbaycan ədəbiyyatınınən görkəmli nümayəndələrindən olan mühacir Ümmülbanunun əsərləri yalnız  Avropada deyil, bütün dünyada məşhurdur. Ümmülbanu 1905-ci ildə – Bakıda varlı bir ailədə anadan olmuşdur. Anadan olandan az sonra anası dünyasını dəyişir. Körpə Ümmülbanuya alman qadın –Fraylan Anna həm analıq, həm də dayəlik etmişdir.

    Ümmülbanunun atası Mirzə Əsədullayev (Şəmsi Əsədullayevin oğlu) bir çox ölkələrdə filial və şöbələri olan böyük neft firmasına rəhbərlik etmişdir. Sonralar Ümmülbanunun atası ikinci dəfə, Avropada təhsil almış bir qadınla evlənir. Ümmülbanu ögey anasının sayəsində Avropa mədəniyyəti ilə tanış olur. Onun təşəbbüsü ilə fransız dilini, ingilis dilini mükəmməl öyrənir. Beləliklə, balaca Ümmülbanu həm şərq, həm alman, həm də rus adətləri ilə böyüyür.

    1917-ci ildə Rusiyada oktyabr inqilabının qələbəsi Bakıya da öz təsirini göstərmişdir. Bakıda  erməni-rus birləşmələrinin təxribatlarından sonra Mirzə Əsədullayev ailəlikcə İrana köçməyə məcbur olmuşdur. 6 ay İranda yaşayan ailə yenidən Bakıya qayıtmışdır.                 Ümmülbanunun atası Mirzə Əsədullayev Azərbaycan Xalq Cümhuriyyətinın Ticarət naziri təyin olunmuşdur.

    ADR-in süqutundan sonra Mirzə Əsədullayevin mülkü dövlət tərəfindən müsadirə olunmuş, o, Fransaya mühacirət etmişdir. Ümmülbanu isə Cəmil adlı bir mühəndislə ailə qurmuşdur. 1924-cü ildə isə Ümmülbanu əvvəl Türkiyəyə, daha sonra Fransaya köçmüşdür.

    Paris həyatı, xüsusilə 20-30-cu illərin ədəbi mühiti Ümmülbanuya ciddi təsir göstərmiş, onu yazıb-yaratmağa həvəsləndirmişdir. O, Fransada Benin imzası ilə tanınmışdır.

    Yazıçının ilk romanı “Hami” 1934-cü ildə nəşr olunmuşdur. Mövzusu Azərbaycan həyatından götürülmüş bu əsərdən sonra Banu Fransa ədəbi ictimaiyyətinin diqqətini cəlb edən “Qafqaz günləri” adlı avtobioqrafik romanını, “Ernst Yunkerlə görüş”, “Mən tiryəki seçdim”, “Sonra”, “Yad Fransa”, “Paris günləri”, “Son ümidin çağırışı”, “Uninin son hacəti” əsərlərini qələmə almışdır.

    Ümmülbanunun tərcüməçilik fəaliyyəti də əhatəli və maraqlıdır. O, Dostoyevskinin “Özgə arvadı” əsərini, Tatyana Tolstoyun xatirələrini rus dilindən, Ernst Yunkerin “Sülh” romanını almancadan, Qriqori Martonun “Dostum Blizzar” və V.T.Vakdın “SerPolun, həqiqətən, dedikləri” əsərlərini ingiliscədən fransız dilinə tərcümə etmişdir. Yazıçının “Qafqaz  günlərində” 20-ci illərə qədərki tariximiz, milli mədəniyyətimiz, adət ənənələrimiz haqqında məlumatlar vardır.Yazıçı Parisdə “Azərbaycan evi” Assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələrində öz  xalqını müdafiə edən məqalələrlə çıxış etmişdir.

   1992-ci il oktyabrın 29-da Fransanın “Fiqaro” qəzeti ölkəni sarsıdacaq bir məlumat yayır:  “İlk fransızdilli azərbaycanlı yazıçı Benin vəfat edib...”

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved