• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


ZÜLEYXA ƏSƏDULLAYEVA


    Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Züleyxa xanıƏsədullayeva valideynləri ilə birlikdə Türkiyəyə mühacirət etmişdir.1952-ci ildə amerikalı mühəndisə ərə gedərəömrünün sonunadək həyatını ABŞ-daVaşinqton ətrafında keçirmişdir. Züleyxa xanım uzun ayrılıqdan sonra 1990-cı ildə doğma torpağa ayaq basmışdır

    Jurnalistlər və tələbələr qarşısında etdiyi çıxışında belə demişdi: “Heç vaxt unutmayındoğma torpaqdan şirin heç nə yoxdurMənim ən səmimi arzum öz xalqımı anlamaq və ona mümkün olduğu qədər kömək etməkdir. Bu arzu sadəcə bir hisslə - əcdadlarımın yurduna, doğulduğum şəhərə sevgivə bağlı olduğum millətdən duyduğum qürurla bağlıdır”. 

    Bakıya gələn Züleyxa xanım sakit otura bilmir. O, humanitar yüklə Sumqayıtdakı uşaq evinə, Sabirabadda qaçqınlar düşərgəsinə, Zaqulbada professor Z.Qindes adına sümük vərəmi dispanserinə getmişdir

    Jurnalistlərlə görüşü zamanı ona verilə“ən güclü uşaqlıq xatirələrihaqqında suala Züleyxa xanım belə cavab vermişdir: “1918-ci ildə ermənilər tərəfindən törədilən qətliamı aydın xatırlayıram. Bu baş verəndə biziuşaqları neft istehsalçısı Mövsüm Səlimovun evinin qarşısında yaşayan nənəmgilə apardılar. Birdən ora atlarda daşnaklar gəldilər və həyətə soxularaq, qışqırmağa başladılar: “Azərbaycanlı qadın və uşaqları bizəverin!”. Həmin vaxt möcüzə ilə xilas olduq...Sonra bizi gecə Yuxarı məhəllə adlanan yerə apardılar. Orada bizim arabaçı, aşpaz və digər xidmətçilərimiz yaşayırdı. Orada zirzəmilərdə bizi kömür və atlar üçün taxıl kisələrinin arasında gizlətdilər. Yadımdadır kiqışqırıq, dava-dalaş və atışma səsləri gəlirdi. Çox dəhşətli vaxtlar idi. Təəccübləndirici hal bu idi ki, ermənilər bu qeyrətsizliyi bizim öz torpaqlarımızda törədirdilər... Sonradan biz uşaqlar böyüklərdən öyrəndik ki, həmin dəhşətli vaxtlarda bir çox azərbaycanlıların nəsli kəsilmişdi

    Böyüyəndən sonra mən tez-tez həmin vaxtları dəhşət içində yada salırdım. Xaricdə yaşayanda mən heç vaxt azərbaycanlı olmağımdan nə qorxmuşam, nə də utanmışam. Əksinə, sosial tədbirlərdə və VaşinqtondaAnkarada, Parisdə səfirliklərdə qəbul zamanı, mənim fransız, ingilis, türk, portuqalrus dillərini bilməyimdən təəccüblənərək soruşandaki, “Siz haralısız?”, mən cavab verirdimki, “Mən Bakıda anadan olmuşam!”.

    Keçən əsrin 90-cı illərində AmerikanıBMB.A.sh.” şirkətinin prezidenti Əlirzabəy Bozqurt bizim yurddaşımız haqqında bucür sözlər demişdir: “Züleyxa xanım bizim ümumi fəxrimizdir. O, ABŞ-da Azərbaycan diasporunu şərəflə təmsil edir. O, tarixi şəxsiyyətdir”.

    Xaricdəki mühacirlər arasında nüfuzlu xadim kimi Züleyxa xanım Vebersədullayevanın Azərbaycan haqqında, tariximizin əhəmiyyətli hadisələri və faciəvi səhifələri,o cümlədən 1918-ci ildə baş vermiş soyqırım haqqında reallıqların Amerika və dünya ictimaiyyətinə çatdırılmasında böyük xidmətləri var.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved