• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


ABŞ


 
ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN)
 
ABŞ Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network – USAN) bütün ABŞ-ın Azərbaycan, türk və digər diaspor və icma təşkilatlarını, qruplar, cəmiyyəti, koalisiyalar, şəbəkələr, assosiasiyalar və klubları bir arada cəmləşdirir. ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycan- Amerika potensial seçiçilərinin bir araya gətirilməsinə cəhd edir. USAN seçiçiləri səsvermə və seçici qeydiyyatı ilə bağlı maarifləndirmək, Amerika siyasi debatında onların iştirakını təmin etmək, səsvermədə iştirakı fəallaşdırmaq və aktiv seçiçi potensialına çevrilmək imkanlarının artırılmasına çalışır. Şəbəkə Azərbaycan-Amerika seçicilərinin Vaşinqton və ABŞ ştatlarında güclü qüvvəyə çevrilməsini, geniş nüfuza sahib olmasını,səsinin eşidilməsini qarşıya məqsəd qoymuşdur. Xüsusən də enerji təhlükəsizliyi, dini dözümlülük, irqcilik, NATO, Aİ və UTT-yə siyasi, humanitar yardım və strateji müttəfiqlik, xalqlara vergi, sosial təminat, səhiyyə, texniki yardıma aid məsələlərdə həlledici rol oynamaq əzmindədir. Şəbəkə ABŞ siyasətinə Azərbaycan-Amerika, Türk-Amerika ictimaiyyətini, İran azərbaycanlıları icmalarını, eləcə də yəhudi diasporunu ətrafında cəmləşdirərək yeni bir seçici qüvvəsi kimi nüfuz etmək niyyətindədir. Amerika Azərbaycanlıları Şəbəkəsinin (USAN) icracı direktoru Adil Bağırovdur.
 
 
Azərbaycan Amerika Alyansı
 
Azərbaycan  Amerika Alyansı (AAA) qeyri-hökümət təşkilatıdır. Onun missiyası Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmət atmosferinə yardım etməkdən ibarətdir. Onun həyata keçirdiyi ən irimiqyaslı tədbirlədən biri 2012-ci ilin fevralında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirdiyi kampaniyadır. Azərbaycan Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya yü z milyonlarla insanı əhatə etmişdir və ümumilikdə silsilə tədbirlərdən ibarət olmuşdur. Kampaniya çərcivəsində Nyu-York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metro stansiyalarında poster və bannerlərdən tutmuş ABŞ konqresmenlərinin bəyanatları, Xocalı soyqırımına həsr olunmuş film və digər təbliğat tədbirləri həyata keçirilmişdir“Washington Post”, “New-York Times”qəzetlərində 26 fevral sayının bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunmuş, həmçinin “Washington Post”, “New-York Times” və “Politico” dərgilərinin internet səhifələrində1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı pop-up yerləşdirilmişdir.Təkcə bu pop-up vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılmışdır.
Fevralın 23-dən etibarən  AAA küçə, poster və digər aksiyalar vasitəsilə azərbaycanlılara qarşı yönəlmiş cinayət haqqında dünyanın iqtisadi mərkəzi olan Nyu-York və siyasi mərkəzlərindən biri olan Vaşinqton sakinlərini məlumatlandırılmışdır. Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan“Penn Station”da, vağzalın giriş və cıxış qapıları və müxtəlif  köşələrində, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilmiş, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmışdır. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən  95 metro stansiyasında,“Capitol Hill”ə gedən avtobuslarda posterlər yerləşdirilmişdir. Həmçinin Xocalı soyqırımını daha böyük müstəviyə, ABŞ-ın xarici siyasətində prioritet məsələlər dairəsinə çıxarmaq üçün AAA-nın saytında xüsusi bölmə yaradılmışdır. Saytda Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapmışdır. Azərbaycan Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədovdur.
 
Amerika Azərbaycanlıları Cəmiyyəti
 
Amerikada ilk Azərbaycan diaspor təşkilatı 1956-cı ildə ABŞ-ın Nyu-Cersi ştatında yaradılmış Amerika Azərbaycanlıları Cəmiyyətidir. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri olan  Nağı bəy Şeyxzamanlı tərəfindən təsis edilmiş bu cəmiyyət Amerikada Azərbaycan həqiqətlərini təbliğ etmiş, respublikanın Sovetlər tərəfindən işğal olunduğunu bəyan etmişdir. AACnin aparıcı üzvləri Azərbaycan DemokratikRespublikasının“Hec bir yerdə məskən salmayın, bizim gözəl olkəmiz var. Nə vaxtsa bir gün hamımız geri dönüb, orada yaşayacağıq”arzuları ilə sələflərinə vəsiyyət edən Nağı Şeyxzamanlı kimi banilərin nəvə və nəticələridir. AAC azərbaycanlıları öz ətrafında toplayaraq xalqımızın qədim tarixi və zəngin mədəniyyəti barədə Amerika ictimaiyyətini məlumatlandırır. Otən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın ərazi butovluyunə təcavuzu və Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə etirazla əlaqədar AAC-ın fəaliyyətində müşahidə edilən dircəliş nəticəsində AAC ABŞ-dakı ən fəal Azərbaycan diaspor  təşkilatlarından birinə çevrilmişdir.Amerika Azərbaycanlıları Cəmiyyəti yarandığı gündən indiyədək Azərbaycanla bağlı həqiqətləri Amerika ictimaiyyətinə catdırmaq məqsədi ilə aktiv fəaliyyət göstərir. Ənənəvi olaraq cəmiyyət Azərbaycanın milli və dövlət bayramları (Müstəqillik günü, Respublika günü, Novruz bayramı), Azərbaycan  torpaqlarının erməni separatçıları tərəfindən işğal olunan günləri, 20 Yanvar, Xocalı faciəsi kimi digər matəm günlərini hər il qeyd edir.Amerika Azərbaycanlıları Cəmiyyətinin hazırda sədri Tomris Azəridir. Tomris Azəri Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası sədrinin müavinidir. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.
 
 
Amerika-Azərbaycan Ticarət Palatası (USACC)
 
1995-ci ildə yaradılan Amerika-Azərbaycan Ticarət Palatası (USACC) Azərbaycan ilə uzunmüddətli işgüzar əlaqələrin yaradılmasını axtaran Amerika şirkətləri üçün mühüm mənbə olmuşdur. “Washington Post” qəzetinin qeyd etdiyi kimi, USACC Amerika investorlarının Azərbaycanda ən güclü  müdafiəçisidir. Bu təşkilat iki ölkə arasında işgüzar əlaqələrin inkişafında mühüm rol oynayır. USACC dünyanın ən strateji və iddialı regional enerji layihələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi layihələrdə əsas hərəkətverici qüvvədir. USACC Azərbaycan və Amerika Birləşmiş Ştatlarının hokumət və qeyri-hokumət təşkilatları, biznes təşkilatları arasında etibarlı informasiya və şəbəkə xidmətləri gostərmək, əməkdaşlıq və məlumat mubadiləsinin inkişafını təmin edir.Amerika Azərbaycan Ticarət Palatasının icraçı direktoru vəzifəsini Mahir İskəndərli həyata keçirir.
 
Amerika-Azərbaycan Şurası
 
1994-cu ildən Vaşinqtonda fəaliyyət göstərir. Təşkilat indiyədək muxtəlif siyasi lobbiçilik fəaliyyəti ilə məşğul olmaqla yanaşı, mədəniyyətlə bağlı silsilə tədbirlər, sərgilər, araşdırma mərkəzlərində Azərbaycanla bağlı seminarlar təşkil etmişdir. Təşkilatın üzvləri Xocalı, 31 Mart Soyqırımı, Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi haqqında, müxtəlif məsələlərlə bağlı məktublar, bəyanatlar hazırlayaraq  Amerika prezidentindən tutmuş bütün dövlət nümayəndələrinə, senatorlara, konqresmenlərə, eyni zamanda, mətbuata göndərirlər. Amerika-Azərbaycan Şurası 2006-cı ildə qeyri-hökümət təşkilatı kimi qeydiyyatdan keçmişdir. Hazırda təşkilatın İdarə Heyətində 7 nəfər təmsil olunur. Şura Kaliforniya ştatında fəaliyyət göstərən ən böyük Azərbaycan təşkilatıdır. Şuranın məqsədi azərbaycançılıq ideyalarını bir araya gətirmək, bu fikirləri tədris və mədəni proqramlar vasitəsilə ortaya qoymaqdır. Bu rakursda Şura tərəfindən mütəmadi olaraq forumlar keçirilir. Kaliforniyada təhsil alan azərbaycanlı tələbələr və Azərbaycanla bağlı araşdırmalar aparan insanlar foruma dəvət edilir, iqtisadi, siyasi və texnoloji problemlər ətrafında müzakirələr aparılır. Amerika-Azərbaycan Şurasının Texas ştatında da nümayəndəliyi fəaliyyət göstərir. Ümumi məqsəd ideoloji məsələlər üzərində qurulmuşdur. Amerika-Azərbaycan Şurasının prezidenti Cavid Hüseynovdur.
 
 
Azərbaycan Mədəniyyət Ocağı
 
1992-ci ildə ermənilərin ən sıx məskunlaşdığı ştatlardan birində, şimali Kaliforniyada təsis edilmiş Azərbaycan Mədəniyyət Ocağı bütün Amerika cəmiyyətinə vətənimizin məruz qaldığı erməni qanicən xisləti, xalqımızın humanizmi ilə bağlı həqiqətləri çatdırır. Erməni diasporunun gerçəkliyi təhrif edən hiyləgər təcrübəsi həqiqətlərin yayılmasına mane olmağa çalışsa da, azərbaycanlıların vətənlə, milli dövlətlə, Türk diaspor qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi qarşıya qoyulan məqsədləri təmin edir.
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası
Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası (AAMA) Amerika Birləşmiş Ştatlarının Mayami şəhərindəki diaspor nümayəndələrimiz tərəfindən yaradılmışdır. Assosiasiyanın üzvləri yalnız Mayami şəhərində yaşayan soydaşlarımız deyil, bütün Florida ştatında məskunlaşmış azərbaycanlılardır. AAMA-nın məqsədi Azərbaycanı Amerikada daha yaxşı tanıtmaq üçün birgə mədəniyyət tədbirlərinin, festivalların təşkili, bu  istiqamətdə bütün soydaşlarımızın fəallığını təmin etməkdir. AAMA Florida ştatındakı türk icmaları ilə də sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminovadır.
 
 
Azərbaycan Nyu-York Assosiasiyası
 
Azərbaycan Nyu-York Assosiasiyası 2005-ci ilin yanvarında ABŞ-ın Nyu-York şəhərində təsis olunmuşdur. Fəaliyyətinə “Bazar günü” məktəbinin təşkil edilməsi ilə start verən Assosiasiya tərəfindən sonradan Amerika qitəsində ilk dəfə olaraq “İnternetradio” acılmışdır. Hazırda bəzi səbəblərdən radio öz fəaliyyətini dayandırmışdır. Bundan başqa Azərbaycanımızın zəngin və qədim mədəniyyətini digər xalqların nümayəndələrinə çatdırmaq məqsədilə cəmiyyətin nəzdində “Soydaş” rəqs ansamblı fəaliyyət göstərir. Ansamblın bədii rəhbəri və quruluşcu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Telman Cəlilovdur. Ansambl öz milli geyimləri, gözəl musiqi seçimi və dəyərli ifası ilə artıq Azərbaycan mədəniyyətinin təmsilçisinə çevrilmişdir. Assosiasiyanın təsisçiliyi ilə Nyu-Yorkda “Azerbaijan  review” qəzeti nəşr olunur. Qəzetin fəaliyyətinin məqsədi Azərbaycan  haqqında həqiqətləri, Qarabağ dərdini, 20 Yanvar faciəsini, torpaqlarımızın işğal altında olmasını Amerika ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan Nyu-York Assosiasiyası 2008-ci ildən Türk Federasiyasının üzvüdür.
 
 
 
“Azərbaycan Evi”
 
Los-Anceles şəhərində yaradılan “Azərbaycan Evi” rəsmi olaraq 1988-ci ilin yanvarından fəaliyyətə başlamışdır.“Azərbaycan Evi”nin təxminən 5 minə yaxın üzvü vardır. Onun üzvləri əsasən həkim, mühəndis, tacir, müəllim, vəkil və başqa peşə sahibləridir. Onların bir çoxu Cənubi Azərbaycandandır. Təşkilatda İrandan, Türkiyədən, Almaniyadan, Çindən, İtaliyadan, Kuveytdən, Yunanıstandan da üzvlər vardır. İctimai təşkilat kimi fəaliyyət göstərən “Azərbaycan Evi” dilimizin, mədəniyyətimizin, tariximizin öyrənilməsində böyük səy göstərir, vaxtaşırı Los-Ancelesdə Azərbaycan mədəniyyəti gecələri təşkil edir. Azərbaycandakı demokratik hərəkat, ictimai-siyasi dəyişikliklər təşkilatın üzvlərinin diqqət mərkəzindədir.“Azərbaycan Evi”nin  təşəbbüsü  ilə 1993- cü ilin yazından Los-Ancelesin Yueyels universitetində“Azərbaycan dili” fakültəsi  açılmışdır. “Azərbaycan Evi”nin prezidenti doktor Mahmud Zaregeyvanidir. Azərbaycan  Mədəniyyət Mərkəzi Azərbaycan Mədəniyyət Mərkəzi 2010- cu ildən ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərir. Mərkəz Azərbaycanın iqtisadi, milli və mədəni irsinin təbliği istiqamətində bir çox işlər görmüşdür. Mərkəz tərəfindən 2010-cu ilin may ayında www.azeiamerika.com yaradılmış şəbəkə saytı aktiv fəaliyyət göstərir. Bu layihənin məqsədi Kanada və ABŞ-da yaşayan azərbaycanlıların diaspor  həyatının müxtəlif  istiqamətləri, onların yaratdıqları  saytlar  haqqında məlumat vermək, onların ABŞ  və Kanadaya inteqrasiyasına  köməklik göstərmək, Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi, dili, yaşayış tərzi, müasir siyasəti haqqında məlumatlar çatdırmaqdır. 
 
 
 
Hyuston Azərbaycanlıları Cəmiyyəti
 
Hyuston Azərbaycanlıları Cəmiyyəti 2004-cü  ildə ABŞ-ın Hyuston şəhərində yaranmışdır və qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərməkdədir. Cəmiyyətin məqsədi ABŞ-Azərbaycan arasında olan mədəniyyət və təhsil sahələrini genişləndirmək, bu istiqamətdə Azərbaycanı təmsil etməkdir. Cəmiyyətin ən uğurlu nailiyyətləri sırasında Milli Rəqs Qrupunun yaradılması qeyd olunmalıdır. Milli Rəqs Qrupu hər il ənənəvi olaraq Hyuston Beynəlxalq Festivalında (İ-Fest) və Türk festivallarında Azərbaycanı təmsil edir. Hyuston 
 
 
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası 
 
ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası 36 il əvvəl yaradılmışdır.
1976-cı ildə Bakı ilə Hyuston arasında imzalanan memorandum əsasında bu şəhərlər qardaşlaşmışdır. Elə həmin ildən də adı çəkilən qurum fəaliyyətdədir. Assosiasiyanın əsas məqsədi Azərbaycanımızı istər iqtisadi, istər mədəni, istərsə də təhsil cəhətdən Hyustonda təmsil etməkdir. Əsas hədəf Amerika cəmiyyətini maarifləndirməkdən ibarətdir. Assosiasiya təkcə azərbaycanlılardan ibarət deyil, burada Amerikadan, Hindistandan da xeyli insanlar təmsil olunur. Assosiasiyanın maliyyə işləri üzrə di-rektoru Maud S. Bech əslən amerikalıdır. Assosiasiya, həmçinin San-Fransiskoda, Vaşinqtonda, Mayamidə, Kanadakı Azərbaycan diaspor təşkilatları ilə sıx əlaqələr qurur. Hyuston-Bakı Qardaş Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovadır.
 
 
 
Qafqaz Yəhudiləri Cəmiyyəti
 
Qafqaz Yəhudiləri Cəmiyyəti 2002-ci ildə yaradılmışdır. Cəmiyyətin ABŞ-da fəaliyyət göstərən digər Azərbaycan və yəhudi icmaları ilə sıx əlaqəsi vardır. Cəmiyyət mütəmadi olaraq “Noviy rubej” adlı qəzet nəşr edir. Qafqaz Yəhudiləri Cəmiyyətinin sədri Nyu-Yorkda yaşayan, Azərbaycan yəhudiləri arasında böyük  nüfuza malik olan Yakov Abramovdur.
 
 
Mirvari  Beynəlxalq  Fondu
 
Mirvari Beynəlxalq Fondu 2007-ci ildə Nyu-York ştatında bir qrup azərbaycanlı gənc tərəfindən təsis edilmişdir. Fondun fəaliyyəti əsasən Azərbaycandakı ehtiyacı olan  uşaqlara yardım göstərməyə yönəlmişdir. Mirvari Beynəlxalq Fondunun rəhbəri Leyla İsmayılovadır.
 
 
Muğam Mədəniyyət Mərkəzi
 
Muğam  Mədəniyyət Mərkəzi 1993-cu  ildə Nyu-Cersi ştatında yaşayan bir qrup muğamsevər tərəfindən yaradılmışdır. Cəmiyyətin fəaliyyətində məqsəd Azərbaycan mədəniyyətinin ABŞ-da təbliği, Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, muğam dərnəklərinin yaradılmasıdır. Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycanın dostu, Azərbaycan musiqi alətlərinin gözəl ifacısı, məşhur Cefri Verbokdur. Cefri Verbok özü bir sıra Amerika universitetlərində Azərbaycan mədəniyyəti haqqında dərslər verir. O, mülkünün bir hissəsini cəmiyyətin ofisi və Azərbaycan Mədəniyyət Mərkəzi kimi istifadə edir. Cefri Verbok səlis Azərbaycan dilində danışır və həyat yoldaşı Azərbaycan Respublikasındandır. Bu cəmiyyətin ən müsbət tərəfi odur ki, onun qurucusu bir amerikalıdır və onun biramerikalı kimi Azərbaycanı öz  həmvətənlərinə təbliğ etməsi daha cox effekt doğurur. Muğam Mədəniyyət Mərkəzinin sədri Cefri Verbokdur.
 
 
Şimali Azərbaycan Mədəniyyət Mərkəzi
 
2002-ci ildə təsis edilmiş Şimali Azərbaycan Mədəniyyət Mərkəzi San-Fransisko şəhərində fəaliyyət gostərir. Bu təşkilatda toplaşan azərbaycanlıların əsas məqsədi  miqrant həyatı ilə bağlı qarşılaşdıqları cətinlikləri birgə həll etməkdən ibarətdir. Şimali Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Lütfəliyevdir.
 
 
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti
 
Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) Kaliforniyanın Los Gatos şəhərində yerləşən qeyri-hökümət təşkilatıdır. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti 1992-ci ildə təsis edilmişdir. ACSNC Kaliforniya ictimaiyyətinə Azərbaycan mədəni irsinin qorunması, zənginləşdirilməsini təbliğ edir. Cəmiyyət, həmçinin, sosial, mədəni və təhsil tədbirlərinin təşkili ilə Azərbaycan mədəniyyətini təbliğ etmək üçün calışır. Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Əhmədidir.
 
 
“Vətən” Amerika-Azərbaycan Mədəni Mərkəzi
 
“Vətən” Amerika-Azərbaycan Mədəni Mərkəzi 1988-ci ilin sentyabrında Nyu-York şəhərində yaradılmışdır. Mərkəzin təsis yığıncağında 300 nəfər həmvətənimiz, müxtəlif ökələrin səfirliklərinin əməkdaşları, şəhər bələdiyyə idarəsinin nümayəndələri iştirak etmişlər. Mərkəzin təsis olunmasında əsas məqsəd Azərbaycanla sıx əlaqələr yaratmaq, milli tariximizi, mədəniyyətimizi, musiqimizi, ədəbiyyatımızı amerikalılara tanıtmaqdır.
“Vətən” Mərkəzinin ilk sədri mərhum Rufa Əzizova Odyurdlu olmuşdur.
Hazırda məşhur Azərbaycan neft sahibkarı Şəmsi Əsədullayevin qızı Zuleyxa Əsədullayeva Veber “Vətən” Amerika Azərbaycan Mədəni Mərkəzinin məsul katibidir.
 

 

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti 2013-cü ildə təsis olunub. Nyu York və ətraf ştatlarda yaşayan azərbaycanlı və digər xalqların nümayəndələri bu cəmiyyətin üzvüdür. Cəmiyyətin rəhbəri Münəvvər Vahabovadır.


Nyu York Azərbaycan Evi

Nyu York Azərbaycan Evi 2014-cü ildə Nyu Yorkun Bruklin şəhərində fəaliyyətə başlayıb. Nyu York Azərbaycan Evi Azərbaycan mədəniyyətinin, mətbəxinin, milli musiqimizin təbliği istiqamətində fəaliyyət göstərir. Təşkilat eyni zamanda  ABŞ-dakı soydaşlarımızın yerli cəmiyyətə adaptasiya və inteqrasiya ilə bağlı layihələr həyata keçirir. Nyu York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabovadır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved