• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


AVSTRALİYA


 Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi

 

Avstraliya-Azərbaycan-Türk Dostluq  Birliyi ilk olaraq Avstraliya-Azərbaycanlılar Birliyi adı altında 1992-ci ilin aprel ayında Sidney şəhərində təsis edilmişdir. 2007-ci il aprel ayının 20-də keçirilən Dünya azərbaycanlılarının II qurultayından sonra Avstraliya- Azərbaycanlılar Birliyi Avstraliya- Azərbaycan-Türk Dostluq Birliyi adlanmağa başlamışdır. 1993-cu il yanvarın 3-də Birliyin təşəbbüsü ilə “Azərbaycanın səsi” radiosu təsis edilmiş, onun redaktoru Gülzar Qasımova təyin olunmuşdur. “Azərbaycanın səsi” radiosunda mütəmadi olaraq Azərbaycanın mədəniyyəti haqqında, Azərbaycanda keçirilən tədbirlər, bayramlar barəsində azərbaycanca və ingiliscə verilişlər hazırlanıb nümayiş olunur. Dərnəyin əsas məqsədi Azərbaycanı Avstraliyada və bütün dünyada tanıtmaq, onun mədəniyyəti, siyasətini dünyaya çatdırmaq, millətçilik və lobbiçilik siyasətini yürütməkdir. Avstraliya Universitetində təhsil alan azərbaycanlı tələbələrlə və müəllimlərlə mütəmadi olaraq görüşlər keçirilir, müxtəlif  informasiyalar onlara çatdırılır. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi 2000-ci ildə Sidneydə keçirilən Olimpiya İdman Oyunlarına gedən azərbaycanlı idmancı və turistlərin qarşılanması, yerləşdirilməsi, oranın tarixi yerləri ilə yaxından tanış olması və s. işlərlə məşğul olmuşdur. Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımovdur.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved