• Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib


ALMANİYA


Avropa Azərbaycan Cəmiyyəti
 
(The European Azerbaijan Society, TEAS) Avropa Azərbaycan Cəmiyyəti (The European Azerbaijan Society, TEAS) 2008-ci ildə təsis edilmişdir. Avropa Azərbaycan Cəmiyyəti əvvəllər London-Azərbaycan Cəmiyyəti (2005) adı altında fəaliyyət göstərmişdir. Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. TEAS üzvləri mütəmadi olaraq xalqımızın özunəməxsus zəngin və çoxşaxəli mədəniyyətini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə müxtəlif tədbirlər, aksiyalar, sərgilər təşkil edir. TEAS Avropa və Azərbaycan arasında daha böyük anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi, biznesin inkişafı, diplomatik münasibətlər, mədəniyyət və təhsil kimi sahələrdə yönəlmiş bir şəbəkə mərkəzi kimi fəaliyyət göstərir. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) aktiv diaspor təşkilatı kimi fəaliyyətini üç istiqamətdə qurub – siyasi, iqtisadi və mədəni. Avropa Azərbaycan Cəmiyyəti bir çox kitablar, o cümlədən “Qafqazda erməni məsələsi” kitabını nəşr etdirib, hansı ki bu, ABŞ-da ermənilərin narazılığına səbəb olub. Hazırda Avropa Azərbaycan Cəmiyyətinin London, Paris, Brussel, Berlin və Bakıda ofisləri var. Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh Heydərovdur.
 
 
Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi
 
Almaniya-Azərbaycan Koordinasiya Mərkəzi 2008-ci ildə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindənBerlində təsis edilmişdir. Mərkəzdə Almaniyadakı 40-a qədər Azərbaycan cəmiyyəti təmsil olunur. Koordinasiya Mərkəzinin məqsədi bu təşkilatları birləşdirmək, birlikdə layihələr hazırlamaq, illik planlar tərtib etməkdir. Almaniya-Azərbaycan Koordinasiya Mərkəzinin rəhbəri hazırda Samira Patzerİsmailovadır.
 
 
 

Almaniyadakı Türk-Azərbaycan Birliyi
 
Almaniyadakı Türk-Azərbaycan Birliyi 2011-ci ildə təsis edilmişdir. Birliyin yaradılmasının əsas məqsədi Almaniyadakı Azərbaycan diasporu və türk icmaları arasındakı əlaqələrin möhkəmlənməsi, hər iki xalqın dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. Almaniyadakı Türk-Azərbaycan Birliyinin sədri Almaniya Bundestaqının sabiq üzvü Haqqı Kəskindir. Sədrin müavinləri isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icracı direktoru Samira Patzerİsmailova və Avropa Azərbaycanlılar Konqresinin fəxri prezidenti Bahəttin Kayadır.
 
 
 
 
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti
 
Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti  Almaniyanın  Magdeburg şəhərində Saxhsen-Anhalt vilayətində fəaliyyət göstərir. Cəmiyyət 2010-cu ilin martından fəaliyyət göstərir. Qısa müddətdə Cəmiyyət Saxhsen-Anhalt vilayətində fəaliyyət göstərən Xarici Vətəndaşlar İttifaqına uzv secilmiş və bir sıra tədbirlər keçirmişdir. Buna nümunə olaraq 2010-cu ilin mayında ümummilli lider Heydər Əliyevin 87-ci ildönümə həsr edilmiş boks turnirini, 2011-ci ilin yanvarında Magdeburg şəhərinin mərkəzi küçəsində on mindən artıq insanların iştirakı ilə 20 Yanvar faciəsinin anma mərasimini, 2011-ci ilin fevralında isə Xocalı faciəsinə həsr edilmiş kik-boks yarışını göstərmək olar. Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyevdir.
 
 

 
Alman-Azərbaycan Cəmiyyəti
 
Alman-Azərbaycan Cəmiyyəti Azərbaycan diasporunun Düsseldorf şəhərində yaşayan bir sıra tanınmış nümayəndələrinin təşəbbusu ilə 1991-ci ilin sentyabr ayında yaradılmışdır. Alman-Azərbaycan Cəmiyyətinin yaradılmasında və fəaliyyətində Düsseldorfda yaşayan azərbaycanlı həkim Ağabəy Azərbaycani və onun həyat yoldaşı Kristina Azərbaycaninin böyük rolu olmuşdur. Həm Almaniyada, həm də Azərbaycan Respublikasında bir necə istiqamətdə iş aparan Alman-Azərbaycan Cəmiyyəti, eyni zamanda, Almaniyada Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini təbliğ etməklə məşğuldur. Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə düsseldorflu həkimlər dəfələrlə Azərbaycana gəlmiş, humanitar yardımlar gətirmişlər. Professor Ağabəy Azərbaycaninin təşəbbusu və yaxından iştirakı ilə Almaniyadan  müasir  tibb avadanlığı və dərman preparatları ölkəmizə gətirilmiş, tanınmış cərrahlar  respublikamıza dəvət olunaraq Qarabağ əlillərini müalicə etmişlər. Qeyd edək ki, cəmiyyətin xətti ilə 160 Qarabağ əlili İranda müalicə olunmuşdur. Alman-Azərbaycan Cəmiyyətinin sədri dünya miqyasında tanınmış cərrah, professor doktor Harmen Fon Lissendir. Bu cəmiyyətin həm də Bakıda nümayəndəliyi vardır. Nümayəndəliyin başcısı Cingiz Abdullayevdir.
 

Alman-Azərbaycan Qadınlar Birliyi
 
1996-cı ildə Bonnda alman və azərbaycanlı ziyalı qadınlardan ibarət yeni qurum – Alman-Azərbaycan Qadınlar Birliyi yaradılmışdır. Birliyin əsas məqsədi azərbaycanlı uşaq və yeniyetmələrə komək etməkdir. Almaniya-Azərbaycan Qadınlar Birliyi Azərbaycana dəfələrlə humanitar yardım gətirmişdir. Almaniya-Azərbaycan Qadınlar Birliyinə Rəfiqə Sadıqova rəhbərlik edir. Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası (AAF) 1996-cı ilin iyul ayının əvvəllərində BerlindəAlmaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası (AAF) təsis olunmuşdur. Federasiyanı yaratmaqda əsas məqsəd Avropada Azərbaycan cəmiyyətlərinin fəaliyyətini koordinasiya etmək olmuşdur. Federasiya Azərbaycan haqqında obyektiv informasiyanın Avropa ölkələrində yayılmasını həmişə diqqət mərkəzində saxlayır. Bütünlükdə Almaniyadakı Azərbaycan diasporunun işini mərkəzləşdirmək və qüvvələri birləşdirmək sahəsində Almaniya-Azərbaycan Cəmiyyətləri Federasiyası ötən illər ərzində faydalı işlər görmüşdür. Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Məşvərət Şurası Məşvərət Şurasının yaradılmasının əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiya siyasətini dəstəkləmək, Azərbaycan həqiqətlərinin, o cümlədən xalqımızın məruz qaldığı terror və soyqırım aktları, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin səbəbləri və nəticələri barədə məlumatların Almaniya və bütün Avropa ictimaiyyətinə çatdırılmasına yardım etmək, Almaniyada və digər Avropa ölkələrində Azərbaycan xalqının qədim tarixi, zəngin mədəni irsinin təbliği ilə məşğul olmaq, Almaniyadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi üçün səyləri birləşdirməkdir. Məşvərət Şurası Almaniyadakı Azərbaycan icmalarının fəaliyyətini əlaqələndirmək üçün onların  könüllü şəkildə iştirak etdikləri məşvərətci orqandır. Bu əlaqələndirmə missiyasını həyata keçirmək məqsədilə Berlində işci qrup fəaliyyət göstərir. Şura 6 aydan az olmamaq şərtilə toplanır və üzv təşkilatların növbəti toplantıya qədərki dövr  ərzində həyata keçirəcəyi tədbirləri müzakirə edir. Quruma sədrlik ratasiya qaydası ilə həyata keçirilir. Sədr Məşvərət Şurasına üzv təşkilatların adlarına uyğun olaraq Azərbaycan əlifba sırası ilə onların  rəhbərləri arasından 6 ay müddətinə seçilir. Avropa Azərbaycanlıları Konqresi Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı 2004-cu ilin aprel ayının 17-də Berlin şəhərində keçirilmişdir. Avropa Azərbaycanlıları Konqresinin yüksək səviyyədə keçirilmiş təsis konfransında dünyanın 28 ölkəsində fəaliyyət göstərən 50-dən artıq diaspor təşkilatından  264  nümayəndə qatılmışdır. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belarus, İsvec, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya, Bolqarıstan, Rumıniya, Macarıstan, Belcika, Finlandiya, Polşa, Estoniya və Almaniyadakı Azərbaycan  icmalarının  nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin, Almaniya Bundestaqının üzvləri, eyni zamanda, Azərbaycan  nümayəndə heyəti iştirak etmişdir. AAK-ın başlıca məqsədi Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan  icmalarının vahid təşkilatda birləşdirilməsinə xidmət etməkdir. Regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, sosial və siyasi-hüquqi maraqlarını təmin etmək konqresin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı soyqırım aktları, Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən  müx təlif təşkilatlara obyektiv şəkildə çatdırılması AAK-ın prioritetləri sırasında dayanır. 2012-ci ilin aprelində Berlində keçirilən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayında AAK-ın I vitse-prezidentləri və vitse-prezidentləri seçilmişdir. AAK iki nəfər I vitse-prezidenti olaraq Beniluks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və 5 nəfər vitse- prezidenti – Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Federasiyası İsveçin sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı,“Bakı” klubunun  həmsədri Eldar Əfəndiyev, UAK-ın Moskva şəhər Təşkilatının sədri İlqar Hacıyev seçilmişlər. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzeri İsmailova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilmişdir.
 
 
Azərbaycan Evi
 
Azərbaycan Evi Almaniyanın Essen şəhərində fəaliyyət gostərir. Azərbaycan Evi milli mədəniyyətimizin təbliği və dövlət maraqlarının müdafiəsi istiqamətində bir sıra işlər görmüşdür. Essen şəhərindəki Azərbaycan Evinə Davud Neməti rəhbərlik edir.
 
 
 
 
 
Azərbaycan  Mədəni  Əlaqələr Cəmiyyəti
 
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti Almaniyanın Frankfurt şəhərində 1991-ci ildə yaradılmışdır. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti bir sıra mədəni tədbirlərin keçirilməsini təşkil etmişdir. Cəmiyyət soydaşlarımızın Azərbaycanla əlaqələrinin genişlənməsinə çalışır. 1991-ci ildən etibarən  Mərkəz “Dağyeli Ferlaq” nəşriyyatının sahibi İldırım Dağyeli ilə birlikdə Azərbaycan ədəbiyyatının ən maraqlı nümunələrinin alman dilinə tərcümə olunub nəşr edilməsində xeyli iş görmüşdür. Xüsusilə “Azərbaycan Ədəbiyyatı” seriyası adı altında nəşr olunan kitabların müasir Azərbaycan nəsrinin Almaniyada yayılması və təbliği işində əhəmiyyəti böyükdür. Azərbaycan Mədəni Əlaqələr Cəmiyyətin onun əsasını qoyan Firudin Pərvizniya rəhbərlik edir. Azərbaycan  Kültür Ocağı Avropa ölkələrində geniş və ardıcıl fəaliyyət göstərən milli mədəniyyət mərkəzlərimizdən biri Almaniyanın Bonn şəhərindəki Azərbaycan Kültür Ocağıdır. Cəmiyyət 1984-cu ildən “Ana dili” adlı qəzet nəşr edir. Azərbaycan Kültür Ocağının çoxsahəli fəaliyyəti mədəniyyətimizin, ədəbiyyatımızın təkcə Almaniyada deyil, Avropanın bir sıra digər ölkələrində də yayılmasına, təbliğinə kömək göstərməkdədir. Artıq bir necə ildir ki, Bonn şəhərində Azərbaycan dilində xüsusi məktəb açılmışdır. Bu məktəbin  xərcləri cəmiyyət üzvlərinin şəxsi vəsaitləri hesabına ödənilir. Azərbaycan Kültür Ocağı xeyli milli ədəbiyyat nümunələri nəşr etdirmiş, Azərbaycan musiqisinin ən yaxşı nümunələrinin Almaniyada yaşayan soydaşlarımız arasında kasetlər, vallar şəklində çox aldıb yayılmasına nail olmuşdur. 1993-cu ilin sonlarında cəmiyyət üzvləri Bonnda Azərbaycan və alman dillərində“Azərbaycan” adlı bütöv Azərbaycan  xəritəsini nəşr etdirmişdir. Təşkilatın sədri N.Qərəvi 1994-cü  ilin yanvarında Almaniyada yaşayan bir qrup soydaşlarımızla Bakıya gələrək“Azərbaycan” xəritəsini ümummilli lider Heydər Əliyevə təqdim etmişdir. Azərbaycan Kültür Ocağının sədri N.Qərəvidir. Azərbaycan-Almaniya Kültür Dərnəyi 1988-ci ilin əvvəllərində yaranmış  Berlin şəhərindəki Azərbaycan-Almaniya Kültür Dərnəyi Almaniyada Azərbaycana olan marağın artdığı bir şəraitdə geniş ictimaiyyəti xalqımızın milli dirçəliş prosesi, onun mədəniyyəti, iqtisadiyyatı və incəsənəti ilə tanış edir. Cəmiyyət soydaşlarımız, eləcə də Mərkəzi Asiya dövlətlərinin Almaniyada yaşayan vətəndaşları arasında öz səmərəli fəaliyyəti ilə tanınmışdır. Cəmiyyət üzvləri tərəfindən Azərbaycana yardım  üçün  xüsusi fond yaradılmışdır. Cəmiyyətin yaxından iştirakı ilə Azərbaycanla həmrəylik mitinqləri təşkil edilir. 1990-cı il 20 Yanvar və Xocalı faciələrinin, Şuşa, Kəlbəcər və ermənilər tərəfindən işğal olunmuş şəhərlərin işğal günlərində hər il kecirilən mitinqlər bu qəbildəndir. Azərbaycan-Almaniya Kültür Dərnəyinin sədri İbrahim Alevdir.
 
 
 
Azərbaycan Akademik Birliyi
 
Azərbaycan Akademik Birliyi Almaniyanın Boxum şəhərində fevral-mart aylarında 2001-ci ildə yaradılmışdır. Birlik Azərbaycan mədəniyyəti, dili və tarixi sahəsində akademik tədris və tədqiqat, elmi konfranslar həyata keçirir və bu istiqamətdə tədqiqatları dəstəkləyir. Azərbaycan Akademik Birliyinin rəhbəri Mərdan Ağayevdir.
 
 
 
Azərbaycan-Almaniya
 
Alimlər Birliyi Azərbaycan-Almaniya Akademiklər Birliyi 1986-cı ildə Berlində təsis edilmişdir. Azərbaycan-Almaniya Akademiklər Birliyi bir sıra konkret işlər görmüşdür. Belə ki, Yuri Pompeyevin Dağlıq Qarabağ hadisələrinə dair kitabı alman dilinə tərcümə edilərək nəşr olunmuşdur. Hazırda Cəmiyyət öz mətbu orqanını nəşrə hazırlayır. Həmçinin, bu yaxınlarda Cəmiyyət Azərbaycan alimlərinin bəzi uğurlarının Qərb aləmində yayılması yolları barədə konkret iş planı hazırlamış, Almaniya dövlətindən bu işə görə rəsmi razılıq almışdır. Azərbaycan-Almaniya Akademiklər Birliyinin sədri Əhməd Ümid Yəzdanidir.
 
 
Azərbaycanlı Tələbələr və Elmi İşcilər Birliyi
 
Azərbaycanlı Tələbələr və Elmi İşcilər Birliyi Almaniyada təhsil alan və elmi işlə məşğul olan azərbaycanlılar tərəfindən təsis edilmiş demokratik və sərbəst fəaliyyət göstərən, elmi və mədəni tədbirlərlə məşğul olan bir birlikdir. Birlik azərbaycanlı tələbələr və elmi işçilər arasında mədəni əlaqələrin görüşlər və internet üzərindən genişləndirilməsi, onların alman cəmiyyətinə inteqrasiyasına yardım, eyni məqsədi özündə əks etdirən demokratik təşkilatlarla işbirliyi, Almaniyada yaşayan azərbaycanlıların Alman mədəniyyəti və cəmiyyəti ilə yaxından tanışlığına çalışır. Həmçinin, xalqlar arasında anlaşmanı əldə etmək üçün Azərbaycan mədəniyyətinin Almaniyada təbliği və təqdimatı, alman və Azərbaycan universitetləri arasında bilik mübadiləsi, yeni əlaqələrin qurulması və onlar arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi Birliyin qarşısına qoyduğu vəzifələr sırasındadır. Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin sədri Samir Əsgərdur.
 
 
 
Azərbaycan-Frankfurt Cəmiyyəti
 
Azərbaycan-Frankfurt Cəmiyyəti 2006-cı ildə Almaniyanın Frankfurt şəhərində yaradılmışdır. Cəmiyyətin məqsədi Azərbaycan həqiqətlərini Avropaya yaymaq və zəngin  mədəniyyətimizi tanıtmaqdır. Azərbaycan-Frankfurt Cəmiyyətinin sədri Kəmalə İsgəndərovadır.
 
 
 
Azİz-Almaniya Beynəlxalq Assosiasiyası
 
Azİz-Almaniya Beynəlxalq Assosiasiyası adlı Azərbaycan diaspor  təşkilatı Berlin şəhərində yaradılmışdır. Təşkilatın əsas məqsədi Almaniyada yaşayan on minlərlə azərbaycanlını bir araya gətirmək, onların fəaliyyətini koordinasiya etmək, Azərbaycan və Almaniya arasında mədəni, elmi və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yardım göstərməkdir. Azİz-Almaniya Beynəlxalq Assosiasiyasının sədri Yael Frankfurtdur. Adil Bayramov təşkilatın direktoru, Rita Ağabayeva, Gülər Ağabayeva, Səbinə Bayramova, David Osipov, Viktoriya Şextman və Maya Taşlitskaya isə idarə heyətinin üzvləridir.
 
 
 
"AZƏRBAYCAN DİASPORUNUN ALMANİYADAKI MƏRKƏZİ ŞURASI" 
 
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası 2007-ci ilin yanvar ayından fəaliyyət göstərir. Mərkəzi Şuranın məqsədi – Almaniyanın bütün həyat əhatəsində yardıma ehtiyacı olan Azərbaycan Diasporuna kömək göstərilməsi, onların bərabər hüquqa olmalarının təmin edilməsi, xüsusilə praktiki yolla həyat üçün gərəkli olan yardımın göstərilməsi, hüquqi məsləhətlərin verilməsi və göstərilməsi, vətəndaşlarımızın maraqlarını bütün ictimai səviyyələrdə təmsil edilməsi və həmçinin Almaniya Federativ Respublikasında yaşayan əhalinin Azərbaycan mədəniyyəti, musiqisi, tarixi və siyasəti ilə tanış etmək, digər dövlət və qeyri dövlət idarələrilə Azərbaycan Respublikasıarasında sıx əlaqələrin yaradılmasıdır. Mərkəzi Şuranın prezidenti həmyerlimiz cənab Tengis Sade Baron zu Romkerhall-dır. 
 
 

Berlin Azərbaycan Kültür Ocağı Cəmiyyəti
 
Cənubi Azərbaycandan mühacir etmiş azərbaycanlılar  tərəfindən 1988-ci ildə təsis edilmiş Berlin Azərbaycan Kültür Ocağı Cəmiyyəti üzvləri Azərbaycanda gedən prosesləri izləyir və hər bir hadisə ilə bağlı öz  mövqelərini nümayiş etdirirlər. Bu təşkilatın əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğinə nail olmaqdır. Cəmiyyətin nəzdində Azərbaycan yazıçılarının əsərlərindən ibarət böyük kitabxana vardır. “Mayns” Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyəti“Mayns” Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyəti 1993-cü ildə Mayns şəhərində təsis edilmişdir. Cəmiyyətin əsas məqsədi Azərbaycan həqiqətlərini alman cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırmaqdır. “Mayns” Azərbaycan-Türk-Alman Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Başar Kömürdür.
 
 
 
“Ocaq” Cəmiyyəti
 
Hazırda Almaniyada fəaliyyət göstərən ilk Azərbaycan qurumlarından biri Berlindəki Ocaq Cəmiyyətidir. Cəmiyyət 1982-ci ildə yaradılmış, 1988-ci ildə isə qeydiyyatdan keçmişdir. Cəmiyyət üzvlərinin əksəriyyəti İran azərbaycanlılarıdır. Təşkilatın əsas məqsədi xaricdəki Azərbaycan gənclərinin Azərbaycan mədəniyyəti ilə tanış olmasını təmin etməkdir. “Ocaq” Cəmiyyətinin sədri Hafiz Məhindir.
 
 
 
 
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved