• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


BELARUS


 Belarus Azərbaycan İcmaları Konqresi

 

Azərbaycan İcmaları Konqresi 2003-ci ildə təsis edilmişdir. Xalqımızın tarixinin, milli-mənəvi dəyərlərinin təbliği Konqresin fəaliyyətinin əsas istiqamətindən biridir. Hər il Belarusun paytaxtı Minskdə və ölkənin böyük şəhərlərində Novruz bayramı, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Milli Qurtuluş, Respublika, Müstəqillik günləri, eləcə də matəm günlərində – 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü geniş şəkildə qeyd olunur. Belarusda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, nüfuzlu elm və sənət adamlarının da bir qayda olaraq iştirak etdikləri belə tədbirlər, sözsüz ki, Azərbaycan həqiqətlərini dünyaya tanıtmaq baxımından çox vacibdir. Belarus Azərbaycan İcmaları Konqresinin sədri, Belarusun əməkdar idman ustası Natiq Bağırovdur.
 
 
Regional bolmələri:
 
 
Minsk şəhər şöbəsi – Qobustan Cəmiyyəti
 
Belarusda fəaliyyətə başlayan ilk diaspor təşkilatı hesab olunan Azərbaycan İcmaları Konqresinin Minsk şəhər şöbəsi – Qobustan Cəmiyyəti 1989-cu ildə qeydiyyatdan keçmişdir. Belarusdakı azərbaycanlıların diaspor  işində fəallığının artırılması, soydaşlarımız  arasında milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanmasında və yeni  nəsillərə ötürülməsində Qobustan Cəmiyyətinin böyük  rolu var. Qobustan Cəmiyyətinin bir təşəbbüsü  ilə 2009-cu ildə cəmiyyət öz üzvlərinin vəsaiti hesabına Belarusun Bleyka şəhərinin görkəmli yerində Azərbaycan  xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general- mayor Həzi Aslanovun Belorusiya Rəssamlar İttifaqının üzvü Kamil Kamal Hacıyevin sənət əsəri olan əzəmətli heykəli ucaldılmış, Magilyov şəhərində isə Sovet İttifaqı qəhrəmanı Aslan Vəzirovun büstü qoyulmuşdur. Həzi Aslanovun abidəsinin açılış mərasimində iştirak edən qəhrəmanın  nəvəsi  Cəmiyyətin bu xidmətini yüksək qiymətləndirmişdir. 2005-ci ildən Qobustan Cəmiyyətinə Baxşı Qəhrəmanov rəhbərlik edir. Cəmiyyətin sədr müavini isə Əlvan Qasımovdur.
 
 
Vitebsk şəhər şobəsi – Dostluq Cəmiyyəti
 
Dostluq Cəmiyyəti Belarusun Vitebsk şəhərində 2007-ci ildə qeydiyyatdan keçmişdir. Təşkilatın sədri Saleh Mirzəyevdir. Orşa şəhər şöbəsi Azərbaycan İcmaları Konqresinin Orşa şəhər şöbəsi 2006-cı ildə qeydiyyatdan keçmişdir. Orşa şəhər şöbəsinə Mətləb İskəndərov rəhbərlik edir.
 
 
Mogilyov vilayət şobəsi – “Azəri” Cəmiyyəti
 
“Azəri” Cəmiyyəti Belarusun Mogilyov vilayətində 2005-cı ildə qeydiyyatdan keçmişdir. “Azəri” Cəmiyyətinin sədri İlyas İlyasovdur.
 
 
 
 
Grodno vilayət şobəsi – “Vətən” Cəmiyyəti
 
“Vətən” Cəmiyyəti Belarusun Grodno vilayətində 2006-cı ildə qeydiyyatdan keçmişdir. Konqresin “Vətən” Cəmiyyətinə Vahid Hüseynov sədrlik edir. Bəylər Seyidov isə sədr müavinidir.
 
 
 
 
Bobruysk şəhər şöbəsi
 
Azərbaycan İcmaları Konqresinin Bobruysk şəhər şöbəsi 2007-ci ildə qeydiyyatdan keçmişdir. Konqresin Bobruysk şəhər şöbəsinin sədri Əyyub Yusifov, sədr müavini isə İltifat Haqverdiyevdir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved