• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


BELÇİKA


Avropa Azərbaycanlıları Mərkəzi
 
Avropa Azərbaycanlıları Mərkəzi (European Azerbaijanian Centre) 2004-cü  ilin yanvarında Brussel şəhərində daha bir diaspor təşkilatı kimi fəaliyyətə başlamışdır. Avropa Azərbaycanlıları Mərkəzinin sədri Fatma Əliyevadır.
 
 
Azərbaycan-Belçika Dostluq Cəmiyyəti
 
Azərbaycan-Belcika Dostluq Cəmiyyəti 2002-ci ildə təsis edilmişdir. Təşkilatın məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Avropada yaşayan soydaşlarımız arasında milli birliyin yaranmasını sürətləndirməkdir. Azərbaycan-Belcika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçidir.
 
 
Belçika “Azərbaycan Evi” Cəmiyyəti
 
Belcika “Azərbaycan Evi” Cəmiyyəti 2000-ci ildə Belcikanın paytaxtı Brusseldə yaradılmışdır. Belçika “Azərbaycan Evi” yarandığı vaxtdan bu günədək Azərbaycan həqiqətlərinin Avropaya və eləcə də dünya  ictimaiyyətinə çatdırılmasında çox böyük  işlər görmüşdür. Bu diaspor qurumu Azərbaycanla Belcika arasında diplomatik əlaqələrin yaranması və inkişafında, bu ölkədə dövlətimizin səfirliyinin yaranmasında, habelə işğal olunmuş ərazilərimiz, Dağlıq Qarabağ  torpaqlarının bu günə kimi erməni işğalı altında qalması, Azərbaycan rəhbərliyinin bu istiqamətdə apardığı sülhsevər xarici siyasəti ilə bağlı həqiqətlərin Avropa və dünya xalqlarına çatdırılmasında cox böyük işlər görmüş və bu gün də görməkdədir. Belçika “Azərbaycan Evi”nin  təsisçiliyi ilə 2004-cü  ilin 22 iyulundan “Euro Xəbər” adlı qəzet  Bakıda nəşr olunur. Qəzeti, həmçinin, www.euxeber.com saytından  PDF  formatda da oxumaq mümkündür. Təşkilatın yaradıcısı və rəhbəri əslən Qərbi Azərbaycandan olan Bülənt Gurcamdır.
 

Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyəti
 
Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyəti 2011-ci ildə təsis edilmişdir. Cəmiyyətin məqsədi Belçikada yaşayan azərbaycanlıları bir yerə toplamaqdır. Təşkilat mədəni və xeyriyyə mərasimlərində Azərbaycan və Türkiyəni təmsil edir. “Dayak” ictimai  xeyriyyə təşkilatı olaraq  Azərbaycan və Türkiyədən olan insanların Belçika cəmiyyətinə inteqrasiya olunmasına yardım  göstərir. Dayak Azərbaycan-Türk-Belçika Dostluq Cəmiyyətinin prezidenti Asəf Bağırovdur.
 
 
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved