• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


BÖYÜK BRİTANİYA


Azərbaycan Türkləri Cəmiyyəti

Azərbaycan Türkləri Cəmiyyəti Azərbaycan Türkləri Cəmiyyəti XX əsrin 90-cı illərinin sonunda fəaliyyətə başlamışdır.

Cəmiyyətin əsas fəaliyyət sahələri mədəni tədbirlər, Azərbaycanın Britaniyadakı səfirliyinin qarşısında piketlərin keçirilməsi, bədii və poeziya gecələrinin təşkilindən ibarətdir. Azərbaycan Türkləri Cəmiyyətinin sədri Şahrux Məzhəridir.

 

Azərbaycan Gənclər Klubu

2005-ci ilin iyul ayından fəaliyyətə başlamış Azərbaycan Gənclər Klubu Britaniyadakı ən fəal diaspor  təşkilatlarından hesab olunur. Təşkilatın bu ölkədəki türk diasporu ilə də sıx əlaqələri mövcuddur. Ötən müddət ərzində bu təşkilat türk icmaları, habelə Londonun İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti ilə birlikdə xalqımıza qarşı torədilmiş terror və soyqırım aktları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı çox saylı etiraz aksiyaları, fotosərgilər, elmipraktik konfranslar təşkil etmişdir.

London “Azərbaycan Evi”

Mədəniyyət və Dostluq Mərkəzi Londondakı Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi Britaniyada yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc mütəxəssis və tələbənin təşəbbüsü  ilə qurulmuşdur. Mərkəz tamamilə qeyri-siyasi və maddi mənfəət güdməyən bir təşkilat kimi fəaliyyət göstərir. London Azərbaycan Evinin məqsədi  Azərbaycanla Britaniya arasında mədəni  və dostluq bağlarını mohkəmləndirmək, Londondakı Azərbaycan icmasına xidmət etməkdir.Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəsmi açılış  mərasimi 2008- ci il 14 noyabr tarixində London Hackney Bələdiyyəsi spikeri Ian Rathbone, Azərbaycanın Britaniyadakı o zamankı səfiri Fəxrəddin Qurbanov, Britaniya Parlamenti Lordlar Palatasının  üzvü  Lord Fraserin də iştirakı ilə həyata keçirilmişdir. Qurulduğu gündən bəri Azərbaycan Evində müxtəlif tədbirlər, mühazirə və çıxışlar, seminarlar, görüşlər, konfranslar, sərgi, film nümayişləri, konsert proqramları, təqdimatlar və s. həyata keçirilmişdir. London-Azərbaycan Evinin təsisçisi və sədri Ali Tekin Atalardır.

 

“Caspian-Khazri” Cəmiyyəti

2006-cı ilin aprelində fəaliyyətə başlamış Caspian Khazri (London Azərbaycan Məktəbi) qısa müddət ərzində özünü  yerli cəmiyyətdə tanıtmış və İngiltərədə yaşayanların tələbatlarını hiss edə bilmişdir. İlk növbədə Londona köçüb gələn və ya burda anadan olan azərbaycanlı uşaqlarının milli məktəbə ehtiyacları olduğunu müəyyən edən Caspian-Khazri Cəmiyyəti 2006-cı ildə özünün  böyük  layihələrindən birini həyata keçirmişdir. Layihə çərçivəsində Böyük Britaniyanın  paytaxtı London şəhərində Avropada analoqu olmayan ilk Azərbaycan məktəbinin fəaliyyətinə start verilmişdir. Bu məktəbə olan tələbatın və sevginin artan gücünü  qarşılamaq məqsədi ilə çox keçməmiş Londonun digər bölgəsində də ikinci məktəb qurulmuşdur. Bu məktəblərin qarşısına qoyulan əsas məqsəd İngiltərədə yaşayan azərbaycanlı uşaqlara pulsuz olaraq ana dilini, Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası, adət-ənənələri və milli rəqslərini öyrətməkdir. Məktəblərə 5 yaşından 14 yaşına qədər uşaqlar qəbul olunur. Balacalar  üçün, həmçinin dram, rəsm və nağıl dərsləri kecirilir. Bu məktəblər Avropa-Azərbaycan Cəmiyyəti tərəfindən maliyyələşdirilir, lazımi vəsait və dərsliklərlə təchiz olunur.Caspian-Khazri Cəmiyyətinə Simuzər Baloğlanova rəhbərlik edir.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved