• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


DANİMARKA


 Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti

Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti Danimarkanın Hillerod şəhərində Elxan Hüseynov tərəfindən təsis edilib. Cəmiyyətin faəliyyəti nəticəsində Danimarka ictimaiyyətinin Azərbaycan həqiqətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı Xocalı soyqırımı etməsi haqqında məlumatları artmış, ölkənin  ictimai rəyində Azərbaycanın ədalətli  mövqeyinə dair fikirlərin formalaşması sürətlənmişdir. Elxan Huseynovun  vəfatından sonra Danimarka- Azərbaycan Dostluq Cəmiyyətinə Kəmalə Hüseynova rəhbərlik edir.

 

Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti

Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin əsası Orhus şəhərində qoyulmuşdur. Danimarka-Azərbaycan Dostluq Cəmiyyəti danimarkalı və azərbaycanlı şəxslərdən ibarət könüllü bir cəmiyyətdir. Cəmiyyətin hədəfi cəmiyyət üzvlərinin qarşılıqlı kültür anlayışları zəminində dialoq yaratmaq və inteqrasiya prosesindən ibarətdir. Hazırda Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yusif Nejatbakışdır.

 

Danimarka-Azərbaycan Türk Qadınlar Birliyi

Danimarka-Azərbaycan Turk Qadınlar Birliyi 2009-cu ildə təsis edilmişdir. Birliyin məqsədi Danimarkada yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan haqqında həqiqətləri Danimarka ictimaiyyətinə məqsədyönlü və elmi səviyyədə çatdırmaqdır. Həmçinin, Danimarkada yaşayan azərbaycanlıların milli-mənəvi dəyər və hüquqlarının müdafiəsində, oradakı yurddaşlarımızın problemlərinin həllində yardımçı olmaq da Danimarka- Azərbaycan Türk Qadınlar Birliyinin qarşısına qoyduğu vəzifədir. Danimarka-Azərbaycan Türk Qadınlar Birliyinin sədri Anaxanım Hüseynova, sədr  müavini isə Nemət Temaltaşdır.

 

“Vətən” Cəmiyyəti

Vətən Cəmiyyəti 2007-ci ilin fevral ayından Hillerod şəhərində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanın mədəniyyətini, tarixini Danimarka əhalisinə tanıtmaqdır. Həmçinin, Azərbaycan xalqının başına gətirilən bəlalar, torpaqlarımızın 20%-nin ermənilər tərəfindən işğalı, 1 milyon insanın qaçqın və məcburu  köçkü n həyatı yaşamaq məcburiyyətində qalması,  Dağlıq  Qarabağ  münaqişəsinin nizamlanması ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamənin tələblərinin ermənilərin yerinə yetirməməsi barədə danimarkalıların məlumatlandırılması Cəmiyyətin əsas fəaliyyət istiqamətidir.Vətən Cəmiyyətinin sədri Səfər Sadiqidir.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved