• Əskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edibƏskişəhər Azərbaycanlılar Dərnəyi Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə futbol turniri təşkil edib
  •  Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir
  • Türkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edibTürkiyə Böyük Millət Məclisin sədri Fuad Muradovu qəbul edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədirDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Respulikasında rəsmi səfərdədir
  • Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib


FİNLANDİYA


 

Azərbaycanlı Qadınlar Cəmiyyəti

Azərbaycanlı Qadınlar Cəmiyyəti sentyabrın 26-da 2011-ci ildə Helsinki şəhərində təsis edilmişdir. Azərbaycanlı Qadınlar Cəmiyyəti Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində fəaliyyət göstərir. Cəmiyyətin məqsədi Azərbaycanı hərtərəfli tanıtmaq, Qarabağ həqiqətlərini Avropa xalqlarına çatdırmaq, Avropanın digər olkələrində fəaliyyət göstərən müxtəlif cəmiyyətlərlə əlaqəli fəaliyyət göstərməkdir. Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtaydır.

 

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 2004-cü  il mayın 22-də Finlandiya Respublikasının paytaxtı Helsinki şəhərində təsis edilmişdir. Hazırda bu cəmiyyət Azərbaycan mədəniyyətini və tarixini, xalqımızın adət-ənənələrini geniş təbliğ edir, ölkəmizin qarşılaşdığı problemlər barədə Finlandiya ictimaiyyətinə çatdırmağa calışır. Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətininsədri Təranə Nəzərovadır. Cəmiyyətdə sədr muavinləri isə Vaasa şəhərində yaşayan Fəridə Qədirova və Tampere şəhərində yaşayan soydaşımız Kamran Şahmərddir.

 

Finlandiya Azərbaycanlıları Assosiasiyası

Finlandiya  Azərbaycanlıları  Assosiasiyası 2008-ci il martın 18-də Helsinki şəhərində təsis edilmişdir. Assosiasiyanın məqsədi Azərbaycan cəmiyyətini Finlandiyada təmsil etmək, Azərbaycan toplumunun hər cür problemləri ilə maraqlanıb onlara yardım etmək, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq, hər iki toplumun bir araya gəlməsinə və müştərək çalışmalarına şərait yaratmaqdır. Azərbaycan mədəniyyətini, Qarabağ həqiqətlərini, bir sözlə, tariximizi fin xalqına tanıtmaqdır. Eyni zamanda, fin xalqının mədəniyyətinin, tarixinin öyrənilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Finlandiya Azərbaycanlıları Assosiasiyası nəzdində Yeniyetmə Gənclər Təşkilatı da fəaliyyət göstərir. Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlıdır.

 
 Azər-Türk Gənclər Təşkilatı

 Azər-Türk Gənclər Təşkilatı 15.09.2012- ci ildə  Finlandiyanın Espoo şəhərində fəaliyyətə başlamışdır. Təşkilatın başlıca məqsədi milli adət - ənənələrimizi, musiqimizi, mədəni irsimizi Azərbaycan və Türk gənclərinin yaddaşına həkk etmək, həmçinin yerli ictimaiyyəti vətənimizin tarixi və mədəniyyəti ilə yaxından tanış etmək,  Qarabağ həqiqqətlərinini təbliğ etməklə erməni yalanlarını ifşa etməkdir. Azər-Türk Gənclər Təşkilatın sədri Ülviyyə Cabbarovadır.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved