• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


FRANSA


 "Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası

"Araz" Fransa-Azərbaycan  Mədəni Əlaqələr Assosiasiyası 2006-cı ildə Parisdə təsis edilmişdir. Assosiasiyanın əsas məqsədi mədəni tədbirlər və xeyriyyə aksiyaları təşkil etmək, Fransada fəaliyyət göstərən başqa mədəni və dini icmalarla sıx əlaqələr qurmaqdır. Təşkil olunmuş tədbirlər zamanı Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, musiqisi, Dağlıq Qarabağ munaqişəsi və Fransada məskunlaşmış azərbaycanlılarla bağlı ətraflı məlumat verilir və əvvəlcədən hazırlanmış filmlər nümayiş etdirilir."Araz" Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının sədri Qulam Abiyardır.

 

Azərbaycan-Fransız Gənclik Assosiasiyası

Azərbaycan-Fransız Gənclik Assosiasiyası (AFGA) 2003-cü  ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı tələbələr tərəfindən təsis edilmişdir. Assosiasiyanın ilk prezidenti o zaman Parisdə təhsil alan Babək İsmayılov olmuşdur. Növbəti illərdə təşkilata Mirvari Fətəliyeva başcılıq etmişdir. AFGA bu gün nəinki Parisdə, eləcə də Fransada ən aktiv təşkilatlardan biridir. Fəaliyyət dairəsinin daha geniş olması məqsədilə təkcə tələbələri deyil, eyni zamanda, gəncləri də əhatə edən AFGA-nın 50-dən cox üzvləri sırasına həm azərbaycanlılar, həm də Fransada yaşayan fransız və xaricilər daxildir. AFGA-nın əsas məqsədi mədəniyyətimizi, tariximizi, uğurlarımızı, hətta problemlərimizi çatdırmaqla yanaşı, Azərbaycan- Fransa arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni münasibətlərin inkişafına dəstək verməkdir. Təşkilat Parisdə, eləcə də Fransanın müxtəlif şəhərlərində fərqli mövzularda tədbirlər, layihələr həyata keçirir. Təbii ki, Dağlıq Qarabağ məsələsi də daim diqqətdədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın  Azərbaycana  təcavüzü  ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması Azərbaycan diaspor təşkilatlarının əsas fəaliyyət istiqamətlərindəndir. Azərbaycan-Fransız Gənclik Assosiasiyasının sədri Vüsalə Məmmədzadədir.

 

Azərbaycan Kültür Mərkəzi

 Azərbaycan Kültür Mərkəzi 1990-cı ildən Strasburqda fəaliyyət göstərir. Kültür Mərkəzinin məqsədi mədəni tədbirlər və milli bayramlarımızı təşkil etməklə xalqımızın mədəniyyətini, folklorumuzu qoruyub saxlamağa xidmət etməkdir. Azərbaycan Kültür Mərkəzinin sədri Əhməd Mehribanidir.

 

Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA)

Fransada Azərbaycanlı Tələbələr Assosiasiyası (FATA) 1999-cu ildə Strasburqda təsis olunmuşdur. Assosiasiyanın əsas iş prinsipləri Fransada təhsil alan və məzun olmuş azərbaycanlı tələbələri bir araya gətirmək, Azərbaycanın həqiqətlərini, 20 Yanvar, Xocalı faciəsi, 31 Mart Azərbaycanlıların Soyqırımını həm Fransa ictimaiyyətinə, həm də butun dunyaya catdırmaqdır. Assosiasiya mutəmadi olaraq radio və televiziya kanallarında, eləcə də internet səhifələrində Azərbaycan və onun problemlərindən bəhs edən verilişlər, yazılar hazırlayır. Fransa Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Məmməd İsmayılovdur.

 

Strasburq “Azərbaycan Evi” Cəmiyyəti

Strasburq Azərbaycan Evi Cəmiyyəti 2005-cı ilin may ayında Fransanın Strasburq şəhərində yaradılmışdır. 3 cəmiyyəti - Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti (APEC Az), Azərbaycan  Kültür Cəmiyyəti (A.C.A.) və Azərbaycanlı Tələbələr Cəmiyyətini (ASEAF) özündə birləşdirən Azərbaycan Evinin məqsədi bölgədə yaşayan həmvətənlərimizi bir araya gətirmək, vahid diaspor kimi formalaşmasına  yardım  göstərmək və Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini təbliğ etmək, onun haqqında həqiqətləri yerli ictimaiyyətə çatdırmaqdır. 2007-ci il fevralın 16-dan etibarən "Azərbaycan Evi" Strasburqun mərkəzində və Avropa Şurasından 500 metr aralıda yerləşən ofisdə fəaliyyət göstərir. Strasburq Azərbaycan Evi Cəmiyyətinin sədri Mustafa Alincadır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved