• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


GÜRCÜSTAN


 Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti

Acarıstanda (Batumidə) 2000 nəfərdən cox soydaşımızı cəmləşdirən Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti 1997-ci ildə yaradılmışdır. Batumi şəhərində təsis edilən bu Cəmiyyət adından göründüyü  kimi, xeyriyyə aksiyaları təşkil edir. Eyni zamanda, paralel olaraq Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti mədəni tədbirlər və təbliğatla da məşğul olur. Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi 2010-cu ildə Tbilisidə rəsmi qeydiyyatdan keçmişdir. Təşkilatın əsas məqsədi Gürcüstanda Azərbaycan mədəniyyətinin inkişafına təkan vermək, mədəniyyət ocaqlarının fəaliyyətinə və inkişafına yardımcı olmaq, müəyyən tədbirlərin keçirilməsi və milli-mədəni dəyərlərin qeyri-Azərbaycan əhalisi arasında yayılmasını təbliğ etmək, gürcü-Azərbaycan mədəni əlaqələrinin inkişafında və milli-mədəni qurumlar arasında əlaqələndirici rolu oynamaqdır. Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzinin təsisçisi və rəhbəri Namiq Hacıyevdir.

 

Azərbaycanlıların Tbilisi Mədəniyyət Mərkəzi

Azərbaycanlıların Tbilisi Mədəniyyət Mərkəzi 1996-cı ildə Tbilisi şəhərində təsis edilmişdir. Bu qurum əsasən mədəni təbliğat işi ilə məşğul olur. Buraya müxtəlif  təbəqələrdən olan Gürcüstanda yaşayan soydaşlarımız  üzvdürlər. Azərbaycanlıların Mədəniyyət Mərkəzi Azərbaycanlıların Mədəniyyət Mərkəzi 2004-cü ildə qeydiyyatdan keçmişdir. Mərkəzin əsas məqsədi azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edərək özümüzü yaşadığımız cəmiyyətə daha da yaxşı şəkildə təqdim etmək vəs. kimi işləri həyata kecirməkdir. Mərkəzin nəzdində sistematik və fasiləsiz gürcü dili öyrətmə, həmçinin, kompüter  kursları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyilə iri məktəb və məktəbdən kənar şagirdlər gürcü dili kurslarına cəlb edilmişdir. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin nəzdində Sarvan folklor  rəqs qrupu, Yazarlar Birliyi fəaliyyət göstərir. Mərkəzin tərkibində kitabxana da mövcuddur. Mərkəzin nəzdində, həmçinin, Gənclər Şurası fəaliyyət göstərir. Şura tərkibində futbol komandası, intellektual əl işləri dərnəyi və digər klublar yaranmışdır. Şuranın vasitəsilə sərgilər, görüşlər, iclaslar və s. təşkil olunur. İnformasiya qıtlığını aradan qaldırmaq üçün  AMM qəzet və jurnal nəşriyyatı ilə məşğuldur. Belə ki, AMM-ın xətti ilə Region press qəzeti, QarapapaqlarMeydan jurnalları nəşr olunur. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənovdur.

 

“Birlik” Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyəti

Birlik Ümumgürcüstan Azəri Turklərinin Cəmiyyəti 1992-ci ildə təsis olunmuşdur. Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyətinin 21 nəfərdən ibarət Baş Şura və Ağsaqqallar Şurası mövcuddur.Birlik Cəmiyyətinin əsas məqsədi Gürcüstanın azərbaycanlı əhalisinin mədəniyyət, təhsil, dil, kütləvi informasiya, professional yaradıcılıq və xalq yaradıcılığı, din və digər sahələrdə mənəvi tələbatlarının ödənilməsi  üçün əlverişli şərait yaratmaqdır. Gürcüstanın azərbaycanlı əhalisinin deportasiya olunması, soydaşlarımızın  hüquqlarının pozulması hallarının, azərbaycanlılar yaşayan bölgələrdə kadrların milli mənsubiyyətə görə təqib olunması, toponomik adların əsassız gücləndirilməsinin qarşısının alınması sahəsində Cəmiyyət geniş fəaliyyət göstərir. Birlik Ümumgürcüstan Azəri Türklərinin Cəmiyyətinin sədri Süleyman Süleymanovdur.

“Dayaq” Assosiasiyası

Gürcüstanda yaşayan soydaşlarımızı öz ətrafında birləşdirən Dayaq Assosiasiyası 1991-ci ilin oktyabrında fəaliyyətə başlamışdır. Assosiasiya Ümumgürcüstan Rustaveli Cəmiyyətinin nəzdində yaradılmışdır. Assosiasiyanın fəallarının əsas məqsədi Gürcüstanda yaşayan yurddaşlarımızın ictimai və mənəvi inkişafına, mədəni ənənələrinin qorunub saxlanılmasına, onların konstitusiya hüquqlarının qorunmasına kömək etməkdir. Gürcüstanda Azərbaycan xalqının tarixini, ədəbiyyatını və mədəniyyətini təbliğ, hər iki respublikanın ictimai təşkilatlarının liderlərinin, elm və mədəniyyət xadimlərinin görüşlərini təşkil edir. Assosiasiyanın əsas fəaliyyət istiqamətlərindən biri də nəşriyyat işini təşkil etmək, tarixi abidələrin bərpası ilə əlaqədar tədbirlər işləyib həyata keçirməkdir.

 Grcstan Azərbaycanlı Tələbələr Assosiasiyası

Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası (GATA) 2009-cu ildən fəaliyyət göstərir. Marneulidə qeydiyyatdan keçən bu tələbə təşkilatı Gürcüstanın dövlət və qeyrihökümət qurumları ilə əməkdaşlıq edir. Müxtəlif  layihələr həyata keçirir. GATA qrant proqramlarına əsasən azərbaycanlıların  Gürcüstan cəmiyyətinə inteqrasiyası üzrə layihələrə maliyyə yardımı ala bilmişdir. Gürcüstan  Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Samirə İsmayılovadır.

 

Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı

Gürcüstanın Azərbaycanlı Gənclərinin İttifaqı 2010-cu il mayın 15-də Marneuli şəhərində Gürcüstanın azərbaycanlı gənclərinin I qurultayında təsis edilmişdir. Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə keçirilmiş qurultayda Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Sabir Hacıyev, Gürcüstan parlamentinin üzvü  Azər Suleymanov, Kvemo-Kartli qubernatorunun müavinləri Huseyn Yusifov, Koba Kubiaşvili, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər. Gürcüstanın  Azərbaycanlı Gənclərinin İttifaqı  ətrafında  Gürcüstandakı azərbaycanlı gənclərin təsis etdiyi 20-yə yaxın təşkilat toplaşmışdır. Təşkilatın əsas məqsədi Gürcüstanın azərbaycanlı gənclərini bir araya gətirmək və onların cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl layihələr həyata keçirməkdir. Nizamnaməyə uyğun olaraq Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqının İdarə Heyəti 13 nəfərdən ibarətdir. Gürcüstan  Azərbaycanlı Gənclərinin İttifaqının sədri Leyla Məmmədovadır.

 

“Gürcüstan Mənim Vətənimdir” təşkilatı

Gürcüstan Mənim Vətənimdir təşkilatı 2003-cü  ildə təsis edilmişdir. Təşkilat son illər Gürcüstan  Azərbaycanlıları Konqresinin tərkibində təmsil olunur. Təşkilatın məqsədi burada yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsidir. Bu məqsədlə bir çox layihələr reallaşdırılmış, kitablar  nəşr edilmiş, qəzetlər buraxılmış və bir çox humanitar aksiyalar həyata keçirilmişdir. Bu təşkilatın 2009-cu ildən fəaliyyətə başlayan  mətbu orqanı Gürcüstan azərbaycanlıları adlı qəzeti Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunur və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini  işıqlandırır. Qəzet zaman-zaman öz səhifələrində Azərbaycanın tarixi, mədəniy - yəti, adət-ənənələri, tarixdə iz qoymuş şəxsiyyətləri barədə maraqlı yazılar verir. “Gürcüstan  Mənim Vətənimdir təşkilatının

 

Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi

Üzvlərinin sayı etibarilə iri cəmiyyətlərdən biri Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyidir. Birlik 2001-ci ildə Tbilisi şəhərində təsis edilmişdir. Bu birlik respublika üzrə ziyalıların əksər qismini, müəllimləri, şair-nasirləri, başqa peşə sahiblərini öz ətrafinda toplamağa nail olmuşdur. Bu qurum rəsmi və ictimai dairələrdə Azərbaycan naminə təbliğat işi aparmaqla Gürcüstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinə çalışır. "Qeyrət" Xalq Hərəkatı Azərbaycanlıları öz ətrafında birləşdirən təşkilatlardan biri "Qeyrət" Xalq Hərəkatıdır. 1990-cı ildə Marneuli şəhərində yaradılmışdır. Hərəkat Gürcüstan  azərbaycanlılarının  hüquqları və milli-mənəvi dəyərlərinin qorunması istiqamətində fəaliyyət göstərir. “Qeyrət Gürcüstanda yaşayan yarım milyonluq azərbaycanlı əhalinin iqtisadi, siyasi, mədəni inkişafının, problemlərinin həlli sahəsində müntəzəm iş aparır, Gürcüstandakı həmvətənlərimizin hüquqlarının tapdalanmasına qarşı qətiyyətlə çıxış edir."Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərovdur. Marneuli Gənclər Mərkəzi Marneuli Gənclər Mərkəzi bir qrup gənc tərəfindən 2005-ci ildə təsis edilmişdir. Mərkəzin missiyası Kvemo-Kartlidə gənclərin savadlı, məsuliyyətli, fəal, inteqrasiya olunmuş vətəndaş olmaları, bu bölgənin, həmçinin, digər bölgələrin ictimai həyatında iştirak etmələri üçün onların təhsil və idman sahəsində inkişafına dəstək olmaqdır. Təşkilatın məqsədi gənclərin inkişafı və inteqrasiyası, gənclərin işlə təmin olunması, bölgənin ictimai həyatında və qərarların qəbul olunmasında iştirakcılığa cəlb olunmasıdır. Marneuli Gənclər Mərkəzi Marneulidə və kəndlərdə müxtəlif  tədbirlər, sərgilər, aksiyalar, idman və intellektual  yarışlar həyata keçirir. Gənclər Mərkəzinin dəstəyi ilə bir necə kənddə (Baydar, Faxralı, Aşağı Saral) gənclər təşkilatları yaradılmışdır. Marneuli Gənclər Mərkəzinin sədri Rəna Nurməmmədovadır.

 

Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi

Rustavi Azərbaycanlılarının Mədəniyyət Mərkəzi 2002-ci ilin 16 mayında Azərbaycan ziyalıları tərəfindən yaradılmışdır. Mərkəzin əsas məqsədi Rustavidə yaşayan 73min əhalinin 15 minini təşkil edən azərbaycanlılar  öz soy-kökləri üzərində dayansın, öz mədəniyyətini, dilini itirməsin. Mərkəzin maliyyə yardımı vasitəsilə Ədəbi Gürcüstan toplusu kitabı işıq üzü görmüşdür. Bundan başqa mərkəzin təsisciliyi ilə 2008-ci ildən başlayaraq ayda bir dəfə Ədəbi Gürcüstan adlı 16 səhifəlik beynəlxalq qəzet,Sözün işığı adlı ictimai, mədəni mətbu orqanı nəşr olunur. Ürəklərdən gələn soz ürəklərə yol tapar devizi altında ayda bir dəfə oxucularının görüşünə gələn bu qəzetdə Gürcüstanda və dünyada baş verən ictimaisiyasi proseslərə toxunulur. Bununla yanaşı, Borcalı şair və yazıcılarının həyatı, kitabları, şeir və əsərləri, Borçalıda keçirilən müxtəlif tədbirlər, baş verən olaylar, Azərbaycan Respublikası ilə bağlı xəbərlər, torpaqlarımıza erməni  təcavüzü və separatizmi, ədəbi-bədii, dini yazılar, maraqlı məlumatlar, idman xəbərləri verilir. Eyni zamanda, mətbu orqanlarda Türk Dünyasında baş verən hadisələr də işıqlandırılır. Rustavi Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Xaləddin Yolçuyevdir.

 

“Varlıq” Mədəniyyət Mərkəzi

Varlıq Mədəniyyət Mərkəzi 2008-ci ildə Tbilisidə təsis edilmişdir. Mərkəz Gürcüstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə yaradılmışdır. "Varlıq" Mədəniyyət Mərkəzinin xətti ilə Varlıq adlı qəzet də dərc olunur. Mərkəzin işi təkcə bu qəzetin çapı ilə məhdudlaşmır. Eyni zamanda, müxtəlif  səviyyəli tədbirlər keçirir. Tədbirlər çərçivəsində elm və mədəniyyət xadimləri ilə görüşlər, yubileylər, milli və dövlət bayramları qeyd olunur. Mərkəz əsasən öz ətrafında elm adamlarını toplamışdır. Varlıq Mədəniyyət Mərkəzinin sədri Rafiq Hümmətdir.

 

“Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi

Tolerans İnsan  Hüquqlarının  Müdafiəsi  İctimai Birliyi 2005-ci ildə Qardabani şəhərində təsis edilmişdir. Birlik Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Birliyin bir sıra layihələri Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmiş və uğurla həyata keçirilmişdir. Belə ki, Gürcüstan azərbaycanlıları üçün pulsuz beynəlxalq hüquqi yardım, İnsan hüquqları üzrə Avropa Şurası və BMT sistemində beynəlxalq müdafiə mexanizmləri adlı kitablar hazırlanaraq çap edilmişdir. Tolerans İnsan Hüquqlarının  Müdafiəsi İctimai Birliyinin sədri Elbrus Məmmədovdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved