• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


İSPANİYA


 “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti

Elmira Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti İspaniyanın Valensiya şəhərində yaradılmışdır. Təşkilatı Valensiya şəhərinin qubernatorluğu qeydə almışdır. Cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, ispan və Azərbaycan xalqları arasında əlaqələri  möhkəmləndirmək, eyni zamanda, bu şəhərdəki  soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir. Elmira Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti, həmçinin, bu ölkədə fəaliyyət göstərən digər Azərbaycan icmaları, eləcə də başqa xalqların diaspor  təşkilatları ilə əlaqələri var.Elmira Azərbaycan-İspan Qardaşlıq Cəmiyyətinin rəhbəri Gülnarə Xanbabayevadır. O  həmçinin, CF Baku de Valencia ispan futbol klubunun yeganə qadın prezidentidir.

 

Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Asossiasiayası

 

Azərbaycan-İspaniya Ticarət və Mədəniyyət Asossiasiayası (Asocioacion Comercial de Azerbaiyan en Espana – ACAE) 2015-ci ildə İspaniyada yaşayan azərbaycanlı iş adamı Fərid Mustafayevin təşəbbüsü ilə yaradılıb. Əsas məqsədi Azərbaycanla İspaniya arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsində rol oynamaq, iş adamlarını və şirkətləri qarşılıqlı faydalı fəaliyyətə cəlb etməkdir. Təşkilat Azərbaycan şirkətlərinin İspaniyada, İspaniya şirkətlərinin isə Azərbaycanda fəaliyyətə başlaması üçün konsaltinq xidmətləri də göstərir ACAE eləcə də Azərbaycanın İspaniyada təbliğinə xüsusi əhəmiyyət verir. Müxtəlif idman, mədəniyyət layihələrini təşkil edir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində asossiasiya artıq xeyli ciddi uğurlar əldə edib. Məsələn, 2015-ci ilin avqustunda İspaniyanın San-Sebastyan şəhərində keçirilən kik-boksinq üzrə Avropa Çempionatının əsas təşkilatçılarından olan ACAE bu yarış boyu Azərbaycanın təbliğatını həyata keçirib. Təşkilatın prezidenti Fərid Mustafayev, vitse-prezident Mahir Qurbanov, mətbuat katibi Teymur Əliyevdir.

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved