• Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib


İSVEÇ


 Azərbaycan Federasiyası İsveç (AFİ)

Azərbaycan Federasiyası İsvec (AFİ) 2000-ci ildə təsis edilmişdir. AFİ İsvecdə yaşayan azərbaycanlıların həmrəyliyi, millimənəvi birliyinin möhkəmlənməsi uğrunda çalışan ictimai təşkilatdır. AFİ-nin məqsədi Azərbaycan və onunla bağlı problemləri İsveç  toplumu və quruluşlarına tanıtmaq, İsveçdə yaşayan azərbaycanlıların bu topluma inteqrasiyasına çalışmaqdır. Eyni zamanda, İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəkləri, fəal şəxslər arasında əlaqələrin qurulmasına yardım etməkdir. İsveç  mediasında Azərbaycan dilində proqramların yayımının təşkili də AFİ-nin qarşısına qoyduğu vəzifələrdəndir. Azərbaycan Federasiyası İsvec (AFİ) hazırda Səttar Sevigin rəhbərliyi altında fəaliyyət göstərir.

 

“Babək” Kültür Dərnəyi

Babək Kültür Dərnəyinin əsası İsveçin Linşoping şəhərində 1990-cı ildə qoyulmuşdur. Zaman-zaman dərnəyin fəaliyyətində fasilələr yaranmış, hətta dövlət orqanlarındakı rəsmi qeydiyyatı ləğv edilmişdir. Lakin bu ləğvolunma uzun sürməmiş, 2007-ci ilin sentyabr ayında 48  nəfər  üzvün iştiraki ilə dərnək yenidən formalaşdırılmışdır. Dərnəyin Linşopingdə yaşayan azərbaycanlılarla bərabər qonşu qəsəbə və şəhərlərdən olan üzvləri də vardır. Dərnəyin məqsədi Azərbaycan mədəniyyət kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər  göstərməkdir.Babək Kültür Dərnəyinin rəhbəri Aslan Ərəbluidir.

 

“Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyəti

Xəzər Azərbaycan-İsvec Dostluq Cəmiyyəti 1999-cu ildə İsvecin Malmo şəhərində yaradılmışdır. Cəmiyyətin uzvləri həm cənubdan, həm də şimaldan olan kimliyini  danmayan, Azərbaycan türkü olması ilə fəxr edən insanlardan ibarətdir. Cəmiyyəti yaratmaqda məqsəd azərbaycanlıları bir araya gətirmək, milli adət-ənənələrimizi qoruyub yaşatmaq, İsveç cəmiyyətinə inteqrasiya olmaq, isveçlilərlə sıx əlaqə saxlamaq və onlara ölkəmizi, tariximizi, mədəniyyətimizi, musiqimizi tanıtmaqdır.Xəzər Azərbaycan-İsvec Dostluq Cəmiyyəti yalnız Malmodəki dərnəklərlə deyil, digər şəhərlərdəki təşkilatlarla da əlaqə saxlayır. Son illərdə isə Danimarkada fəaliyyət gostərən Vətən Cəmiyyəti ilə sıx əməkdaşlıq edir, Malmodəki turk, turkmən cəmiyyətlərinin tədbirlərində fəal iştirak edir. Xəzər Azərbaycan-İsveç Dostluq Cəmiyyətinə Leyla Kiani rəhbərlik edir.

 

İsveç Azərbaycanlıları Konqresi

İsveç Azərbaycanlıları Konqresinin təsis qurultayı 2010-cu ilin iyununda İsveçin paytaxtı  Stokholm  şəhərində keçirilmişdir. Tədbir 15 Azərbaycan diaspor təşkilatının iştirakı ilə baş tutmuşdur. İsvec Krallığında fəaliyyət gostərən bir necə diaspor təşkilatının bu qurumu yaratmaqda məqsədi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini yaşadıqları ölkənin ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Eyni zamanda, vahid diaspor təşkilatı kimi bu yolla Azərbaycan icmaları, cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, onların imkanlarını və güclərini səfərbər etmək, bu qurumların fəaliyyətini koordinasiya etmək, mövcud problemləri birlikdə çözməkdir. İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved