• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


KANADA


 Alberta Azərbaycan Mədəniyyət Mərkəzi

Alberta Azərbaycan Mədəniyyət Mərkəzi Kanada Azərbaycan Təşkilatları Assambleyasının  üzvüdür. Mərkəz 2006-cı ildə təsis edilmişdir. Mərkəzin məqsədi Kanada və Azərbaycan icmaları arasında körpü  rolunu oynamaq, bu ölkədə Azərbaycan mədəniyyəti, tarixi və ənənələrini yaşadaraq təbliğ etmək, eyni zamanda, Kanada mədəniyyəti, ənənələr və həyat tərzini öyrənməkdir. Bu baxımdan Mərkəz tərəfindən müxtəlif araşdırmalar aparılır və müvafiq layihələr həyata keçirilir. Mərkəz müxtəlif yerli təşkilatlarla, insan haqları, ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Sabina İskəndərovadır.

 

Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası

Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası 2007-ci ilin yanvarında bir sıra diaspor təşkilatları tərəfindən təsis edilmişdir. Assosiasiyada Kanadanın müxtəlif  yerlərində fəaliyyət göstərən 10 diaspor təşkilatı təmsil olunur. Assosiasiya fəaliyyətini Kanadada Azərbaycan həqiqətlərinin yayılması, respublikamız barədə dolğun  təsəvvürün formalaşdırılması istiqamətində qurmuşdur. Assosiasiya, həmçinin, Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərini koordinasiya edir. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası bundan başqa Kanadada təhsil alan azərbaycanlı tələbələrə də xüsusi diqqət ayırır. Burada isə məqsəd soydaşlarımıza kömək etmək, istedadlı gəncləri üzə çıxarmaq, həmin gənclərin ictimai işlərdə yaxından iştirakını təmin etməkdən ibarətdir. Kanadada Azərbaycan həqiqətlərinin yayılması məqsədilə Assosiasiya tərəfindən bu ölkənin universitetlərində konfranslar keçirilir, tələbə cəmiyyətlərinin təşkilatcılığı ilə aksiyalar təşkil olunur. Hazırda assosiasiyanın fəaliyyəti  müsbət  nəticələr verməkdədir. Dünyanın tanınmış ictimai-siyasi, elm xadimlərinin təşkilatın Kanadada keçirdiyi  tədbirlərə qatılması ilə bir sıra uğurlar əldə edilmişdir. İndi bu ölkənin ictimaiyyəti də Azərbaycan barəsində ətraflı məlumatlanmaqdadır. Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri İlham Axundovdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved