• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


LATVİYA


 "Azəri" Latviya Azərbaycanlıları Cəmiyyəti

"Azəri" Latviya Azərbaycanlıları Cəmiyyəti  1988-ci ildə Riqa şəhərində təsis edilmişdir."Azəri" Latviya Azərbaycanlıları Cəmiyyəti bu ölkədə yaşayan soydaşlarımızı öz ətrafında birləşdirir. Cəmiyyət Azərbaycanın tarixi və mədəniyyəti ilə Latviya ictimaiyyətini  tanış edir, Azərbaycan və Latviyanın bütün  milli və dövlət tarixi günlərini genişmiqyaslı  tədbirlərlə qeyd edir. Yerli mətbuat, televiziya və radio ilə sıx əlaqələr qurmuşdur. Cəmiyyət Azərbaycan və Latviya uşaqlarına azərbaycanlıların doğma dil, tarix və mədəniyyətini öyrədən “Bazar günü” məktəbi təşkil edir. Azərbaycan mədəniyyəti və tarixini Latviyada təbliğ etməklə Cəmiyyət milli və etnik qrupların bu ölkənin mədəni həyatındakı inkişafını, yerli əhali ilə qarşılıqlı münasibətlərin inteqrasiyasını dəstəkləyir.“Azəri” Latviya Azərbaycanlıları Cəmiyyətinin sədri Ulduzhan Əhmədovdur.


“Azəri Vəhdət” Azərbaycan Cəmiyyəti

Latviyada 1700-dən bir qədər cox azərbaycanlı yaşayır, diaspor böyük olmasa da, son dərəcə mütəşəkkildir. Latviyadakı diaspor təşkilatlarımızdan biri də “Azəri Vəhdət” Azərbaycan Cəmiyyətidir. Cəmiyyət təkcə Azərbaycan  ailələrini birləşdirmir. Bütün dövlət bayramlarında, əlamətdar günlərdə, eləcə də 20 Yanvar, Xocalı faciəsi, azərbaycanlıların soyqırımı  tarixlərində müxtəlif tədbirlər həyata keçirir. Cəmiyyət xalq diplomatiyası kimi məsul missiyanı da üzərinə götürmüşdür. Cəmiyyətin fəaliyyəti nəticəsində ölkələrimiz arasında inkişaf edən mehriban qonşuluq münasibətləri fonunda daha bir tarixi hadisə baş vermişdir. Riqanın özünuidarə orqanı paytaxtda Azərbaycan-Latviya dostluq parkının salınması üçün 3 hektar sahə ayırmışdır.“Azəri Vəhdət” Azərbaycan Cəmiyyətinin  sədri Əlirza Hüseynovdur.

 

Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyası

Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyası 1988-ci ildə Riqada yaradılmışdır. Assosiasiyanın ətrafında əsasən ziyalılar toplaşmışlar. Assosiasiya nəinki Azərbaycanda, eyni zamanda kecmiş Sovet İttifaqının, Amerikanın, İsveçin, Avstraliyanın və digər ölkələrin azərbaycanlı icmaları ilə əlaqələr yaratmışdır. Latviya televiziyası və radiosu, bir çox latış yazıçıları, incəsənət ustaları Assosiasiya ilə yaxından əməkdaşlıq edirlər. Assosiasiyanın fəaliyyətində Azərbaycanda gedən demokratik proseslər, ictimai-siyasi hadisələr, erməni təcavüzkarlarının Azərbaycan torpağında törətdikləri vəhşiliklər barədə həqiqətin yayılması əsas yer tutur. Assosiasiyanın yaxından iştirakı ilə Latviya Xalq Cəbhəsinin “Baltiyskoye vremya” qəzeti 1992-ci ilin noyabrında bütövlükdə xüsusi buraxılışını  Azərbaycana  həsr etmişdir. Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyası Qarabağ  hadisələrinin əsl mahiyyətini açmaqla Latviya kütləvi informasiya vasitələrində fəal təbliğat işləri aparır. Onun təşəbbüsü ilə indiyə qədər yeddi latış jurnalisti Qarabağın müharibə gedən bölgələrində olmuş, bu barədə Latviya mətbuatında,  radio və televiziyasında xeyli qiymətli materiallar verilmişdir. Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Faiq Səfərovdur.

 

“Ocaq” Mədəniyyət Mərkəzi

Latviyadakı “Ocaq” Mədəniyyət Mərkəzi 17 yanvar 2007-ci ildən fəaliyyət göstərir. Mərkəz Azərbaycanda demokratiyanın inkişafı sahəsində qazanılmış uğurların, respublikamızın iqtisadi inkişafının təbliğinə yönəlmiş informasiya kampaniyası keçirir. Təşkilatın əsas məqsədi  Qarabağ  münaqişəsi barədə, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında həqiqəti Latviya ictimaiyyətinə çatdırmaqdır. Təşkilat hər il Latviya Seyminin deputatlarının və jurnalistlərin iştirakı ilə azərbaycanlıların soyqırımı gününə, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına həsr edilmiş aksiyalar kecirir. Latviyada yaşayan və təhsil alan Azərbaycanlı Gənclər Cəmiyyəti bu təşkilatın uğurlu işində mühüm rol oynayır. Bu cəmiyyət gənclərdə vətənpərvərlik ruhunun güclənməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması üzrə daim iş aparır. Latviyadakı azərbaycanlı gənclər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını tamaşaya qoymuşlar.“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi yanında yaradılmış “Bazar günü” məktəbində uşaqlara ana dili öyrədilir, onlara Azərbaycan ədəbiyyatı, xalqımızın zəngin tarixi və mədəniyyəti, milli musiqi və rəqslərimiz haqqında geniş məlumat verilir. “Ocaq” Mədəniyyət Mərkəzinin rəhbəri Roman Əliyevdir.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved