• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


MACARISTAN


 Macar-Azərbaycan Dostluq Cəmiyyəti

Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cu ildən Macarıstanın paytaxtı Budapeştdəfəaliyyət göstərir. Cəmiyyət üzvlərinin 90 faizi macarlardan ibarətdir. Macar-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycanın tarixi və bu günü, qədim adət- ənənələri, milli bayramları, dövlətimizin qazandığı nailiyyətlər barədə informasiya yaymağı qarşısına məqsəd qoymuşdur. Cəmiyyət Macarıstanda fəaliyyət göstərən yeganə diaspor təşkilatıdır. 2010-cu ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə macar dilində çapdan çıxmış üçcildlik topluda Macarıstanda tanınan gənc Azərbaycan müəlliflərinin qələminə məxsus, onların keçmiş və gələcəklə bağlı mülahizələrini, Vətənin ağrılı-acılı və şad günlərini əks etdirən hekayə, povest və esselər, habelə qədim Azərbaycan diyarı olan Qarabağın zəngin mədəniyyəti barədə sənədli materiallar yer almışdır. Bu cəmiyyət Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyiilə öz üzvləri arasında görüşlər keçirirək iki ölkə arasında yaxınlığa öz töhfəsini verir. Cəmiyyət, həmcinin, Macarıstanda yaşayan azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına dəstək vermişdir. Təşkilat Azərbaycanın milli bayramları zamanı həm azərbaycanlı, həm də macar üzvləri ilə birlikdə bayram süfrəsi açır. Təşkilat, həmçinin, Azərbaycanın problemləri, Dağlıq Qarabağ  münaqişəsi barədə macarlara məlumat verir, matəm günlərində (20 Yanvar, 31 Mart, 26 Fevral) dünyasını dəyişmiş azərbaycanlıların xatirəsi anılır. Cəmiyyət, həmçinin, hər il ənənəvi olaraq Azərbaycan və macar dillərində görkəmli azərbaycanlılara həsr olunmuş təqvimlər hazırlayır. 2011-ci ilin təqvimi Tahir Salahova, 2012-ci ilin təqvimi isə Toğrul Nərimanbəyova həsr olunmuşdur. Macar-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayevadır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved