• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


MOLDOVA


 “Araz” Cəmiyyəti

1991-ci ildə Kişinyov şəhərində fəaliyyətə başlayan “Araz” Cəmiyyəti Moldova azərbaycanlılarının sosial hüquqlarının  müdafiəsi, Azərbaycanla Moldova arasında əlaqələrin inkişaf etdirilməsi ilə məşğul olur. “Araz” qəzeti məhz bu Cəmiyyətin himayəsi ilə nəşr edilməkdədir. “Azəri” Mədəniyyət Mərkəzi 1995-ci ildə Kişinyov şəhərində yaradılmış “Azəri” Mədəniyyət Mərkəzi Moldovada Azərbaycanın mədəniyyətinin, dilinin, elminin təbliği istiqamətində fəaliyyət gostərir. Moldova-Azərbaycan Əməkdaşlıq Cəmiyyəti 2000-ci ildə Kişinyov şəhərində təsis edilmiş Moldova-Azərbaycan Əməkdaşlıq Cəmiyyəti iki dövlət arasında hərtərəfli əlaqələrin qurulması və inkişaf etməsi üçün prinsipial mübarizə aparır.

Moldova Azərbaycanlıları Konqresi

Moldova Azərbaycanlıları Konqresi  2001-ci ildən Kişinyov şəhərində fəaliyyət göstərir. Moldova Azərbaycanlıları Konqresinin Moldovada yaşayan bütün azərbaycanlıların vahid ideya ətrafında birləşməsi, soydaşlarımızla əlaqələrin genişləndirilməsi, onlar arasında birlik və həmrəylik hisslərinin gücləndirilməsində müstəsna rolu var. Moldovada yaşayan soydaşlarımız daim bəşəri dəyərlərin və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcısı olmuş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz fəallıqları ilə seçilmişlər. Hazırda MAK-ın nəzdində Azərbaycan dilini və tarixini tədris edən “Həftəsonu” məktəbi fəaliyyət göstərməkdədir. Bununla yanaşı, MAK-da Azərbaycan mədəniyyətini və musiqisini təbliğ edən rəqs ansamblı da yaradılmışdır. MAK-ın mətbu orqanı olan“Araz” qəzeti isə buradakı Azərbaycan diasporunun həyatı ilə bağlı yenilikləri, habelə Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri ilə bağlı məlumatları yerli ölkə ictimaiyyətinə çatdırır. Konqres Mərkəz, Cənub, Şimal, Şərq və Qərb regionları olmaqla 5 regional təşkilatı özündə birləşdirir. Moldova Azərbaycanlıları Konqresinin sədri Vuqar Novruzovdur. Vuqar Novruzov Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən isə 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Moldovadakı Azərbaycan diasporunun rəhbəri millətlərarası dostluğun möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi sahəsində, həmçinin, məhsuldar təşkilati və ictimai fəaliyyətinə görə bu yüksək mükafatlara layiq görülmüşdür. 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved