• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


NİDERLAND


 "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyi

Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi ziyalı Azərbaycan  qadınları  tərəfindən  2004-cu ildə təsis edilmişdir. Birlik qocalar evi, reabilitasiya mərkəzləri və universitetlərlə işləyir. Birlik üzvləri Hollandiyanın  müxtəlif qrupları arasında körpü yaratmaq üçün  çalışır. Fondun 50-dən çox konullusu vardır. Birliyin ən möhtəşəm tədbirlərindən birini 2007-2008-ci illərdə Apeldoorndakı VeenkampMatenhof yaşlılar evində Odlar yurdu, küləklər şəhəri layihəsini həyata keçirmişdir. Həmçinin, Haarlemdəki Reinalda yaşlılar evində Novruz şənliyini, Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində dörd rəssamımızın Haaqada Azərbaycan rəngləri sərgisini təşkil etmişdir. Apeldorn və Harlem  mətbuatında Ana Vətən Avropa Azərbaycanlı  Qadınlar  Birliyi, onun fəaliyyəti barədə dəfələrlə məqalələr dərc olunmuşdur. Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Avropa Azərbaycanlılar Konqresinin vitse-prezidenti Gülşən Kazımovadır.

 

Azərbaycan-Niderland Cəmiyyəti

2003-cu ildə yaradılmış Azərbaycan-Niderland Cəmiyyəti bu ölkədəki ən fəal diaspor təşkilatıdır. Niderland Krallığının müvafiq rəsmi orqanlarında qeydiyyatdan keçmiş cəmiyyətin əsas məqsədi  Azərbaycan tarixi ənənələrini, mədəniyyətini yaşatmaqdan, eyni zamanda ölkəmiz haqqında həqiqətlərin  Niderland Krallığında təbliğinə nail olmaqdan  ibarətdir. Cəmiyyət Niderlandda Həftəsonu məktəblərinin açılması istiqamətində də müvafiq tədbirlər həyata keçirir. Cəmiyyətin tərkibində mədəniyyət, idman, mətbuatla iş, dil, ictimai təşkilatlarla iş və nəzarət-təftiş komissiyaları fəaliyyət göstərir. Azərbaycan-Niderland Cəmiyyətinin sədri Ofelya Babayevadır. )

 

Benilüks Azərbaycanlıları Konqresi

Beniluks Azərbaycanlıları Konqresi 18 noyabr 2006-cı il tarixində Amsterdam şəhərində yaradılmışdır. BAK yarandığı gündən etibarən Azərbaycan həqiqətlərini Avropada yayır, Dağlıq Qarabağ  münaqişəsi barədə yaşadığı ölkələrin ictimaiyyətini məlumatlandırır və erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparır. Belə ki, fəaliyyəti müddətində BAK Suzan Krugerin çəkdiyi "Ümid axırıncı olur" filminin satışa buraxılmaması, erməni rejissor Hovanesyanın "Hərb və sülh insanlarının aqibəti" filminin Rotterdam IDFA film festivalından çıxarılması, Utrext Turizm Sərgisində ermənilərin stendlərindən dəfələrlə Qarabağa aid materialların çıxarılması, "Archax Fruit" adı altında Niderlandda satılan qida maddələrinin ifşa edilməsi və bu qida maddələrini idxal edən şirkət haqqında lazımi instansiyalara məlumat verilməsinə nail olmuşdur. Həmçinin, Brüsseldə Avropa Parlamenti qarşısında Xocalı soyqırımı ilə əlaqədar olaraq nümayişlərin keçirilməsi, Rotterdam şəhərində küçələrdən birinə yenidən Bakı adının verilməsi də BAK-ın gördüyü işlər sırasındadır. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımovdur.

 

Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi

Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyi 2005-ci ildə Rotterdam şəhərində təsis olunmuşdur. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 fevral Xocalı soyqırımının ildönümü  burada müxtəlif  tədbirlərlə qeyd olunur. Eləcə də, xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması, artıq ənənə halını almışdır. Cəmiyyətimizin xətti ilə burada təşkil olunan müxtəlif  mövzularda müzakirələr Holland ictimaiyyətinin marağına səbəb olur. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılır. Xüsusilə bu cür tədbirlərə Holland ictimaiyyəti ilə bərabər, burada yaşayan digər millətlərin, Holland rəsmilərinin, türk diaspor  təşkilatlarının nümayəndələri də cəlb edilir. Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyinin sədri Elxan İsazadədir.

 Azərbaycan-Türk Kültür Mərkəzi

 Niderlandda ən böyük Azərbaycan diaspor  təşkilatlarından olan Azərbaycan-Türk Kültür Cəmiyyəti 1993-cü  ildə yaradılmışdır. Haaqada fəaliyyət göstərən bu qurumun təsisçiləri əslən Türkiyənin İqdır vilayətindən olan azərbaycanlılardır.  Mərkəz Azərbaycanın milli adət-ənənələrinin və mədəni irsinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərir. Azərbaycan-Türk-Kültür Cəmiyyəti  2007  ildə  Xocalı  şəhidləri üçün abidə ucaltmışdır. Cəmiyyyət dəfələrlə Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil etmiş, ölkəmizdəki qaçqın və məcburi köçkünlərə yardım göstərmiş, Gəncədə Qarabağ şəhidlərinin xatirəsinə bulaq kompleksi inşa etdirmişdir. Azərbaycan-Türk Kültür cəmiyyəti şəhər bələdiyyəsi başkanının yüksək hizmət nişanı ilə də təltif edilmışdır. Cəmiyyətin sədri İlhan Aşqındır.

Vahid, Bolunməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti

Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyəti 2005-ci ilin aprelindən fəaliyyət göstərir. Rəsmi olaraq qeydiyyatdan keçmişdir. Cəmiyyətin məqsədi Azərbaycanı Hollandiya cəmiyyətinə tanıtmaq, işğal olunmuş torpaqlarımızla bağlı gerçəkliyi bu ölkənin insanlarına çatdırmaqdır. Bu yolla həm Azərbaycanın haqq səsini Holland ictimaiyyətinə çatdırır, həm də millətimizin milli-mədəni adət-ənənələrini, musiqimizi və s. orada təbliğ edir. Bu Cəmiyyətin gördüyü faydalı işlərdən biri də Azərbaycanla bağlı sənədlərin Hollandiya kitabxanalarına verilməsi, buradakı kitabxanalardaAzərbaycan guşələrinin yaradılmasıdır. Vahid, Bölünməz və Demokratik Azərbaycan uğrunda Birlik Cəmiyyətinin sədri İradə Uluxanlıdır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved