• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


NORVEÇ


 Norveç Azərbaycanlıları Gənclər Təşkilatı

Norvec Azərbaycanlılarının Gənclər Təşkilatı 2005-ci ildə Norveçdə yaradılmışdır. Beş nəfərdən ibarət idarə heyyəti olan  NAYO dünyəvi, sivil, qeyri-siyasi və gəlir əldə etmək məqsədi olmayan bir təşkilatdır. Bizim təşkilatın əsas məqsədi orada yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiya olunmasında yardımcı olmaq, onları təşkilatlandırmaq, hüquqlarını müdafiə etmək və sosial problemlərinin həlli istiqamətində işlər görməkdir. Azərbaycan xalqının mədəniyyətini, tarixini, problemlərini və nailiyyətlərini çatdırmaqla yanaşı, iki  ölkə arasında dostluq əlaqələrini möhkəmləndirmək, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafına dəstək verməklə dostluq və əməkdaşlıq körpüsü  rolunu oynamaqdır. NAYO təşkilatı həm  Norveçdə, həm də xaricdə davamlı olaraq müxtəlif  mövzularda tədbirlər, layihələr həyata kecirir. Ən böyük layihələrdən biri kimi Norvecçin Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycanın Cənubi Qafqazda geosiyasi rolu" mövzusunda seminarı göstərmək olar. Həmin tədbirdə Norveçdə akkreditə olan dörd səfirliyin nümayəndəsi, parlamentin üzvləri, QHT-lər iştirak etmişdir. Bundan başqa Norveçin Biznes Menecment İnstitutunda biznes təşkilatlarının iştirakı ilə "Azərbaycanın yüksələn iqtisadiyyatında investisiya imkanları" mövzusunda biznes-forum təşkil edilmişdir. NAYO-nun layihələri üç hissəyə bölünür. Belə ki, tədbirlərdə ilk olaraq Azərbaycanın potensialı, neft strategiyası, regionda mövqeyi, daha sonra isə Dağlıq Qarabağ  problemi, Xocalı faciəsi və ermənilərin törətdiyi digər vəhşiliklər, nəhayət, sonda tibbi və Azərbaycanın  turizm potensialını əks etdirən kitablar təqdim edilir. NAYO Azərbaycan diaspor təşkilatları içərisində şəbəkəsi olan yeganə təşkilatlardandır. Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyevdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved