• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


ÖZBƏKİSTAN


 Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi

Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzi 1992-ci ilin aprelində Səmərqənddə yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan-Özbəkistan mədəni və iqtisadi əlaqələrinin inkişafına köməklik göstərmək, Özbəkistanda yaşayan həmvətənlərimizə xalqımızın adət-ənənələrini yaşatmaqda yardım  etməkdir. Dili, dini və adət-ənənənələri eyni olan özbək xalqı ilə azərbaycanlıların əlaqələrinin möhkəmlənməsi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biridir. Azərbaycan-Özbəkistan Mədəni-İqtisadi Əlaqələr Mərkəzinin sədri Səxavət Ovceyevdir.

 

Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası

Özbəkistanda Azərbaycanlıların Milli-Mədəni Mərkəzləri Assosiasiyası noyabrın 24-də 2002-ci ildə təsis edilmişdir. Assosiasiyanın 6 vilayətdə yerli təşkilatı fəaliyyət göstərir. Bu Assosiasiya Özbəkistanda yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasında,Azərbaycancılıq ideyasını soydaşlarımız arasında təbliğ etməsində, onların tarixi vətənlə əlaqələrinin gücləndirilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin tanıdılmasında mühüm rol oynayır. “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzi Qardaşlıq Azərbaycan Mədəniyyət Mərkəzi 1989-cu ilin sentyabrında Daşkənddə yaradılmışdır. Mərkəzin əsas məqsədi Özbəkistanda yaşayan soydaşlarımız arasında sıx əlaqələr yaratmaq, onları Azərbaycanda baş verən hadisələrlə yaxından tanış etmək, milli mədəni dəyərlərin qorunub saxlanılmasına çalışmaq, Azərbaycan və Özbəkistan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirməkdir. Mərkəzin fəaliyyətində Azərbaycana qarşı erməni təcavüzkarlarının apardıqları işğalçılıq müharibəsi haqqında əsl həqiqəti açıb göstərmək, soydaşlarımıza və Özbəkistanda yaşayan xalqlara bu hadisələrin mahiyyətini izah etmək mühüm yer tutur. Mərkəzdə keçirilən tədbirlərdə və toplantılarda Azərbaycanda gedən hadisələr təhlil olunur, erməni təcavüzkarlarına qarşı müharibə aparmağa məcbur olan Azərbaycana maddi və mənəvi kömək göstərilməsi təşkil edilir. Mərkəzdə tez-tez xalqımızın tarixindən, adət-ənənələrindən söhbətlər kecirilir. Mərkəz Özbəkistanın, Azərbaycanın və digər respublikaların mədəniyyət və elm dairələri ilə əlaqələr yaratmışdır. Mərkəzdə teatr, musiqi, folklor-etnoqrafiya kollektivləri, bədii studiyalar və dərnəklər təşkil edilmişdir. Mərkəzin təşkil etdiyi tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. Birgə mədəni və siyasi tədbirlər kecirilir, dəyirmi stol arxasında söhbətlər təşkil edilir, ümumi problemlərdən və qayğılardan danışılır. Belə tədbirlərdə Azərbaycan mədəniyyətini, xalq sənətini təbliğ etmək məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəz Azərbaycanın peşəkar incəsənət ustaları və özfəaliyyət kollektivləri ilə müntəzəm əlaqələr saxlayır. Qardaşlıq Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədovdur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved