• Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir
  • Misirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilibMisirdə Azərbaycan mövzusunda yazı müsabiqəsi keçirilib
  • Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edibTürkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
  • Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb Avropa Azərbaycanlıları Konqresinin Toplantısı başa çatıb
  • Nazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edibNazim İbrahimov Azərbaycan əleyhinə aparılan kampaniyalarla bağlı dünya azərbaycanlılarına çağırış edib


POLŞA


 Azərbaycan-Polşa Birlik Cəmiyyəti

Azərbaycan-Polşa Birlik Cəmiyyəti 2009-cu ildə yaradılmışdır. Birlik Cəmiyyəti əsasən Varşava və ətraf şəhərlərdə yaşayan həmyerlilərimizi ozundə cəmləşdirir. Cəmiyyət yeni yaranmasına rəğmən Polşada yerli ictimaiyyətə uğurla inteqrasiya olunur, mövqeyimizi bilavasitə yerli idarəetmə strukturlarına çatdırır. Azərbaycan reallıqlarından, tariximizdən, mədəniyyətimizdən Polşa ictimaiyyətinin xəbər tutması istiqamətində də işlər görülür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsi, onun ağrılı nəticələri, ərazilərimizin hələ də 20 faizinin erməni işğalı altında olmasına dair həqiqətlərin Polşa xalqına çatdırılmasında xeyli nailiyyətlər əldə edilmişdir. Cəmiyyətin belə nailiyyətlərindən biri də Avropa Parlamentinə üzv olan polşalı deputat Tomas Porebanın (Qanun və Ədalət Partiyasının üzvü) 2010-cu ilin dekabrında Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan getməsinin tənqidi və bununla bağlı protest aksiyalarıdır. Tomas Porebanın məxsus olduğu partiyanın rəhbərliyinə, onun özünə və müxtəlif şəhərlərdə olan bürolarına Azərbaycan- Polşa Birlik Cəmiyyəti öz etirazını bildirmişdir. Bununla bağlı başqa partiyalara da bu cür hərəkətlərin beynəlxalq qanunlara və Polşa dövlətinin xarici siyasətinə zidd olduğu çatdırılmışdır. Azərbaycan-Polşa Birlik Cəmiyyətinin sədri Nəbi İbadovdur.

 

“Qafqaz Evi”

Polşada Qafqaz Evi 2007-ci ildən fəaliyyət gostərir. Cəmiyyət Qafqaz xalqları arasında anlaşma və əməkdaşlığa yardım üçün birləşmiş fiziki şəxslərin istəyi əsasında qurulmuşdur. Cəmiyyətin məqsədi Qafqaz regionuna məxsus tarix, ənənə, mədəniyyət, iqtisadiyyat haqqında biliklərin və aktuallıq kəsb edən ictimai-siyasi vəziyyətin yayılması, regionda inkişaf-təbliğ proqramların dəstəklənməsidir. Cəmiyyətin fəaliyyəti Polşa və Qafqaz xalqları arasında, xüsusən Gürcüstan və Azərbaycanla birgə elmi, elmi-texniki, mədəni, təhsil, ictimai və siyasi əməkdaşlığın yaradılmasına yönəldilmişdir.Qafqaz Evinin sədri Hicran Əliyevadır.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved