• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


RUMINİYA


 Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti

Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti 2001-ci il oktyabrın 31-də Rumıniyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti elə həmin il noyabrın 28-də birinci toplantısını keçirmişdir. Toplantıda Rumıniya parlamentinin senatoru, Avropada tanınmış kardioloq, akademik İon Pop de Popa Cəmiyyətin baş katibi, Buxarest Dövlət Universitetinin professoru, filologiyaelmləri doktoru Simion Yurak idarə heyətinin sədri, Rumıniyanın Türk İş Adamları Birliyinin sədri Dursun Altınişık idarə heyyətinin sədr müavini seçilmişlər. Həmçinin, Cəmiyyətin idarə heyyətinin tərkibinə Rumıniya Parlamentinin üç deputatı Necat Sali, Kornel Boyancı və Corc Roşkulet, Rumıniyanın ən nüfuzlu iş adamlarından Corc Qeora və Rumıniyanın vətəndaşı, mənşəcə türk olan Nezih Kavsak, ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Bəhruz Əsədbəyli, Rumıniya Qadınlar Cəmiyyətinin sədr müavini  xanım Kristina Andritsoyu seçilmişlər. Cəmiyyətin məqsədi Azərbaycanla Rumıniya arasında mövcüd olan dostluq və əməkdaşlıq  münasibətlərinin daha da genişləndirilməsi, iki ölkə arasında siyasi, iqtisadi, elmi və mədəni sahədə əlaqələrin perspektivləri haqqında fikir  mübadiləsi aparılmasıdır.  Xüsusilə, Rumıniya kütləvi  informasiya vasitələrində Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, incəsənəti, müstəqillik yolu, son illərdə Azərbaycan dövlətinin apardığı siyasi-iqtisadi, hüquqi islahatlar, əldə olunan nailiyyətlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə obyektiv və dolğun məlumatların yayılmasında Cəmiyyət aktivlik göstərir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Buxarest Universitetinin professoru Dumitru Balandır.

 

Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası

Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası 2001-ci ilin 4 iyul tarixində Rumıniyanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Assosiasiya üzvləri əsasən Rumıniyada təhsil alan azərbaycanlı və rumın tələbələrdir. Assosiasiyanın üzvləri Rumıniya kütləvi informasiya vasitələrində vaxtaşırı çıxış edir, Azərbaycan həqiqətlərini rumın ictimaiyyətinə çatdırırlar. Həmçinin müxtəlif  tədbirlər həyata keçirirlər. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyevdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved