• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


RUSİYA FEDERASİYASI


 Rusiya Azərbaycan Gənclər Təşkilatı

(AMOR)

Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) 2009-cu il aprelin 18-də Moskva şəhərində təsis edilmişdir. Bu təşkilat Azərbaycan həqiqətlərinin Rusiya və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəaliyyət göstərir. Təşkilatın məqsədi Azərbaycan mədəni irsinin Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbusləri, Azərbaycan gənclərinin dəstəklənməsi, Azərbaycan gənclərinin inkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatında Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi və əxlaqi əsasları qorumaq və möhkəmləndirmək, dostluq, etimad və xalqlar arasında anlaşmanın təşviqidir. AMOR Rusiya Azərbaycan Gənclər Təşkilatının Mərkəzi ofisi Moskvada yerləşir. Bundan başqa AMOR-un bir neçə regional bölmələri Şimal-qərb, Volqa ətrafı, Şimali Qafqaz, Cənub, Uzaq Şərq və Sibir bölmələri fəaliyyət göstərir. AMOR Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevadır.

 

“Ocaq” Azərbaycan Mədəniyyəti Mərkəzi

Ocaq Azərbaycan Mədəniyyət Cəmiyyəti Moskvada yaşayan azərbaycanlıların yaratdıqları ilk təşkilatlardandır. Cəmiyyət 1989-cu ilin oktyabrında rəsmi qeydiyyatdan keçmiş, həmin ilin dekabrından fəaliyyətə başlamışdır. Bakıda 1990-cı il faciəli Yanvar hadisələri günlərində yenicə fəaliyyətə başlamış Cəmiyyət informasiya qıtlığına baxmayaraq, geniş təbliğat işi apararaq Moskva ictimaiyyəti arasında əsl həqiqəti yaymağa çalışmışdır. 1990-cı ilin aprel ayının 13-də Ocaq Cəmiyyəti  özünün Ziya adlı müstəqil qəzetinin ilk nömrəsini buraxmışdır. Qəzet ziyalıların köməyi ilə Gəncədə nəşr edilmişdir. Ocaq Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Tofik Məliklidir. Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatı Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatı Neva üzərində şəhərdə sentyabrın 24-də 2011-ci ildə təsis edilmişdir. Sankt-Peterburqun Azərbaycan İcmasının məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqları arasında dostluğu möhkəmləndirmək üçün hər iki ölkənin özünü azərbaycanlı hesab edən vətəndaşlarını könüllü sürətdə birləşdirməkdir. Təşkilatın fəalları dövlət əlaqələrinin, siyasi, iqtisadi və mədəni əlaqələrin hər vasitə ilə inkişafına, gənc azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək göstərir, Sankt-Peterburqun həyatının bütün sahələrində, o cümlədən, Dövlət Dumasına seçkilərdə iştirak edirlər. Sankt-Peterburqun Azərbaycan İcması İctimai Təşkilatının sədri akademik Heydər İmanovdur.

 

Ümumrusiya Azərbaycan Konqresi

(ÜAK)

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə 2001-ci il martın 5-də Moskva şəhərində yaradılmışdır. Rusiya Federasiyasındakı Azərbaycan diasporu tərəfindən yaradılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) məqsədi buradakı soydaşlarımıza milli, mədəni, sosial maraqların həyata keçirilməsində yardım etməkdir. Konqresin əsas məqsədlərindən biri də Rusiya və Azərbaycan arasında sosial-iqtisadi və mədəni əlaqələrin, həmçinin, vətəndaş cəmiyyətinin inkişafınən möhkəmləndirilməsidir. Mədəniyyət, dil və adət-ənənələrin qorunması Konqresin daim diqqət mərkəzindədir. Rusiya Federasiyasındakı diaspor təşkilatları ilə əməkdaşlıq, bu fəaliyyətin koordinasiya edilməsi Konqresin qarşısına qoyduğu prioritet vəzifələrdəndir. Ümumrusiya Azərbaycan Konqresi fəaliyyəti dövründə Rusiyanın nüfuzlu ictimai təşkilatları sırasına daxil olub və Rusiya cəmiyyətində Azərbaycan diasporunun mənafelərini təmsil edən əsas təşkilat kimi tanınmışdır. Buna sübut kimi Ümumrusiya Azərbaycan Konqresinin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Dövlət Dumasında Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq hökümətlərarası komissiyasının daimi üzvü seçilməsidir. 2003-2004-cü illər Ümumrusiya Azərbaycan Konqresinin formalaşma dövre kimi xarakterizə oluna bilər. Çünki bu dövrdə Rusiyadakı diaspor təşkilatları Konqres ətrafında birləşməyə başlamışdır. Eyni zamanda, Konqresin işinin genişləndirilməsi məqsədilə UAK-ın regional bölmələri yaradılmışdır. Hazırda Ümumrusiya Azərbaycan Konqresinin 83 regional bölməsi fəaliyyət göstərir. Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, icraçı direktoru İlqar Hacıyevdir.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved